Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3583/2024 25.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh mobil qurğunun dəyəri olan 2277.4 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-351/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən xx.xx.1976cı il təvəllüdlü, Masallı rayonunda doğulmuş və Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm ilə məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Məhkum Cavabdeh barəsində hökm xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş, hökmün icrası ilə bağlı məhkumun yaşadığı Masallı rayonu, Xıl kəndində bildiriş göndərilmiş, məhkum İddiaçınə gəlmiş, azadlığın mahdudlaşdırılması cəzasının çəkilməsi qaydaları ona izah edilməklə izahatı alınmışdır. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə 35631129 nömrəli “ATTENTİ” markalı mobil nəzarət qurğusu, elektrik adapteri, sadə elektron qolbaq, proqram lisenziyası və kitabça təhvil verilmişdir. Məhkuma ENV-nin gəzdirmə və istifadə qaydalarına əməl edilməsi ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Həmçinin, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, azadlığın mahdudlaşdırılması cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu tələblərə riayət edəcəyi barədə məhkumdan iltizam alınmışdır. Protokol və iltizam məhkum Cavabdeh tərəfindən imzalanmışdır. Məhkum Cavabdeh cəza müddəti bitdiyi üçün xx.xx.2024-cü il tarixdə İddiaçındən çıxarılmış, lakin məhkuma təhvil verilmiş elektron nəzarət vasitəsinə baxış keçirərkən, ona müəyyən ziyan vurulduğu aşkar edilmişdir. Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli texniki rəydən görünür ki, istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyil və istifadəyə tam yarasız hala düşmüşdür. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş arayışa əsasən elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277.40 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-351/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm ilə məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Məhkum Cavabdeh barəsində hökm xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş, hökmün icrası ilə bağlı məhkumun yaşadığı Masallı rayonu, Xıl kəndinə bildiriş göndərilmiş, məhkum İddiaçınə gəlmiş, azadlığın mahdudlaşdırılması cəzasının çəkilməsi qaydaları ona izah edilməklə izahatı alınmışdır. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə 35631129 nömrəli “ATTENTİ” markalı mobil nəzarət qurğusu elektrik adapteri, sadə elektron qolbaq, proqram lisenziyası və kitabça təhvil verilmişdir. Məhkuma ENV-nin gəzdirmə və istifadə qaydalarına əməl edilməsi ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Həmçinin, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, azadlığın mahdudlaşdırılması cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu tələblərə riayət edəcəyi barədə məhkumdan iltizam alınmışdır. Protokol və iltizam məhkum Cavabdeh tərəfindən imzalanmışdır. Məhkum Cavabdeh cəza müddəti bitdiyi üçün xx.xx.2024-cü il tarixdə İddiaçındən çıxarılmış, lakin məhkuma təhvil verilmiş elektron nəzarət vasitəsinə baxış keçirərkən, ona müəyyən ziyan vurulduğu aşkar edilmişdir. Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli texniki rəydən görünür ki, istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyil və istifadəyə tam yarasız hala düşmüşdür. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş arayışa əsasən elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277.40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Cavabdeh birbaşa zərər vurulmasına gətirib çıxaran hüquqa zidd əməl törətməsi, bu əməl nəticəsində 2277.40 manat məbləğində maddi zərər dəyməsi sübuta yetirildiyindən iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh mobil qurğunun dəyəri olan 2277.4 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin Bakı Şəhər Maliyyə İdarəsində açılmış (M/H AZ41NABZ********************, VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22 Bakı Şəhər Maliyyə İdarəsi: H/H: AZ66CTRE********************, VÖEN: ********** Büdcə səviyyəsinin kodu: 1, büdcə təsnifatının kodu:142330) hesabına ödənilməlidir. MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə məhkəmə hesab edir ki, cavabdehdən 42.77 manat dövlət rüsumu dövlət gəlirlərinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.2, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh mobil qurğunun dəyəri olan 2277.4 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin Bakı Şəhər Maliyyə İdarəsində açılmış (M/H AZ41NABZ********************, VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22 Bakı Şəhər Maliyyə İdarəsi: H/H: AZ66CTRE********************, VÖEN: ********** Büdcə səviyyəsinin kodu: 1, büdcə təsnifatının kodu:142330) hesabına ödənilsin. Cavabdeh 42.77 manat dövlət rüsumu dövlət gəlirlərinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(050)-3583/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3583/2024
25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver