Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-4565/2023 29.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlu, İddiaçı "Azəriqaz“ İstehsalat Birliyinin Cavabdeh qarşı kiçik mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı "Azəriqaz“ İstehsalat Birliyinin nümayəndəsi X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixə kimi istehlak etdiyi 535,60 manat debitor borcun, ödənilmiş 30,00 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqının cəmi 566,00 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod: 200383 VÖEN **********, MH AZ37NABZ**********0000001944, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB********************8 saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh qarşı iddia qaldırdıqlarını, lakin iddia ərizəsi məhkəməyə veriləndən sonra cavabdehin ölməsi faktı məlum olduğundan iddia ərizəsini və ona əlavə edilmiş sənədləri icraata götürmədən geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəni nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: İddiaçı "Azəriqaz“ İstehsalat Birliyinin Cavabdeh kiçik mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kapinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-4565/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-4565/2023
29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver