Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3852/2025 27.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Ətirə Aslanova məhkəməyə yazılı ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasını və iddia ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınmaqla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürməsinə dair ərizə ilə məhkəməyə müraciət etdiyindən, mövcud idda ərizəsi əsasında mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilməsinə zərurət və əsas yoxdur. Odur ki, ərizə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 170.1, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron məhkəmə sistemi vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-3852/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3852/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver