Məhkəmə qərarları › İş №2(050)-3434/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3434/2023

29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3434/2023 29.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(050)-1569/2022 saylı qətnaməsi ilə hər bir uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa 220 manat olmaqla, cəmi 440 manat müəyyən olunması və məhkəmədə hüquqlarımın müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar aralarında bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında 396 nömrəli müqavilə üzrə hesaba köçürdüyü 120 manat pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Cavabdeh ilə el adəti ilə ailə qurub evlənmiş, nikahlarını xx.xx.2013-cü il tarixdə Masallı RİHB Sığdaş İƏD üzrə nümayəndəliyində qeydə aldırmaqla rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X7 və xx.xx.2015-ci il tarixdə X11 adlı iki uşaqları dünyaya gəlmişdir. Masallı rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(050)-1569/2022 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və birgə nikahlarından doğulmuş uşaqlar onun himayəsində saxlanılmaqla hər bir uşağa görə 110 manat, cəmi 220 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmışdır. Uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulandan sonra uşaqlar onun himayəsinə verilmişdir.Uşaqlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi onun üzərimə düşmüşdur. O, təkbaşına hazırki təyin olunan aliment məbləği uşaqların saxlanılmasında çətinlik çəkir. Uşaqların mənafeyi naminə qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi almaq hüququ vardır. Odur ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(050)-1569/2022 saylı qətnaməsi ilə hər bir uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa 220 manat olmaqla, cəmi 440 manat müəyyən olunması və məhkəmədə hüquqlarımın müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar aralarında bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında 396 nömrəli müqavilə üzrə hesaba köçürdüyü 120 manat pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, təyin olunmuş alimenti vaxtında ödəyir, anasının xəstə olmasını, ikinci həyat yoldaşından bir uşağının olmasını, kartof daşıyaraq ayda 300 manat qazanc əldə etdiyini nəzərə alaraq, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X7 xx.xx.2013-cü ildə və X11 xx.xx.2015-ci ildə doğulmuşdur. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(050)-1569/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 18 iyul 2013-cu İ tarixdə Masallı RİH-nin Sığdaş nzibati ərazi dairəsi üzrə nümayəndəliyində 07 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 12 sentyabr 2013-cü ıl təvəllüdlü X7 və 14 dekabr 2015-ci il təvəllüdlü X9 anaları X2 yanında saxlanılmış, 26 aprel 2022-ci ildən başlayaraq Cavabdeh 12 sentyabr 2013-cü il təvəllüdlü X4 və 14 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi barədə qətnamə çıxarılmışdır. Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ona göstərilən hüquqi yardıma görə müqavilə üzrə 120 manat pul ödəmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X3 nikah pozulduqdan sonra Bəşirova Soyadı verilmişdir. Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı X12 Təhsil İdarəsində xadimə vəzifəsində işləməklə 359 manat əmək haqqı alır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat pul ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2013cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X7 və xx.xx.2015-ci il tarixdə X11 adlı uşaqları anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(050)-1569/2022 saylı qətnaməsi ilə nikah pozulmuş, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi barədə qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 12 sentyabr 2013-cü ildə doğulmuş X4 və 14 dekabr 2015-ci ildə doğulmuş X6 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Uşaqların saxlanılması üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(050)-1569/2022 saylı qətnaməsi ilə hər ay hər bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment müəyyən olunsa da, ötən ilə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşaqların yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Bununla belə, iş materiallarında cavabdehin aylıq qazancı haqqında konkret sübut olmadığı, o, yenidən ailə qurduğu, eləcə də iddiaçının özü işlədiyi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları nəzərə alaraq, azyaşlı uşaq üçün aylıq aliment məbləğinin hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Həmçinin, hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə ödənilmiş 120 manat pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, Cavabdeh uşağın saxlanılamsı üçün alimetin miqdarının artırılaraq hər ay bir uşaq üçün 150 manat müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(050)-1569/2022 saylı qətnaməsi ilə 12 sentyabr 2013-cü ildə doğulmuş X4 və 14 dekabr 2015-ci ildə doğulmuş X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə ödənilmiş 120 manat pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar