Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4000/2025 28.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə. İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ziyan tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurduğu 2650 manat məbləğində maddi ziyan pulunu və ödənilmiş 47.40 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 2650 manat məbləğində maddi ziyan pulunu, hüquqi xidmətə görə ödədiyi 320 manat və ödənilmiş 47.40 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 20:30 radələrində özünə məxsus AUDİ markalı, **-GU-*** dövlət nömrəli nişanlı maşınla Lənkəran rayonu, Cil kəndində hərəkətdə olan zaman Mersedes Benz markalı **-CL-*** dövlət nömrəli avtomobilin sürücüsü idarə etdiyi maşınınına arxa hissəsində toqquşdu. Zərbənin nəticəsində avtomobili işıq dirəyinə dəymişdir. Nəticədə avtomobilinə 4000 manata yaxın ziyan dəymişdir. Belə ki, ziyanı Lənkəran şəhərində fəaliyyət göstərən "xxxx" MMC tərəfindən qiymətlədirmə işləri aparılmışdır. xx.xx.2025-ci il tarixli rəy verilmişdir. Sözü gedən rəydə hadisə nəticəsində maşınının aşağıdakı hissələri sıradan çıxmışdır: qabağ bufer zədələnmiş, qabaq kapot, qabağ kapotun zamoku, qabaq ekran panel, qabağ sağ fara, qabağ balka, kondisoner radiyator, su radiyator, elektonlobus, müərrikin poduşkası iki ədəd, qabaq sol tərəf krilonun madoşkası, kondesianor radiyatoru, qaz torbası, müərrikin rementi, arxa sol fonar bağanikdə, arxa buferin içəri çiveler, arxa bağacının nömrə yeri plasması, qabağ buferin arxa şiveleri, kondiserin trobkaları, eytiyat təkərin plasması, qabaq poduşkasının tutan turbası, avtomibilin surət qutusu işləmir. Yuxarıda göstərdiyi hissələr sıradan çıxmışdır, cəmi 2650 manat ziyan dəyməsini göstərmişdir, əslində 4000 manatdan çox ziyan dəymişdir. Hadisə ilə bağlı Lənkəran rayon DYPŞ-nin YHN tərəfindən araşdırma aparılmış hadisənin təqsirkarı Cavabdeh təqsirli olması sübuta yetirlmiş, bu barədə inzibati xəta haqqında protokol tərtib edilmiş və müvafiq qərar qəbul edilərək Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-cı və 469.1 maddələri ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. O, dəymiş ziyanın ödənilməsin cavabdehə xəbərdarlıq etsə də, cavabdeh ziyanın ödənilməsi ilə əlaqədar heç bir hərəkət etməmişdir. Hadisədən sonra avtomobilin bazar qiyməti aşağı düşmüşdür. Cavabdeh dövlət rusumunu və hüquqi xidmətə görə ödədiyi pulları ödəməlidir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehdən maddi ziyan pulu tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını və onun vəkilini dinələyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC-nin 02 noyabr 2025-ci tarixli rəyindən görünür ki, "Audi A6" minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin ümumi məbləği 2650 manat müəyyən edilmişdir. X4 haqqında xx.xx.2025-ci il tarixli, TP7629617 saylı qərardan görünür ki, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 20:30-da Lənkəran ərazisində “Mercedes Benz C240 Minik” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edəkən araməsafəsi qaydalarını və icbari sığorta müqaviləsi bağlamamasına görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Audi A6" minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz C240 Minik” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1r. 08 aprel 2025-ci il tarixli etibarnamədən görünür ki, X2 mülkiyyətində olan “Mercedes Benz C240 Minik” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə etməyi etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin təqsirindən 01 noyabr 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan “Audi A6" minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2650 manat məbləğində zərər dəymiş, dəymiş zərər iddiaçıya ödənilməmiş, iddiaçı məcbur olub hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 320 manat və 47.40 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2650 manat ziyan, hüquqi xidmətə görə ödənilmiş 320 manat və 47.40 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2650 manat məbləğində ziyan pulu, hüquqi xidmətə görə ödənilmiş 320 manat və 47.40 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-4000/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4000/2025
28.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver