Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3467/2024 26.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 11500 (on bir min beş yüz) manat pulun və ödədiyi 124,5 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Cavabdeh uzun müddətdir ki, tanıyır. Münasibətləri normal olmuş, onun Masallı şəhərində “Köhnə bazar” adlanan yerdə özünə məxsus mağazasına gələrək bir neçə dəfə ondan alver də etmişdir. O, ona satdığı mallardan daha ucuz qiymətə gətirə biləcəyini, başqa ölkələrdə dostlarının olduğunu və həmin ölkələrdən mallar vura biləcəyini bildirmişdir. O, ona plastik setka malların vurulması üçün 11500 (on bir min beş yüz) manat pul vermişdir. O, malları 20 günə təhvil verəcəyini bildirdi. Üzərindən 1 ay keçdikdən sonra mallarının gəlmədiyini görüb, ona bu barədə izah verməsini xahiş etmişdir. O, hər dəfəsində ona bir bəhanə gətirərək vaxt verməyini xahiş edirdi. Sonradan mallarının gəlmədiyini görüb, onun barəsində polisə şikayət etmək istədikdə, şikayət etməməyini xahiş etmişdir. Sonradan ona öz xətti ilə yazılı qəbz verərək borcunu etiraf etdi və həmçinin anasının pensiya kartınıda ona verəcəyini bildirdi. Bu barədə anasıda yazılı qəbz verərək pensiya kartının ona verilməsinə etiraz etmədiyini bildirdi. Nəticə etibarı ilə cavabdeh yenə onu aldatmış oldu. Dəfələrlə pulunu cavabdehdən tələb etsə də heç bir nəticəsi olmamışdır. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini Cavabdeh borc verdiyi 11500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını dinələyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən imzalanmış 18 iyul 2024-cü il tarixli qəbzdən görsənir ki, Cavabdeh İddiaçı 11500 manat aldığı borc pulu 2024-cü ilin mart ayında almışdır. Aldığı pulu mart ayının sonuna kimi qaytarmalı idi. Maddi imkanı olmadığından borcunu qaytara bilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçı 2024-cü ilin mart ayında cavabdehə 11500 manat borc pul vermiş və cavabdeh borcunu mart ayın sonuna kimi qaytaracağını öz öhdəliyinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmşdir. Bunu iş materiallarında olan cavabdeh tərəfindən imzalanmış 18 iyul 2024cü il tarixli qəbz sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 124,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia təmin edildiyindən qeyd olunan məbləğ də cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 11500 manat məbləğində pul vəsaiti, ödənilmiş 124.50 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 11624.50 manat alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11500 manat məbləğində pul vəsaiti, ödənilmiş 124.50 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 11624.50 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(050)-3467/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3467/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver