Məhkəmə qərarları › İş №2(050)-3355/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3355/2023

24.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3355/2023 24.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 02 fevral 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Masallı Rayon Məhkəməsinin 19 may 2022ci il tarixli, 2(050)-1301/2022 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 300 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, lakin nikahlarınıı rəsmişəldirməmişlər. Faktiki nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X4 adlı bir uşaqları doğulmuşdur. Münasibətləri pozulduğundan 2014-cü ildən faktiki ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq onun himayəmdə yaşayır. Rəsmi nikahları olmadığından uşağının atalığı müəyyən edilməmişdir. Cavabdeh isə qəsdən qeydiyyat şöbəsinə ərizə verməkdən boyun qaçırmışdır. O, atalığın müəyyən edilməsi və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-1301/2022 saylı qətnaməsi ilə uşağın atalığı müəyyən edilmiş və uşağın saxlnılması üçün cavabdehdən 120 manat alimentin tutulması barədə qətnamə çıxarılmışdır. Təyin olunmuş aliment ilə uşağın tələbatını ödəyə bilmir. Özü hal-hazırda Bakı şəhərində kirayədə qalır, uşağının təlim-tərbiyəsi və təhsili ilə özü maraqlanır. Heç bir yerdən başqa gəliri yoxdur. Cavabdeh fərdi əməklə məşğul olaraq yüksək gəlir əldə edir. Cavabdehin Azərbaycanda və Rusiya Federasiyasında biznesləri vardır. Yüksək səviyyədə pul qazanmasına baxmayaraq övladına heç bir maddi yardım göstərmir. Cavabdehdən dəfələrlə alimentin miqdarının artırmasını xahiş etsədə, heç bir nəticəsi olmamışdır. Odur ki, 02 fevral 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Masallı Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(050)-1301/2022 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 300 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 02 fevral 2015-ci ildə doğulmuşdur. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-1301/2022 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 atalığı müəyyən edilmiş və uşağın saxlnılması üçün Cavabdeh 120 manat alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat pul ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər faktiki olaraq ailə qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından X4 anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-1301/2022 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 tası olması müəyyən edilmiş və uşağın saxlnılması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 02 fevral 2015-ci ildə anadan olmuş X3 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Uşaqların saxlanılması üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-1301/2022 saylı qətnaməsi ilə bir uşağa görə 120 manat aliment miqdarı müəyyən olunsa da, ötən ilə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşaqların yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Bununla belə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları nəzərə alaraq, uşaq üçün aylıq aliment məbləğinin 200 manat müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, Cavabdeh uşağın saxlanılamsı üçün alimetin miqdarının artırılaraq hər ay bir uşaq üçün 200 manat müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-1301/2022 saylı qətnaməsi ilə 02 fevral 2015-ci ildə anadan olmuş X1 üçün müəyyən edilmiş aliment miqdarı artırılaraq hər ay 200 manat müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar