Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3399/2023 29.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq ondan 3970 manat pulun və 60 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 2021-ci il tarixdə Masallı rayonu, Şərəfə kəndində fərdi yaşayış evini təmir etdirmişdir. Təmir işləri üçün ona alçipan lazım olmuş, həmin zaman Naxçıvan şəhərində yerləşən “Gəmiqaya” şirkəti ucuz qiymətə alçipan satdığı üçün həmin şirkətdən 2021-ci ilin dekabr ayının sonunda 585 ədəd alçipan almışdır. Daha sonra fərdi yaşayış evində təmir işləri görən ustalar “Gilan” şirkətinə məxsus alçipandan almış, “Gəmiqaya” şirkətindən aldığı alçipanları istifadə etmədiyi üçün satmaq qərarına gəlmişdir. Bunun üçün qohumlarına, kənd sakinlərinə məlumat verərək satılıq alçipanların olduğunu bildirmiş, 2022-ci ilin fevral ayının əvvəllərində Masallı şəhər, Digah küçəsində yerləşən ərzaq mağazasından çıxan zaman əvvəllər tanımadığı bir nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxs özünü təqdim edərək Masallı rayonu, Banbaşı kənd sakini Cavabdeh olduğunu və onun 585 ədəd satılıq alçipanlarını almaq istədiyini bildirmişdir. Həmin 585 ədəd alçipanı 4420 manat satacağını bildirmiş, Mais Əhmədov onunla razılaşmış və həmin məbləği 1 ay müddətində qaytaracağını bildirmişdir. Həmin yaxt onların yanında heç kim olmamışdır. Razılaşdıqdan bir neçə gün sonra həmin alçipanları yük maşınına yükləyərək X1 rayonu, Banbaşı kəndində yerləşən fərdi yaşayış evinə gəlmiş və yük maşınında olan 585 ədəd alçipanı həyətyanı sahəyə boşaltmışdır. Həmin vaxtı onların yanında Mais Əhmədovun atası Allahverən Əhədov olmuşdur. Söhbət əsnasında Allahverən Əhədov da 4420 manat pulu 1 aya verəcəyini bildirmişdir. Daha sonra 1 ay gözləmiş, lakin Mais Əhmədov ona pul verməmişdir, buna görə də Maisə zəng edərək pulunu istəmişdir. Cavabdeh da atası Allahverən Əhədovun 450 manat pul vermək istədyini bildirmişdir. O, Masallı şəhəri, Digah küçəsinə getmiş və Allahverən Əhədov ilə görüşmüş, həmin zaman Allahverən Əhədov ona 450 manat pul vermiş və qalan pulu da hissə-hissə ödəyəcəklərini bildirmişdir. 2022-ci ilin mart ayının əvvələrində səhər saatlarında evində olan zaman Allahverən Əhədov onun mobil telefonuna zəng edərək Masallı şəhər Digah küçəsinə gəlmiş və Allahverən Əhədov ona 450 manat pul vermişdir. Allahverən Əhədov da qalan pulu hissə-hissə ödəyəcəklərini bildirmişdir. Bir müddət keçdikdən sonra yenidən Cavabdeh mobil telefonuna zəng edərək pulunu istəmiş, lakin Mais onun pulunu geri qaytarmamışdır. Bundan sonra Cavabdeh Masallı rayonu Banbaşı kəndində yerləşən fərdi yaşayış evlərinə getmiş və kənd ərazisində Cavabdeh atası Allahverən Əhədov ilə görüşmüş və pulunu istəmişdir. Allahverən Əhədov da onun pulunu geri qaytaracağını bildirmişdir. Həmin vaxtlar Cavabdeh görmədiyini və Maisin mobil telefonuna zəng çatmadığını bildirmişdir. Daha sonra Cavabdeh başqa şəxslərin də dələduzluq yolu ilə pulunu ələ keçirdiyini bilmiş, bu səbəbdən də ərizə ilə Masallı rayon prokurorluğuna müraciət etmişdir. Masallı rayon prokurorluğunda onun və digər şəxslərin ərizələri araşdırılmış və şikayətinin mülki xarakterli olduğu əsas gətirilərək cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın Cavabdeh izahatı hissəsində qeyd ounmuşdur ki, o, İddiaçı tanımış onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2022-ci ilin fevral ayının əvvəllərində Masallı şəhər Digah küçəsində olan zaman İddiaçı ərzaq mağazasından çıxdığın görmüşdür. Onun yanına yaxınlaşıb görüşdükdən sonra nə işlə məşğul olduğunu soruşmuş, İddiaçı təqaüdə çıxdığını və alçipan satışı ilə məşğul olduğunu bildirmişdir. Tikinti materialları mağazasının olduğunu bildirərək və ondan alçipanların qiymətini soruşmuşdur, həmçinin münasib olarsa ondan alçipan almaq istədiyini bildirmişdir. İddiaçı də onunla razılaşmışdır. Bundan sonra İddiaçı ilə sağolllaşmış və fərdi yaşayış evinə gəlmişdir. Təxminən 10 gün sonra İddiaçı zəng edərək ona onluq ölçüdə 585 ədəd alçipan lazım olduğunu bildirmişdir. İddiaçı də zavoda sifariş verəcəyini bildirmişdir. Həmin vaxt alçipanların qiymətinin hansı məbləğdə olacağını soruşmuş, İddiaçı də 585 ədəd alçipanın qiymətinin 4420 manat təşkil edəcəyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən aylıq olaraq ödənişi edəcəyini bildirmişdir. Lakin aylıq ödənişin məbləğini müəyyən etməmişdir. Təxminən 1 həftə sonra İddiaçı mobil telefon ilə zəng edərək alçipanların hazır olduğunu bildirmiş, həmin alçipanların bir hissəsini Banbaşı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə, bir hissəsini isə Böyük Xocavar kəndində yerləşən qeyri-yaşayış obyektinin həyətyanı sahəsinə boşaldılmasını istəmişdir. Bir müddət sonra İddiaçı Böyük Xocavar kəndində yerləşən ona məxsus qeyri-yaşayış obyektinin həyətyanı sahəsinə gəlmişdir. Həmin vaxt orada olmuş, bir neçə dəqiqə sonra yük maşını həmin yerə gəlmiş və 585 ədəd alçipanın yarısını həmin obyektə, qalan hissəsini isə Banbaşı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə boşaltmışdır. Daha sonra İddiaçı sağollaşaraq getmiş, 2022-ci ilin fevral ayının ortalarında İddiaçı ona mobil telefon ilə zəng edərək almış olduğu alçipanlara görə ödəniş etməyini istəmişdir. O, 450 manat ödəniş edəcəyini bildirmişdir. Əkin sahəsində olduğu üçün 450 manat pulu atası Allahverən Əhədova vermişdir. Atası da Masallı şəhər Digah küçəsində İddiaçı ilə görüşərək ona 450 manat pul vermişdir. Bundan sonra alçipanların satışını həyata keçirə bilməmişdir. Buna görə də İsaq Xankişyevə olan 3970 manat pul borcunu ödəyə bilməmişdir. Lakin İddiaçı olan 3970 manat pul borcunu ödəyəcəyini bildirmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1. və 14.2.7.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əsassız varlanma həmin əsaslardan biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilən maddi hüquq normalarına və tədqiq olunmuş sübutlara əsasən, yaranmış hüquq münasibəti üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını şərh edərək məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi formada nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin şifahi razılaşmanın bütövlükdə şərtləri və mənasının müqayisəsi, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərinin müzakirəsi məhkəməni belə qənaətə gəlməyə əsas verir ki, tərəflər nisyə alğı-satqısı barədə şifahi müqavilə bağlamışlar. Cavabdeh razılaşmanın şərtlərini icra etməmiş, iddiaçıya alçipanların dəyərini sonradan ödəməmişdir. Odur ki, iddia əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3970 (üç min doqquz yüz yetmiş) manat və dövlət rüsumuna ödənilmiş 60 (altmış) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-3399/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3399/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver