Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3260/2024 18.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh azyaşlı uşaqları 09 fevral 2010-cu il təvəllüdlü X13 və 16 fevral 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 235 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2006-cı ildə el adəti üzrə faktiki ailə həyatı qurmuşlar. Nikahlarını rəsmi qeyd etdirməmişlər. Birgə yaşadıqları dövrdə 09 fevral 2010-cu il təvəllüdlü X13 və 16 fevral 2015-ci il təvəllüdlü X2 ibarət iki uşaqları olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıq yaranmış və ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(050)- 815/2018 saylı qətnaməsi ilə yuxarıda göstərilən uşaqların atasının Cavabdeh olması müəyyən edilmiş və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən hər uşağa görə 50 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və uşaqlar üçün yeni doğum haqqında şəhadətnamələr götürülmüşdür. Qeyd olunan alimentin məbləği uşaqların saxlanması üçün yetərli olmadığından sonralar müraciəti əsasında Masallı Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli 2(050)-970/2020 saylı qətnaməsi ilə alimentin məbləği hər uşağa görə 80 manat, daha sonra isə Masallı Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(050)-2390/2023 saylı qətnaməsi ilə alimentin məbləği hər uşağa görə 150 manat müəyyən edilmişdir. Lakin alimentin məbləği hazırda uşaqların saxlanılması üçün yetərli deyildir. Cavabdeh isə fərdi işlərlə məşğul olmasına baxmayaraq onlara lazımi köməklik etmir. Belə vəziyyətdə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı uşaqların normal yaşayışını təmin etmək üçün yetərli deyildir. Qanunvericiliyin tələbindən də göründüyü kimi cavabdeh birgə nikahdan olan uşaqların 18 yaşına çatanadək saxlanılması üçün aliment ödəməlidir. Onların cavabdehlə birgə nikahdan olan uşaqları yaşı 18-dən aşağıdır. Qeyd olunan azyaşlı uşaqların bir aylıq ərzaq, geyim və digər zəruri təlabatlarının ödənilməsindən ötrü 500 manatdan artıq vəsait sərf edilir. Yaşayış minimumu uşaqlar üçün sonuncu dəfə aliment təyin edilən vaxt 220 manat olduğu təqdirdə, hazırda 235 manat müəyyən edilmişdir. Görünüdüyü kimi uşağın saxlanılması üçün müəyyən edilmiş minimum vəsait alimentin təyin edildiyi vaxtla müqayisədə artmışdır. Ötən illə müqayisədə bir çox ərzaq məhsulları və zəruri gündəlik təlabat mallarının qiymətində də artımlar vardır. Lakin cavabdehin ödəməli olduğu alimentin məbləği dəyişməmişdir. Bu xüsusat isə bir daha cavabdehin ödəməli olduğu alimentin məbləğinin də artırılması zərurətini göstərir. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddianı qəbul etmir. Alimentin məbləğinin dəyişdirilməsi üçün kifayət qədər əsaslar olmadığından iddia təmin oluna bilməz. Masallı Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(050)-2390/2023 sayla qətnaməsi ilə aliment məbləği artırılaraq 150 manat müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(050)-2390/2023 saylı qətnaməsi qəbul edildikdən sonra onun maddi vəziyyəti nəyin ki dəyişməmiş, hətta alimentə görə borcu da yaranmışdır, o, əlildir və işləyə bilmir. Həmçinin iddiaçıda onun maddi vəziyyətinin dəyişməsi barədə hər hansı bir subut təqdim etməmişdir. Uşaqları saxlamaq hər iki valideynin borcudur. Həmçinin, alimentin məbləğinin dəyişilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmalıdır. İddiaçı ona qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2390/2023 saylı qətnaməsindən şikayət verməmişdir. Uşağın biri xəstədir. Heç bir yerdə işləmir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək, bildirdi ki, ikinci qrup əlildir və vərəm xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən işləyə bilmir. 150 manat təqaüd alır və anası 300 manat maaş alır. Anasından 150 manat alaraq, təqaüdünün üstünə qoyaraq, hər ay alimenti ödəyir. O, X3 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü X12 və xx.xx.2023-cü il təvəllüdlü X14 adlı övladları doğulmuşdur. İddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: doğum haqqında arayışlardan görünür ki, 09 fevral 2010-cu il təvəllüdlü X4 və 16 fevral 2015-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası İddiaçıdır. Atalığın müəyyən edilməsi haqqında arayışlardan görünür ki, 09 fevral 2010-cu il təvəllüdlü X4 və 16 fevral 2015-ci il təvəllüdlü X8 atası Cavabdeh hesab edilmişdir. Bu barədə 19 yanvar 2018-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 42 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Masallı Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(050)-2390/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh Masallı Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2(050)-970/2020 saylı qətnaməsi ilə 09 fevral 2010-cu il təvəllüdlü X9 və 28 fevral 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün cəmi 300 (üç yüz) manat müəyyən edilərək İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin artırılmış məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X5 ilə nikahlarını 16 yanvar 2023-ci il tarixdə Masallı Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsində 47 nömrə ilə qeyd etdirmişlər. Nikah bağlandıqdan sonra ərə (arvada) Həsənov (a) soyadı verilmişdir. doğum haqqında şəhadətnamələrdən görünür ki, 06 yanvar 2021-ci il təvəllüdlü X6 və 13 fevral 2023-cü il təvəllüdlü X10 atası Cavabdeh, anası X1r. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, Cavabdeh İİ qrup əlilliyi olan şəxsdir və 150 manat məbləğində təqaüd alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə aliment valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmə tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilir ki, sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir. Həmin qərarda həmçinin göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı bir neçə dəfə cavadehə qarşı alimentin miqdarının artırılması barədə iddia qaldırmış və hər dəfə alimentin miqdarı müəyyən məbləğdə artırılmış, sonuncu dəfə isə Masallı Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(050)-2390/2023 saylı qətnaməsi ilə Cavabdeh Masallı Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2(050)-970/2020 saylı qətnaməsi ilə 09 fevral 2010-cu il təvəllüdlü X4 və 16 fevral 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay, bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilmişdir. Hazırda İddiaçı 2 uşağa görə müəyyən edilmiş 300 manat məbləğində alimentin artırılmasını tələb edir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin tələbinə əsasən uşaqları saxlamaq hər iki valideynin borcudur. Həmçinin, alimentin məbləğinin dəyişilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmalıdır. Hazırda iddiaçı alimentin artırılmasını tələb etsə də, Cavabdeh maddi vəziyyətində dəyişiklik olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə, Masallı Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(050)-2390/2023 saylı qətnaməsi qəbul edilərkən cavabdeh sübur təqdim etmədiyindən onun digər övladları 06 yanvar 2021-ci il təvəllüdlü X12 və 13 fevral 2023-cü il təvəllüdlü X14 olması nəzərə alınmamışdır. Bundan başqa, iddiaçı öz ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün uşaqların saxlanılması üçün 235 manat olmasına münasibətdə bildirir ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Bundan başqa, yaşayış minimumu bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır, qətnamə digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçündür. Məhkəmə iddiaçının oğlunun əlil əlması və onun mülaicəsi ilə bağlı əlavə xərclərin olması barədə mövqeyinə münasibətdə isə bildirir ki, həmin hal aliment məbləğinin artırılmasının hüquqi əsası kimi çıxış edə bilməz. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə iddiaçıya izah edir ki, o, həmin məsələ ilə bağlı hüququnun pozulmasını zənn edərsə, əlavə xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, alimentin məbləğinin dəyişdirilməsi üçün kifayət qədər əsaslar olmadığından iddia təmin oluna bilməz. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3260/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3260/2024
18.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver