Məhkəmə qərarları › İş №2(050)-385/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-385/2024

19.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-385/2024 19.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı rayon məhkəməsinin hakimi Bəhmənov Habil Xanoğlan oğlu, İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil qurğunun dəyəri olan 2277.40 manat pulun tutularaq İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. iddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin 1(050)-70/2020 saylı, 04 may 2020-ci il tarixli hökmünə əsasən xx.xx.1984-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm ilə məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Məhkum Cavabdeh barəsində hökm icraata xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Hökmün icrası ilə bağlı məhkumun yaşadığı ünvan 2 ünvanına bildiriş göndərilmişdir. Məhkum İddiaçınə gəlmiş və azadlığın mahdudlaşdırılması cəzasının çəkilməsi qaydaları ona izah edilməklə izahatı alınmışdır. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh xx.xx.2021-ci il tarixində ENV-si tətbiq edilmişdir. ENV-nin gəzdirmə və istifadə qaydalarına əməl edilməsi ilə bağlı hüquq və vəzifələri məhkuma izah edilmişdir. xx.xx.2021-ci il tarixli protokola əsasən məhkum Cavabdeh “ATTENTİ” markalı mobil qurğusu, mobil qurğunun enerji adapteri, sadə elektron qolbaq proqram lisenziyası və kitabça təhvil verilmişdir. Həmçinin məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Bu tələblərə riayət edəcəyi barədə məhkumdan iltizam alınmışdır. Protokol və iltizam məhkum Cavabdeh tərəfindən imzalanmışdır. Məhkum Cavabdeh 7(050)-22/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən 8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixdə cəzadan azad edilmiş və İddiaçı icraatından çıxarılmış, lakin məhkuma təhvil verilmiş elekton nəzarət vasitəsinə müəyyən ziyan vurduğu aşkar edilmiş və komplektə daxil olan qolbaq aşkar edilməmişdir. Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsi tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli texniki rəydən görünür ki, mobil qurğunun komplektasiyası pozulmuş və yoxlama nəticəsində komplektə daxil olan TX 700 nömrəli qolbaq aşkar edilməmişdir.Bu səbəbdən həmin cihazın komplekti təkrar istifadəyə üçün yararsızdır. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş arayışa əsasən elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277.40 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə olunmuş 7(050)-55/2022 saylı. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Tağıyev X1 Rayon Məhkəməsinin 1(050)-70/2020 saylı, 04 may 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsindən azad edilsin və onun üzərindən məhkumluq götürülməsi barədə qərar çıxarılmışdır. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ED-M96-21 saylı arayışdan görünür ki, 1 ədəd sadə elektron qolbaq, mobil nəzarət qurğusu, elektron aparat, proqram lisenziyasının qiyməti 2277.40 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Masallı Rayon Məhkəməsinin 1(050)-70/2020 nömrəli, 04 may 2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş 08 iyun 2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi-in 15-2.5-ci maddələrinə əsasən elektron nəzarət vasitələrini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onların dəyərinin ondan tutulacağı və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi-in 51-7.4-ci və Azərbaycan Respublikası CM-in 52-1.5-ci maddələrinə əsasən üzərinə məhkəmənin hökmü ilə qoyulmuş vəzifələri yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırarsa, ona təyin olunmuş cəzanın azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması ilə bağlı haqqında tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh mobil qurğunun dəyəri olan 2277.40 manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar