Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3672/2023 18.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 27 yanvar 2013-cü il təvəllüdlü X5 və 31 oktyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2447/2021 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün 170 manat olmaqla, iki uşağa üçün cəmi 340 manat sabit pul məbləğində təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa 220 manat olmaqla, cəmi 440 manat müəyyən olunması və mediasiya xərci kimi ödənilmiş 55 manat pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2012-ci ildə el adəti ilə ailə quraraq faktiki nikah münasibətinə girmişdir. Bu faktiki nikah münasibətlərindən 27 yanvar 2013-cü ildə X5 və 31 oktyabr 2014-cü ildə X4 dünyaya gəlmişdir. Artıq xeyli vaxtdır ki, ər-arvad kimi yaşamır, ailə təssərrüfatını birgə idarə etmirlər. Bu vaxt ərzində uşaqlar onun himayəsində qalmışdır. Ayrıldıqları gündən bugünədək cavabdeh uşaqlara heç bir maddi yardım etməmişdir, uşaqların müalicə olunmasına köməklik göstərməmişdir. Buna görə də uşaqlarının maddi ehtiyaclarının ödənilməsini təmin etmək üçün “aliment tələbi” barədə iddia ərizəsi ilə Masallı rayon Məhkəməsinə müraciət etmişdir. Masallı rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli 2(050)-1033/2020 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün 110 manat olmaqla, iki uşağa üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qətnamədən narazı qaldığına görə işə apellyasiya və daha sonra kassasiya instansiyası məhkəmələrində baxılmış və yekun olaraq Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2021-ci il tarixli, 2(106)-2447/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli, 2(050)- 1033/2020 saylı qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilərək İddiaçı xeyrinə hər ay bir uşaq üçün 170 manat olmaqla, iki uşağa üçün cəmi 340 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin teleqram vuraraq iddia tələbini müdafiə etdiyini, uşaqlarının tək qoyub gələ bilməməsi səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh və anası İddiaçı olan X5 27 yanvar 2013-cü ildə Bakı şəhəri Sabunçu rayonunda doğulmuşdur. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh və anası İddiaçı olan X4 31 oktyabr 2014-cü ildə Bakı şəhəri Sabunçu rayonunda doğulmuşdur. İş materiallarına əlavə olunmuş Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2447/2021 saylı qətnaməsinin surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli, 2(050)-1033/2020 saylı qətnaməsi aliment hissəsində dəyişdirilmiş, Cavabdeh 27 yanvar 2013-cü ildə doğulmuş X3 və 31 oktyabr 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, iki uşağa üçün cəmi 340 (üç yüz qırx manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat pul ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər el adəti ilə ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə 27 yanvar 2013-cü ildə X5 və 31 oktyabr 2014-cü ildə X4 adlı uşaqları anadan olmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2447/2021 saylı qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli, 2(050)-1033/2020 saylı qətnaməsi aliment hissəsində dəyişdirilmiş, Cavabdeh 27 yanvar 2013-cü ildə doğulmuş X3 və 31 oktyabr 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, iki uşağa üçün cəmi 340 (üç yüz qırx manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 27 yanvar 2013-cü il təvəllüdlü X3 və 31 oktyabr 2014-cü il təvəllüdlü X2 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Uşaqların saxlanılması üçün Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2447/2021 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün 170 manat olmaqla, iki uşağa üçün cəmi 340 manat sabit pul məbləğində aliment müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşaqların yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Həmçinin tərəflərin qarşılıqlı razılığı ilə aliment sabit pul məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları nəzərə alaraq, yetkinlik yaşına çatmamış uşaqlar üçün aylıq aliment məbləğinin hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Həmçinin, Mediasiya xərcinə görə ödənilmiş 55 manat pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, Cavabdeh uşağın saxlanılaması üçün alimetin miqdarının artırılaraq hər ay bir uşaq üçün 200 manat müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2447/2021 saylı qətnaməsi ilə 27 yanvar 2013-cü il təvəllüdlü X3 və 31 oktyabr 2014-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Mediasiya xərcinə görə ödənilmiş 55 manat pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-3672/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3672/2023
18.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver