Məhkəmə qərarları › İş №2(050)-3460/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3460/2023

22.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3460/2023 22.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cəlilabad rayon Dövlət Notariat kontoruna, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı rayon Türkoba Bələdiyyəsinin sədri Nofəl Cəfərova, Masallı rayon Türkoba ərazi nümayəndəsi Leyla Əzizovaya, Cavabdeh4 qızına, Cavabdeh5 qızına qarşı “xx.xx.2014-cü il tarixli 2(050)-459/2014 saylı mülki iş üzrə çıxarılan qətnamə və digər qətnamələrdə, qərardadlarda subutların hakimlər tərəfindən nəzərə alınmadan hüquqlarına və xüsusi mülkiyyətinə qarşı qanunazidd hərəkətlərin aradan qaldırılması və cavabdehlərin təqdim etdiyi sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cəlilabad rayon Dövlət Notariat kontoruna, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı rayon Türkoba Bələdiyyəsinin sədri Nofəl Cəfərova, Masallı rayon Türkoba ərazi nümayəndəsi Leyla Əzizovaya, Cavabdeh4 qızına, Cavabdeh5 qızına qarşı “xx.xx.2014-cü il tarixli 2(050)-459/2014 saylı mülki iş üzrə çıxarılan qətnamə və digər qətnamələrdə, qərardadlarda subutların hakimlər tərəfindən nəzərə alınmadan hüquqlarına və xüsusi mülkiyyətinə qarşı qanunazidd hərəkətlərin aradan qaldırılması və cavabdehlərin təqdim etdiyi sənədlərin ləğv edilməsi” tələbi barədə ərizəsi məhkəməyə daxil olmuşdur. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1-ci maddəsinə əsasən ərizənin verildiyi məhkəmənin adı; 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə-100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cəlilabad rayon Dövlət Notariat kontoruna, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı rayon Türkoba Bələdiyyəsinin sədri Nofəl Cəfərova, Masallı rayon Türkoba ərazi nümayəndəsi Leyla Əzizovaya, Cavabdeh4 qızına, Cavabdeh5 qızına qarşı “xx.xx.2014-cü il tarixli 2(050)-459/2014 saylı mülki iş üzrə çıxarılan qətnamə və digər qətnamələrdə, qərardadlarda subutların hakimlər tərəfindən nəzərə alınmadan hüquqlarına və xüsusi mülkiyyətinə qarşı qanunazidd hərəkətlərin aradan qaldırılması və cavabdehlərin təqdim etdiyi sənədlərin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) işə baxan Masallı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar