Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3594/2023 06.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.082,22 manat əsas, 199,82 manat faiz borcu, 45,90 cərimə cəmi: 2.327,94 (iki min üç yüz iyirmi yeddi manat 94 qəpik) manat məbləğində kredit borcunun və məhkəmə baxışı üçün ödənilmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 093MİK2284 №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə 27,0%-lə 2.500,00 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2.2-ci maddəsinə görə borcalan aldığı kredit məbləğini və ona hesablanmış faizləri müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrə uyğun həyata keçirməlidir. Həmin müqavilənin 4.1.4-cü maddəsinə görə, borcalan müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə, kredit verən borcalan tərəfindən istifadə olunmuş kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtından əvvəl qaytarılmasım tələb etmək və müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Bu barədə müqavilənin 5.2-cü maddəsində də qeyd olunmuşdur. Həmin müqavilənin 5.4-cü maddəsinə görə, borcalan öz öhdəliklərini yerinə yetirmədikdə, zaminlər qanunvericiliyə uyğun olaraq ödənişə yönəldilir. Borcalan bu müqavilədə göstərilən müddətdə borcu qeyd şərtsiz ödəməlidir. Borcun zaminlərin hesabına ödənişə yönəldilməsi zamanı faktiki alınmış və qaytarılmış kredit məbləğlərinin qaytarılmış kredit məbləğinin qaytarılması təmin edilir. Həmin müqavilənin 5.5-ci maddəsinə görə, kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə, kredit verən vaxtında qaytarılmamış məbləğə mövcud olan kredit faizinin 2 (iki) misli qədər cərimə faizi hesablayır. Cərimə faizi ödənişin gecikdirmə vaxtının ilk günündən hesablanır. Cavabdehin kredit öhdəliyinin təminatı kimi Masallı rayon sakini Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli 093MİK2284 № - li zaminlik müqaviləsi bağlanılmışdır. Adı çəkilən zaminlik müqaviləsinin 3.1 -ci bəndinə görə birgə zamin olmuş şəxslər kredit verən qarşısında borcalanın xx.xx.2022-ci il tarixli 093MİK2284 №-li kredit müqaviləsi üzrə 2.500,00 (iki min büş yüz) manat məbləğində kredit və ona hesablanmış faizlər məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələlərin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq onun tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişdir. Cavabdehlərə göndərilmiş xəbərdarlıq (pretenziya) məktubu da uzun müddət keçməsinə baxmayaraq cavabsız və nəticəsiz qalmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli 093MİK2284 №- li kredit müqaviləsinə əsasən, "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına 19,09.2023-cü il tarixə olan borcu 2.082,22 (iki min səksən iki manat 22 qəpik) manat əsas, 199,82 (yüz doxsan doqquz manat 82 qəpik ) manat faiz borcu, 45,90 (qırx beş manat 90 qəpik) cərimə - cəmi: 2,327,94 (iki min üç yüz iyirmi yeddi manat 94 qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 093MİK2284 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə 27,0%-lə 2.500,00 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, 093MİK2284-1Z saylı zaminlik müqaviləsinin surətindən görünür ki, kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə kimi banka 2.082,22 manat əsas, 199,82 manat faiz borcu, 45,90 cərimə borcu yaranmışdır. İşdə olan bildirişin surətindən görünür ki, "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 44 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1.,470.2. və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı mübahisəsinin hüquqi əsası olaraq tətbiq etməklə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti başa çatdıqdan və öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara baxmayaraq müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, müqavilə öhdəliklərinin şərtlərini pozmuşdur. Ona görə də o, və zamin Cavabdeh2 birgə mülki hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə ödənilməli olan borc məbləğini müzakirə edərək qeyd edir ki, işin hallarına əsasən cavabdehin banka 2.082,22 manat əsas, 199,82 manat faiz borcu, 45,90 cərimə cəmi: 2.327,94 (iki min üç yüz iyirmi yeddi manat 94 qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Ona görə də iddia tələbi tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.082,22 manat əsas, 199,82 manat faiz borcu, 45,90 cərimə borcu, cəmi 2.327,94 (iki min üç yüz iyirmi yeddi manat 94 qəpik) manat məbləğində kredit borcu və məhkəmə baxışı üçün ödənilmiş 44 (qırx dörd) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-3594/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3594/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver