Məhkəmə qərarları › İş №2(050)-3463/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3463/2023

06.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3463/2023 06.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2013-cü il tarixdə doğulmuş X2 və xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Masallı Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(050)-1997/2021 saylı qətnaməsi ilə hər bir uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa 220 manat olmaqla, cəmi 440 manat müəyyən olunması və mediasiya ilə bağlı ödədiyi 55 manat pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehla el adəti ilə faktiki ailə həyatı qurmuşlar. Nikahlarını isə 07 may 2013-cü il tarixdə rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 06 aprel 2013-cü il təvəllüdlü X4 və 10 iyun 2014-cü il təvəllüdlü X5 adlı iki uşaqları doğulmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıq yaranmış və ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarında olan nikah qeydi pozulmuş və uşaqlar onun yanında saxlanılmışdır. Məhkəmənin 25 iyun 2021-ci il tarixli 2(050)-1997/2021 saylı qətnaməsi ilə isə həmin uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay cavabdehdən hər bir uşağa görə 110 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmışdır. Lakin alimentin məbləği hazırda uşaqların saxlanılması üçün yetərli deyildir. Cavabdeh isə fərdi işlərlə məşğul olmasına baxmayaraq uşaqların saxlanılmasına lazımi köməklik etmir. Hazırda əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı uşaqların normal yaşayışını təmin etmək üçün yetərli deyildir. Odur ki, xx.xx.2013cü il tarixdə doğulmuş X2 və xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Masallı Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(050)- 1997/2021 saylı qətnaməsi ilə hər bir uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay bir uşağa 220 manat olmaqla, cəmi 440 manat müəyyən olunması və mediasiya ilə bağlı ödədiyi 55 manat pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, maddi imkanı olmadığı üçün aliment məbləği artırıldığı halda ödəyə bilməyəcəyini, ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 xx.xx.2013-cü ildə və X6 xx.xx.2014-cü ildə doğulmuşdur. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(050)-1997/2021 saylı qətnaməsinin surətindən görünür ki, 06 aprel 2013-cü il təvəllüdlü X2 və 10 iyun 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməlidir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat pul ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən Masallı Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(050)-1997/2021 saylı qətnaməsi ilə 06 aprel 2013-cü il təvəllüdlü X2 və 10 iyun 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, xx.xx.2013-cü ildə doğulmuş X2 və xx.xx.2014-cü ildə doğulmuş X3 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Uşaqların saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(050)-1997/2021 saylı qətnaməsi ilə hər ay hər bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşaqların yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Bununla belə, iş materiallarında cavabdehin aylıq qazancı haqqında konkret sübut olmadığı üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları nəzərə alaraq, azyaşlı uşaq üçün aylıq aliment məbləğinin hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Həmçinin, mediasiya ilə bağlı ödənilmiş 55 manat pul məbləği cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, Cavabdeh uşağın saxlanılamsı üçün alimetin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 170 manat olmaqla 340 manat müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(050)-1997/2021 saylı qətnaməsi ilə xx.xx.2013-cü ildə doğulmuş X2 və xx.xx.2014-cü ildə doğulmuş X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Mediasiya ilə bağlı ödənilmiş 55 manat pul məbləği Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar