Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3812/2025 05.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X4, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş aliment miqdarının artırılaraq hər ay hər uşağa görə 246 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Masallı rayonu Mahmudavar kənd sakini Cavabdeh ilə nikahlarını xx.xx.2023-cü il tarixdə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il təvəlüdlü Bayramova Elena və xx.xx.2016cı il təvəlüdlü Bayramova Gülay adlı iki uşaqları olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıq yaranmış və ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasında nikahları pozulmuşdur. Həmin qətnamə ilə uşaqların onun yanında qalması və yetkinlik yaşına çatmasınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Alimentin məbləği uşaqların saxlanılması üçün yetərli olmadığından alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Lənkəran 1 saylı X3 Bayramovun nümayəndəsi ilə MŞL/MT014/2023-01976 saylı barışıq sazişi imzalamışlar. Həmin sazişə əsasən Cavabdeh yuxarıda göstərilən uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Sonradan Masallı Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 8(050)-208/2025 saylı qərardadı ilə 29 avqust 2023-cü il tarixli MŞL/MT014/2023-01976 saylı barışıq sazişinə əsasən müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq yetkinlik yaşına çatmayan uşaqlar xx.xx.2014cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.376 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdr. Alimentin qeyd olunan məbləği hazırda 150.40 manat təşkil edir ki, həmin məbləğ isə hazırda uşaqların saxlanılması üçün yetərli deyildir. Cavabdeh isə fərdi işlərlə, həmçinin ev tikintisi ilə məşğul olmasına baxmayaraq onlara lazımi köməklik etmir. Belə vəziyyətdə əvvəlki məhkəmə qətnaməsi və barışıq sazişi ilə təyin edilmiş alimentin miqdarı uşaqların normal yaşayışını təmin etmək üçün yetərli deyildir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı aliment miqdarının artırılmasını xahiş etsədə, əslində o, Cavabdeh ilə bağladığı barışıq sazişini mübahisələndirir. Belə olan halda o, ilk olaraq barışıq sazişinin etibarlı olub-olmamasını mübahisələndirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3812/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3812/2025
05.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver