Məhkəmə qərarları › İş №2(050)-4363/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-4363/2025

23.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-4363/2025 23.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ X1, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdeh iştrakları ilə. İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)- 742/2025 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, 2026-cı il üzrə minimum saxlanma xərcləri, uşağın xəstəliyi nəzərə alınmaqla 300 manat təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə birgə münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü İsmayılov Amin adlı bir övladları dünyaya gəlmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-742/2025 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 atası olmasının müəyyən edilməsi və xx.xx.2025ci il tarixdən başlayaraq Amin İsmayılovun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin Cavabdeh əvvəllər aliment öhdəliklərini yerinə yetirsə də, 2025-ci ilin iyun ayından bu günədək heç bir ödəniş etməmiş və bu səbəbdən yaranmış borc artmaqda davam edir. Eyni zamanda birgə nikahdan dünyaya gələn övladın sağlamlığı ilə bağlı nə maddi, nə də mənəvi heç bir dəstək olmamışdır. Övladı xx.xx.2019-cu il təvəllüdlü X4 "Autizm spektr” pozuntusu səbəbindən həkim müalicəsi alır, eyni zamanda övladının nevroloji problemleri olması səbəbindən Nevropotoloq müalicəsi də alır. Belə ki, övladının saxlanılması üçün gündəlik xərclərinin (təhsil, qidalanma, geyim, tibbi xidmət və s.) çoxalması, eləcə də mövcud iqtisadi şəraiti nəzərə aldıqda təyin edilmiş aliment məbləği övladının normal saxlanılması üçün kifayət etmir. Hazırda qüvvədə olan aliment məbləği onun normal inkişafı, sağlamlığı və təminatı üçün yetərli deyildir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq iddiaçı tərəfin alimentlə bağlı yeni iddiasının tam şəkildə rədd edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-742/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və iddianın əsassız olması səbəbi ilə cavabdehin üzərinə əlavə maliyyə öhdəliyinin qoyulmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, Cavabdeh iddiaçı tərəfin alimentlə bağlı yeni iddiasına qəti və əsaslandırılmış etirazını bildirir. Masallı Rayon Məhkəməsinin 2(050)- 742/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və bu müddətdən qüvvədə olan qərarı ilə onun üzərinə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment öhdəliyi qoyulmuşdur və həmin qərar qanuni qüvvədədir, icra olunur və dəyişdirilməmişdir. O hal-hazırda heç bir yerdə işləmir, daimi və əlavə gəlir mənbəyi yoxdur. Nəzərdə tutulan aliment ödənişləri onun maddi imkanları hesabına deyil, tamamilə valideynlərinin müvəqqəti maddi dəstəyi ilə həyata keçirilir. Onun maddi vəziyyətində hər hansı yaxşılaşma baş verməmiş, əksinə faktiki olaraq tam asılı və qeyri sabit vəziyyətdə qalmışdır. İddiaçı tərəf onun maddi və ailə vəziyyətində əhəmiyyətli dəyişdik olduğunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Yeni iddia faktiki və hüquqi əsaslardan məhrum olub, yalnız əvvəlki məhkəmə qərarının mübahisələndirilməsinə yönəlmişdir ki, bu da qanunvericiliyin tələbinə ziddir. Hazırki iş üzrə belə bir dəyişiklik mövcud deyil, iddiaçı tərəf bunu sübuta yetirməmişdir. Qüvvədə olan məhkəmə qərarının dəyişdirilməsi üçün qanuni şərtlər formalaşmamışdır. Eyni zamanda Mülki Prosessual Məcəlləsinin sübutetmə yükü ilə bağlı müddəalarına əsasən, iddianın əsaslandırılması tam şəkildə iddiaçı tərəfin üzərinə düşür. Bu yük yerinə yetirilmədiyi halda iddia rədd edilməlidir. Üçüncü şəxslərin (valideynlərin) könüllü və müvəqqəti maddi dəstəyi cavabdehin gəliri kimi qiymətləndirilə bilməz. Bu hal alimentin artırılması üçün qanuni əsas yaratmır. Əks mövqe qanunun mahiyyətinə və məhkəmə təcrübəsinə ziddir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında övladının sağlamlığında problem olması səbəbindən iştirak edə bilməyəcəyini bildirmiş və işi onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh qızı iddianı qəbul etməyərək bildirdi ki, haırda işləmir. Əvvəl Rusiya Federasiyasında yaşamış və işləmişdir. Hazırda vətənə qayıtmışdır və işsizdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(050)-742/2025 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 24 iyul 2019-cu ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş X3 atası olmasının müəyyən edilməsi, 17 yanvar 2025ci il tarixdən başlayaraq 24 iyul 2019-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İşə baxılarkən müəyyən edilmişdir ki, tərəflərin ailə münasibətlərinə rəsmi xitam verildikdən sonra cavabdehin maddi və ailə vəziyyətində yaxşılığa doğru dəyişiklik olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar