Məhkəmə qərarları › İş №2(050)-406/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-406/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-406/2024 11.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh pul tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 14 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 5435,71 manat əsas, 314,19 manat faiz, 99,53 manat cərimə, cəmi 5849,43 manat borc və dövlət rüsumuna görə 78,49 manat pul tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 14 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 15,7 faiz dərəcəsi ilə 6000 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirməmiş, borcun icrasında gecikdirmələrə yol vermişdir. Ona pretenziya qaydasında xəbərdarlıq edilmiş, lakin nəticəsi olmamışdır. Odur ki, ondan 14 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 5435,71 manat əsas, 314,19 manat faiz, 99,53 manat cərimə, cəmi 5849,43 manat borc və dövlət rüsumuna görə 78,49 manat pul tələb olunur. Məhkəmə baxışı iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 14 aprel 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, ona 24 ay müddətinə, illik 15,7 faiz dərəcəsi ilə 6000 manat kredit verilmişdir. Məxaric orderinin surətindən görünür ki, Cavabdeh 14 aprel 2023-cü il tarixdə 4500 manat, 17 aprel 2023-cü il tarixdə 1500 manat, cəmi 6000 pulu İddiaçı Açıq Səhmdar Cəmiyyətindən almışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh 01 dekabr 2023-cü il tarixə 5435,71 manat əsas, 314,19 manat faiz, 99,53 manat cərimə, cəmi 5849,43 manat borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xəbərdarlığın surətindən görünür ki, İddiaçı Cavabdeh xəbərdarlıq məktubu göndərməklə banka olan borcunu vaxtında qaytarmadıqları halda məhkəməyə müraciət ediləcəyi, yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırılması üçün 78,49 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. İşin faktiki hallarına, tədqiq olunmuş mötəbər və təkzibolunmaz sübutlara əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 14 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 15,7 faiz dərəcəsi ilə 6000 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirməmiş, borcun icrasında gecikdirmələrə yol vermişdir. Ona pretenziya qaydasında xəbərdarlıq edilmiş, lakin nəticəsi olmamışdır. Onun 14 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 5435,71 manat əsas, 314,19 manat faiz, 99,53 manat cərimə, cəmi 5849,43 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı mübahisəsinin hüquqi əsası olaraq tətbiq etməklə qeyd edir ki, tərəflər arasında etibarlı borc münasibəti yaranmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara baxmayaraq müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, müqavilə öhdəliklərinin şərtlərini pozmuşdur. Ona görə də o, mülki hüquqi məsuliyyət daşıyır. Məhkəmə ödənilməli olan borc məbləğini müzakirə edərək qeyd edir ki, işin hallarına əsasən borc məbləği 5435,71 manat əsas, 314,19 manat faiz, 99,53 manat cərimə, cəmi 5849,43 təşkil edir. Ona görə də iddia tələbi tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5435,71 manat əsas, 314,19 manat faiz, 99,53 manat cərimə, cəmi 5849,43 manat və ödənilmiş dövlət rüsumuna görə 78,49 manat tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə) Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar