Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-4177/2023 27.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “Cavabdeh1 (Masallı rayonu Təzə Alvadı kəndi ünvanında qeydiyyatda olan və yaşayan) ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2005-ci il tarixində mövcud olmayan və sonradan saxtalaşdırma nəticəsində ərsəyə gəlmiş (sübut və hüquqi faktlar əsasında) müqaviləyə əsasən ünvan 2 ünvanında A bloku, 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 159.63 kv.m, mənzilin ümumi dəyəri 60904 (altımış min doqquz yüz dörd) ABŞ dollar olan, 17 saylı mənzilə dair tərəflər arasında imzalanmış (saxta hazırlanmış) "Müqavilə"nin (xx.xx.2005) və bu müqavilənin əsasında Cavabdeh1 adına verilmiş (saxta hazırlanmış) "Maliyyə Arayışı"nın (xx.xx.2013) ümumiyyətlə hər iki sənədin etibarsız hesab edilməsinə, İddiaçı adından (saxta hazırlanmış) hazırlanmış xx.xx.2020-ci il tarixli ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “Cavabdeh1 (Masallı rayonu Təzə Alvadı kəndi ünvanında qeydiyyatda olan və yaşayan) ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2005-ci il tarixində mövcud olmayan və sonradan saxtalaşdırma nəticəsində ərsəyə gəlmiş (sübut və hüquqi faktlar əsasında) müqaviləyə əsasən ünvan 2 ünvanında A bloku, 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 159.63 kv.m, mənzilin ümumi dəyəri 60904 (altımış min doqquz yüz dörd) ABŞ dollar olan, 17 saylı mənzilə dair tərəflər arasında imzalanmış (saxta hazırlanmış) "Müqavilə"nin (xx.xx.2005) və bu müqavilənin əsasında Cavabdeh1 adına verilmiş (saxta hazırlanmış) "Maliyyə Arayışı"nın (xx.xx.2013) ümumiyyətlə hər iki sənədin etibarsız hesab edilməsinə, İddiaçı adından (saxta hazırlanmış) hazırlanmış xx.xx.2020-ci il tarixli ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İş materiallarında olan elekrton baza məlumatından çıxarışdan göründüyü kimi Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 314, M19, M3 ünvanında qeydiyyatdadır. İddia ərizəsindən görünür ki, digər cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativin unvanı Bakı şəhəri, Nərimanov rayonu, 1952-ci məhəllə, Əlicabbar Orucəliyev küçəsi ev 18-dir. Belə olan halda iddia ərizəsinə ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikası MPM-nin MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASC, Nərimanov filialına ödənilmiş (20 noyabr 2023-cü il tarixli, qəbz nömrəsi **********, büdcə təsnifat kodu 142213) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 114, 152, 263-264, 267-268-ci maddələrinə əsasən, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı Cavabdeh1 (Masallı rayonu Təzə Alvadı kəndi ünvanında qeydiyyatda olan və yaşayan) ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2005-ci il tarixində mövcud olmayan və sonradan saxtalaşdırma nəticəsində ərsəyə gəlmiş (sübut və hüquqi faktlar əsasında) müqaviləyə əsasən ünvan 2 ünvanında A bloku, 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 159.63 kv.m, mənzilin ümumi dəyəri 60904 (altımış min doqquz yüz dörd) ABŞ dollar olan, 17 saylı mənzilə dair tərəflər arasında imzalanmış (saxta hazırlanmış) "Müqavilə"nin (xx.xx.2005) və bu müqavilənin əsasında Cavabdeh1 adına verilmiş (saxta hazırlanmış) "Maliyyə Arayışı"nın (xx.xx.2013) ümumiyyətlə hər iki sənədin etibarsız hesab edilməsinə, İddiaçı adından (saxta hazırlanmış) hazırlanmış xx.xx.2020-ci il tarixli ərizənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya mübahisə predmeti ilə əlaqədar cavabdehlərin rəsmi qeydiyyatda olduğu yer üzrə və ya yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı tərəfindən "xxxx" ASC, Nərimanov filialına ödənilmiş (20 noyabr 2023-cü il tarixli, qəbz nömrəsi **********, büdcə təsnifat kodu 142213) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) işə baxan Masallı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-4177/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-4177/2023
27.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver