Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3856/2023 25.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «borc» tələbi barədə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 5000 (beş min) manat pulun və dövlət büdcəsinı ödədiyi 70 (yetmiş) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, kiçik mübahisələr üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı cavabdehdən 5000 manat borcun tutulması barədə ərizə vermiş olsa da, qanunvericiliyin tələblərinə riayət etməmişdir. Qanunvericiliyin tələbinə əsasən kiçik iddialar mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olduğu təqdirdə verilə bilər. Lakin hazırki iddia üzrə iddianın qiyməti 5000 manat məbləğindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmçinin, işdən göründüyü kimi iddiaçı ilk olaraq müqavilə üzrə borcun qaytarılmasına dair təklif barədə cavabdehə müraciət etməli olduğu halda bunun etməmiş və cavabdehin tərəfin bu məsələ ilə bağlı imtinasını almadan və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadan birbaşa məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı mübahisə predmeti ilə bağlı cavabdehə etdiyi müraciətə müsbət nəticə əldə etmədiyi təqdirdə və bu barədə mübahisə yarandıqda işə məhkəmə icraatı qaydasında baxılması mümkündür. Həmçinin, həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3856/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3856/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver