Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3988/2023 07.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X2, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Mənzil Tikinti Kooperativinə, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh3, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh4, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh5, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh6, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X1 qarşı "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 (Masallı rayonu Təzə Alvadı kəndi ünvanında qeydiyyatda olan və yaşayan) arasında xx.xx.2005-ci il tarixində (mövcud olmayan saxtalaşdırılmış müqaviləyə əsasən) ünvan 2 ünvanında A bloku, 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 159.63 kv.m, mənzilin ümumi dəyəri 103.365 (yüz üç min üç yüz altımış beş) AZN olan, 17 saylı mənzilə dair imzalanmış (saxta hazırlanmış) saxta "Müqavilə"nin və saxta "Maliyyə Arayışı"nın (xx.xx.2013) ləğv edilməsinə, İddiaçı adından hazırlanmış xx.xx.2020-ci il tarixli saxta ərizənin ləğv edilməsinə, bu və ya digər sənədlərin saxtalaşdırılmasında şübhəli şəxslər "xxxx" MTK vəzifəli şəxsləri və onlarla əlbir olmuş şəxslərin məsuliyyətə cəlb olunması barəsində məhkəmənin xüsusi qərardadının çıxarılmasına dair tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Mənzil Tikinti Kooperativinə, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh3, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh4, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh5, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh6, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X1 qarşı "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 (Masallı rayonu Təzə Alvadı kəndi ünvanında qeydiyyatda olan və yaşayan) arasında xx.xx.2005-ci il tarixində (mövcud olmayan saxtalaşdırılmış müqaviləyə əsasən) ünvan 2 ünvanında A bloku, 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 159.63 kv.m, mənzilin ümumi dəyəri 103.365 (yüz üç min üç yüz altımış beş) AZN olan, 17 saylı mənzilə dair imzalanmış (saxta hazırlanmış) saxta "Müqavilə"nin və saxta "Maliyyə Arayışı"nın (xx.xx.2013) ləğv edilməsinə, İddiaçı adından hazırlanmış xx.xx.2020-ci il tarixli saxta ərizənin ləğv edilməsinə, bu və ya digər sənədlərin saxtalaşdırılmasında şübhəli şəxslər "xxxx" MTK vəzifəli şəxsləri və onlarla əlbir olmuş şəxslərin məsuliyyətə cəlb olunması barəsində məhkəmənin xüsusi qərardadının çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçının tələbi dəqiq deyildir və iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1-ci maddəsinə əsasən ərizənin verildiyi məhkəmənin adı; 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Mənzil Tikinti Kooperativinə, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh3, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh4, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh5, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh6, "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqşünası X1 qarşı "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 (Masallı rayonu Təzə Alvadı kəndi ünvanında qeydiyyatda olan və yaşayan) arasında xx.xx.2005-ci il tarixində (mövcud olmayan saxtalaşdırılmış müqaviləyə əsasən) ünvan 2 ünvanında A bloku, 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 159.63 kv.m, mənzilin ümumi dəyəri 103.365 (yüz üç min üç yüz altımış beş) AZN olan, 17 saylı mənzilə dair imzalanmış (saxta hazırlanmış) saxta "Müqavilə"nin və saxta "Maliyyə Arayışı"nın (xx.xx.2013) ləğv edilməsinə, İddiaçı adından hazırlanmış xx.xx.2020-ci il tarixli saxta ərizənin ləğv edilməsinə, bu və ya digər sənədlərin saxtalaşdırılmasında şübhəli şəxslər "xxxx" MTK vəzifəli şəxsləri və onlarla əlbir olmuş şəxslərin məsuliyyətə cəlb olunması barəsində məhkəmənin xüsusi qərardadının çıxarılmasına dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) işə baxan Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3988/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3988/2023
07.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver