Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3292/2023 06.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlu, İddiaçı Cavabdeh böyük icra məmuru X2 qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh icra məmuru X1 hərəkətlərini qanunsuz hesab edilməsi və ona dəymiş maddi ziyan pulu, yəni müvəqqəti təminat tədbiri kimi məhkəməyə sənədlərin hazırlanması və işin məhkəməyə verilməsi üçün nümayəndəyə ödədiyi 300 manat, müvəqqəti təminat tədbiri barədə qərardad üçün dövlət rüsumu kimi ödədiyi 10 manat və hazırki iddia ərizəsi üçün ödədiyi 30 manat dövlət rüsumu pulunun cavabdeh İlkin Həsənovdan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh X3 ünvan 1 ünvanında qeydiyyatdadır. Məhz bu səbəbdən də hazırki mübahisəyə Masallı Rayon Məhkəməsində deyil, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 35.1 və 152-ci maddələrinə əsasən, qəraraaldım: İddiaçı Cavabdeh böyük icra məmuru X2 qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, hazırki mübahisə ilə bağlı səlahiyyətli məhkəmə kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-3292/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3292/2023
06.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver