Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-443/2025 11.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı, Cavabdeh ilə faktiki olaraq el adəti ilə xx.xx.2015-ci il tarixdə ailə həyatı qurmuşdur. Qeyri-rəsmi nikahdan 10 oktyabr 2016-cı il təvəllüdlü X6 adlı bir uşaq anadan olmuşdur. Nikahları rəsmi olmadığından həmin uşağın atalığını müəyyən etdirməkdən ötrü cavabdehlə birlikdə Masallı Rayon Qeydiyyat Şöbəsinə müraciət edib 18 oktyabr 2016-cı il tarixli, 1369 № ilə qeyd etdirərək atalığın müəyyən edilməsi haqqında Şəhadətnamə almışlar. Cavabdehlə birgə nikahdan olan uşaqları Hüseyn Əliyev dünyaya gələndən sonra cavabehin ailə üzvləri (cavabdehin anası və bacıları) ilə münasibətləri korlanmış, müvəqqəti yaşamaq üçün cavabdehlə birlikdə Masallı rayonunun Həsənli kəndində yerləşən valideynlərinə məxsus olan evə sığınmalı olmuşdur. Bir müddət cavabdehlə orada yaşasa da cavabdehin valideynləri tərəfindən buna imkan verilməmişdir. Cavabdehlə birlikdə xx.xx.2016-cı il tarixdə gəlin köçdüyü cavabdehin valideynlərinə məxsus evə yaşamaq üçün getmişlər. Böyük münaqişələr baş verdiyindən məcburiyyət qarşısında qalıb yenə birlikdə onun valideynlərinə məxsus olan evə qayıtmalı olmuşlar. Beləliklə o, birdəfəlik valideynlərinin evində yaşamağa başlamış, cavabdeh isə işi ilə bağlı hər gün Masallı rayonuna getmişdir. Bir müddət sonra cavabdeh 26 aprel 2017-ci il tarixdə ailədən birdəfəlik ayrılmış və evə qayıtmamışdır. Bütün bu narazılıqlara səbəb cavabdehlə nikaha girmək istəyərkən onda Talassemiya daşıyıcısı xəstəliyi aşkarlanması olmuşdur. Cavabdeh hətta nikah şəhadətnaməsini götürməkdən imtina etmişdir. Birgə nikahdan olan uşağı 14 aprel 2017-ci il tarixdə müayinə etdirməkdən ötrü Bakı şəhərində yerləşən Qan İnstitutuna aparıb cavab alandan sonra uşaqda da həmin xəstəlik aşkar olunduğundan cavabdehlə əlaqələri birdəfəlik pozulmuşdur. İddiaçının tələbi: Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarını artıraraq 260 manat aliment tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 2(050)-3481/2017 saylı, 08 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə 100 manat aliment qət edilmişdir. Lakin hal-hazırda minimum əmək haqqı 400 manat olduğuna görə uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 400 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləği uşağın xərclərinin ödənilməsinə kifayət etmir. Uşaq böyüdükcə xərcləri artır. Bundan əlavə uşaq talassemiya gen daşıyıcısıdır. Qan azlığından əziyyət çəkir. 7-8 aydan bir ona şəxsi hesablarına qan vurdurur, qan azlığının qarşısının alınması üçün dərman müalicəsi etdirirlər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tələb edilən məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Bundan əlavə nəvəsi Hüseyn talassemiya xəstədi deyil, Talassemiya daşıyıcısıdır. Talassemiya daşıyıcılarına qan vurulmur. Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş yazılı izahatından görünür ki, iddianı qəbul etmir. O, iddiaçıdan ayrıldıqdan sonra ailə həyatı qurmamışdır. Özü heç bir yerdə işləmir. İş olanda ofisiantlıq edir. Aliment təyin olunduqdan sonra onun həyatında heç bir maddi artım olmamışdır. Bir il bundan əvvəl ofisiant işləyirdi, indi də heç bir yerdə işləmir. Qış aylarında demək olar ki, işi olmur. Həmçinin səhhətində də ağır problem vardır. Ağır işlərdə işləyə bilmir. Gücü nəyə çatırsa orda işləyir. Alimenti qohum və tanışlarından borc alıb verir. Həmçinin uşağın saxlanılması üçün minimum yaşayış miqdarı 2024-cü il üçün 235 manat təşkil edir. AR Konstitusiyasına əsasən uşaqları saxlamaq hər bir valideynin borcudur. O, üzərinə düşən öhdəliyi icra edir. Aliment iki valideynə bölünsün. Əgər övladını saxlaya bilmirsə, uşağı ona qaytarsın. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Doğum haqqında şəhadətnamədən görünür ki, atası Cavabdeh və anası İddiaçı olan X6 xx.xx.2016-cı il tarixdə Masallı rayonunda doğulmuşdur. Atalığın müəyyən edilməsi haqqında xx.xx.2016-cı il tarixli, AZ-İ № 319923 saylı şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2016-cı ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-3481/2017 saylı, 08 sentyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının xx.xx.2017-ci il tarixdən hesablanması qət edilmişdir. Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00718 saylı mediasiya prosesində iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. X2 X3 görünür ki, X5 D56.3 Talessemiya əlamətlərinin daşıyıcılığı diaqnozu qoyulmuşdur. Nəticə olaraq talessemiya əlamətlərinin daşıyıcısı olan insanlar pratik sağlam hesab olunur. Ambulator kitabçadan çıxarışdan görünür ki, Cavabdeh şəkərli diabet tip 2, morbid piylənmə, sağ tərəfli kriptorxizm, hipertenziv ensefalopatiya. Aşağı ətrafların varikoz xəstəliyi, sağ və sol böyük və kiçik venaların varikozu, sağ ümumi bud venasında qapaq çatışmazlığı. Xroniki venoz çatışmazlıq İİİ dərəcə diaqnozu qoyulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyanın: 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiya: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir; 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 №-li qərarının 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “8.11-1-ci bəndinə görə Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən Tərəflər faktiki nikah münasibətlərinə girməklə ailə qurmuş, birgə yaşayışlarından xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşdur. Uşağın atalığı müəyyən olunmuş, buna dair şəhadətnamə alınmışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-3481/2017 saylı 08 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Yuxarıda göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, xx.xx.2016-cı il təvəllüdlü X4 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Uşağın saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 2 (050)-3481/2017 saylı 08 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə hər ay 100 manat sabit pul məbləğində aliment müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşağın yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalı, lakin aliment artırılarkən cavabdehin maddi vəziyyəti və həyat şəraiti də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları nəzərə alaraq, yetkinlik yaşına çatmamış uşaq üçün aylıq aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 2(050)-3481/2017 saylı 08 sentyabr 2017-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-443/2025 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən hesablanmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında məhkəmələrə izah edilmişdir ki , məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-3481/2017 saylı 08 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində müəyyən edilərək, Cavabdeh alınaraq, İddiaçı xeyrinə tutulsun. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-443/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-443/2025
11.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver