Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3542/2025 06.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı. Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə - 15 mart 2023-cü il tarixli kredit müqaviləsi. Müqavilənin predmeti - kredit müqaviləsi. Tələb olunan məbləğ: 15 mart 2023-cü il tarixli müqavilə üzrə 4500 manat əsas borc və 65 manat ödənilmiş dövlət rüsumu. Sübutlar: Kredit müqaviləsi, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən xəbərdarlıq və poçt izlənməsi. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci, 421.2-ci, 739.1-ci və 739.2-ci maddələri. Hesab edirəm ki, iddia əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh İddiaçı 15 mart 2023-cü borc müqaviləsi üzrə 4500 manat məbləğində borc pul almış, lakin borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməmişdir. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh 15 mart 2023-cü il tarixli kredit müqavilə üzrə 4500 (dörd min beş yüz) manat borc və 65 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-3542/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3542/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver