Məhkəmə qərarları › İş №2(050)-483/2023

Masallı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(050)-483/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-483/2023 11.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5600 manat borcun və dövlət rüsümuna görə ödənilmiş 76 manat, cəmi 5676 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Həmçinin, 16 mart 2023-cü il tarixdə cavabdehin istifadəsində olan ***-***-**-** nömrəyə zəng vurularaq, məhkəmə iclasının 11 aprel 2023-cü il tarix, saat 12:00-a təyin edilməsi barədə ona məlumat verilmiş və bu sənədləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına razılığını yazılı formada bildirdiyindən, məhkəmə həmin Məcəllənin 238.4 və 238.5-ci maddələrinə əsaslanaraq işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxartmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərdi ki, Cavabdeh ilə qohumluq münasibətlərinə görə ayrı-ayrı vaxtlarda ona 1 ay müddətində qaytarmaq şərti ilə ümumilikdə 5600 manat borc pul vermişdir. Borca verdiyi pullardan 3000 manat pulu Ülviyyəyə çatdırmaq üçün onun göndərdiyi taksi sürücüsü Şahid vasitəsi ilə vermişdir. Digər 2600 manat pulu isə şəxsən vermişdir. Ülviyyənin taksi sürücüsü Mehdi ilə ona göndərdiyi 2000 manat pul Ülviyyənin Səkinə adlı başqa bir xanıma olan borcu olmuş və həmin pulun Səkinə xanıma çatdırılması üçün Ülviyyə ona göndərmişdir. Səkinə xanım onların ümumi tanıdıqları şəxs olmuşdur. Taksi sürücüsü X3 adlı şəxsə çatdırmaq üçün verdiyi 2000 manat pul verən zaman ona borcu olmamışdır. Dəfələrlə pulunu tələb etsədə, qarşı tərəf pulu qaytarmamış və o, Masallı Rayon Polis şöbəsinə müraciət etmişdir. Aparılmış raşdırma zamanı Cavabdeh izahatı alınmış və o, izahatında 5600 manat borcunun olmasını etiraf etmişdir. Mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Hüseynov X1 Xuraman Hacıəli qızı ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, taksi sürücüsüdr. Əliyeva X2 rayonunda gözəllik salonu işlədirdi. Ülviyyə ona 2000 manat pul verərək demişdir ki, həmin pulu İddiaçı çatdırsın. O, da Cavabdeh ona verdiyi 2000 manat pulu İddiaçı vermişdir. Sonradan Cavabdeh ona demişdir ki, İddiaçı ona pul verəcək, get onu gətir. O, da gedərək İddiaçı 3000 manat pulu almış və həmin 3000 manat pulu Cavabdeh vermişdir. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və onun vəkilinin izahatalarını, şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İşin araşdırılması ilə bağlı iddiaçının vəsatəti əsasında Masallı Rayon Polis şöbəsindən İddiaçı müraciəti əsasında aparılmış araşdırma materialı tələb edilmiş, materialdan görünür ki, aparılmış araşdırma zamanı Cavabdeh izahatı alınmış, o, izahatında göstərmişdir ki, “...Mənim ümumilikdə İddiaçı 5600 manat borcum var. Təhqiqatçının Cavabdeh Sizin hal-hazırda İddiaçı nə qədər borcunuz var? sualına Cavabdeh cavab olaraq bildirmişdir ki, hal-hazırda onun İddiaçı ümumilkdə 5600 manat borcu var.” İzahatın sonunda “İzahatı oxudum, mənim sözlərim ilə doğru yazılıb. Doğruluğunu imzamla təsdiqləyirəm. İmza: var. Cavabdeh” qeyd edilmişdir. Məhkəmə tədqiqatı ilə müəyyən edildi ki, Cavabdeh 5600 manat pul verilmişdir. Bu işdə olan sübutlarla, o cümlədən iddiaçının müraciət əsasında aparılmış araşdırma zamanı izahatı alınarkən cavabdehin özü tərəfindən də təsdiq edilmiş, almış olduğu pulun qaytarılması barədə onun tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən ssassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-nin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Cavabdeh 5600 manat və dövlət rüsümuna görə ödənilmiş 76 manat, cəmi 5676 manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5600 manat və dövlət rüsümuna görə ödənilmiş 76 manat, cəmi 5676 manat pul tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar