Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-4/2023 04.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı BOKT MMC Cavabdeh2 və Cavabdeh1 Əsgər oğluna qarşı istifadə hüququna xitam verilməsi, sahənin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT MMC Cavabdeh2 və Cavabdeh1 Əsgər oğluna qarşı istifadə hüququna xitam verilməsi, sahənin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı BOKT MMC məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11.-ci maddəsinə əsasə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı BOKT MMC Cavabdeh2 və Cavabdeh1 Əsgər oğluna qarşı istifadə hüququna xitam verilməsi, sahənin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-4/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-4/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver