Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-525/2025 28.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdeh2 vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin yaradılmasının qadağan olunması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun X1 və Cavabdeh2 ona məxsus Masallı rayonu, Sirəbil kəndində 0,30 hektar torpaq sahəsində yerləşən evinə və yardımçı tikililərinə gedən gediş-gəliş yolunun cavabdehlərin öz vəsaiti hesabına açılaraq yolun əvvəlki vəziyyətinə qaytarılması və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X1 və Cavabdeh2 ona məxsus Masallı rayonu, Sirəbil kəndində 0,30 hektar torpaq sahəsində yerləşən evinə və yardımçı tikililərinə gedən gediş-gəliş yolunda cavabdehlər tərəfindən ona hər hansı maneələrin yaradılmasının qadağan edilməsi və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, Masallı rayonu, Sirəbil kəndində qeydiyyatda olmaqla yaşayır, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli 170 saylı qərarı ilə ona və ailə üzvlərinə 0,30 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin topaq sahəsində mərhum babasının evi var, həmçinin əmi oğlu olan cavabdehin evi və bir də, onun evi var. 0,30 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət olmaqla onların adında JN 024A, KOD 80517028 saylı şəhadətnamə əsasında verilmişdir. Həyətyanı torpaq sahəsinə ana yoldan üç giriş mövcuddur. Cavabdehlər onun tövləyə gedən yolu bağlamışlar. Həmin yoldan o, təsərrüfatı üçün ot preslərini, buğdanı, arpanı və digər məhsullarını aparmışdır. Cavabdehlər yolu bağladıqları üçün o, hazırda mülkiyyətindən sərbəst istifadə edə bilmir. Reyestr xidmətinin xəritəsində də, cavabdehlərin bağladıqları ərazi yol kimi qeyd edilmişdir. Yolun açılması üçün cavabdehlərə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamış, hətta mübahisələri polis şöbəsinə qədər gedib çıxmışdır. Hazırda o, yardımçı tikililərinə avtomobillə yüklərini apara bilmir. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları:
4. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, ata evlərində 15 ildən artıq olar ki, yaşamırlar. Əmisinin “Qaz 53” markalı maşını yolun qabağını bağlayır. Maşın yolun üstündə dayandığı üçün gediş-gəliş hərəkətinə maneə yaradır. Elə vaxt olur ki, yol açıq olur, bəzən isə bağlıdır. Tövləyə ot aparır, uzun müddət olar ki, həmin yoldan artıq mal-qaranı aparmırlar. Mal-qaranı qonşu tərəfində olan digər yoldan istifadə edərək aparırlar. Otu Cavabdeh2 təşkil edərək həyətinə gətizdirir, həmin vaxt cavabdehin həyat yoldaşı onlarla mübahisə edir, narazılıq olur, sonradan belə bir vəziyyət yaranır. O, yolun açılmasını istəyir. Hər gün o yoldan malqaraları keçmir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir
5. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının öz evinin qabağında yolu var, köhnə evin yanında mal-qara aparmaq üçün yolu var, köhnə evdən onun evinə də, yol var. Onun evi atasının evinin arxa hissəsində yerləşir. Onun evinin həyətindən heç bir əsas yola çıxan yol yoxdur. Atasına məxsus evin həyətindən iddiaçı mal-qaranı apardığı zaman həyət pis günə düşür, otlarını da, o, daşıyır, həyəti də, o, təmizləyir. İddiaçının qoyunları onun tərəfindən əkilmiş meyvə ağaclarını yeyir, sonradan ağaclar pis günə düşür. Həmin həyətdə 35 meyvə ağacı var. Əvvəl aparırdı, indi onlar icazə vermirlər. Arxadan yol var, istəsə ordan rahat istifadə edə bilər, o yol həmişə açıq olur. İddiaçı həyəti zibilləyir, ondan sonra özü həyətə traktor salıb təmizləyir, əziyyət çəkir, atası isə yaşlı adamdır, özü təmizləyə bilməz. “Qaz 53” markalı maşını evin qarşısında saxlayır, lazım olanda maşını yoldan kənarlaşdırıb iddiaçıya yol vermiş, bundan sonra iddiaçıya qarşı güzəşt etməyəcəyək, yol verməyəcək. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil iddianı tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli olan həyət ümumi mülkiyyətdir, 11 nəfər şəxsə məxsusdur. İddiaçı iddia ərizəsində evinə məxsus yoldan mübahisəni qaldırmışdır, faktiki iclasda babasına məxsus yolun açılmasını tələb edir. Onun evi orda deyil, tələb düzgün qoyulmamışdır. Cavabdehlərin evinə gedən yolun, baba evinə gedən yolun və həmçinin iddiaçının evinə gedən yolu müəyyənləşdirilməsi lazımdır. Tövləyə həmin mübahisəli həyətə girmədən, digər əsas yola çıxan tərəfdən girməsinin mümkün olub-olmaması müəyyən olunmalıdır. Məhkəmədən ekspert rəyini nəzərə alaraq mübahisənin həll olunması üçün tərəflərin arasında yolun müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı əvvəl onların evinin qabağından mal-qara aparmış, indi isə qayınatasına məxsus evin qabağından aparır. İndi də, iddiaçı öz evindən qayınatasına məxsus evinə qədər yol qurmaq istəyir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam şəkildə təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh2 iddianı tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil iddianı tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh1 iddianı tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İş materialları:
12. JN – 024A KOD 80517028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayonu Aqrar İslahat Komitəsinin 22 dekabr 1997-ci il tarixli 170 saylı qərarı ilə Masallı rayonu, Sirəbil kənd sakinləri: X6, ailə üzvləri X16, X12, X3, X13, X8, X9, X7, İddiaçı, X10 və X4 olmaqla 0.30 hektar sahəsi olan fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. Bu şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş, bir nüsxəsi X6 verilmişdir.
13. Google Maps çıxarışın surətindən görünür ki, Masallı rayonu, Sirəbil kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus fərdi yaşayış evi və Cavabdeh2 atasının yaşadığı fərdi yaşayış evinin yerləşməsi və evlərin aralarından keçən yollar təsvir olunmuşdur.
14. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 13 may 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Masallı rayon Sirəbil kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-024A nömrəli şəhadətnamə ilə (mərhum) X5 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,30 ha həyətyanı torpaq sahəsinin, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında iddiaçının və cavabdehlərin faktiki istifadə kimi plana alınmış həyətyanı torpaq sahəsinin hüdudları daxilində gediş-gəliş yolu mövcud deyil. İddiaçı və digər ailə üzvlərinin faktiki istifadə kimi plana alınmış 0,3367 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcud olan tövlənin (Cavabdeh2 atasının yaşadığı evin həyətindən istifadə etmədən) şimal-şərq və cənub-şərq istiqamətində (0,3367 ha torpaq sahəsinə bitişik) ümumi istifadədə olan gediş-gəliş yolunun olduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Sözügedən JN-024A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş 0,30 ha həyətyanı torpaq sahəsi iddiaçının və Cavabdeh2 atasının birgə mülkiyyətinə verilmiş torpaq sahəsidir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2025-ci il tarixli, 10/3947 saylı rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 13 may 2025-ci il tarixli, 3-21-3-44/2-3486/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon Sirəbil kəndi ərazisində aparılan torpaq islahatına dair JN-024A nömrəli şəhadətnamə ilə (mərhum) X5 və digər ailə üzlərinin mülkiyyətinə verilmiş 0,30 ha həyətyanı torpaq sahəsinin, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatları materialında iddiaçının və cavabdehlərin faktiki istifadə kimi plana alınmış 0,3367 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində gediş-gəliş yolu mövcud deyil. İddiaçı və digər ailə üzvlərinin faktiki istifadəsi kimi plana alınmış 0,03367 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcud olan tövlənin (Cavabdeh2 atasının yaşadığı evin həyətindən istifadə etmədən) şimal-şərq və cənub-qərb istiqamətində (0,3367 ha torpaq sahəsinə bitişik) ümumi istifadədə olan gediş-gəliş yolunun olduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Sözügedən JN-024A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş 0,30 ha həyətyanı torpaq sahəsi iddiaçının və Cavabdeh2 atasının birgə mülkiyyətinə verilmiş torpaq sahəsidir.
İşin faktiki halları:
16. Bеləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN – 024A KOD 80517028 nömrəli şəhadətnaməyə əsasən Masallı rayon Sirəbil kəndində 0,30 hektar torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı iddiaçının, cavabdehlərdən Cavabdeh1 (əvvəlki Fəttayevanın) və Cavabdeh2 atası Eldar Ağayev də, daxil olmaqla digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Ekspert rəyindən görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatları materialında iddiaçının və cavabdehlərin faktiki istifadə kimi plana alınmış 0,3367 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində gediş-gəliş yolu mövcud deyil. İddiaçı və digər ailə üzvlərinin faktiki istifadəsi kimi plana alınmış 0,03367 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcud olan tövlənin (Cavabdeh2 atasının yaşadığı evin həyətindən istifadə etmədən) şimal-şərq və cənub-qərb istiqamətində (0,3367 ha torpaq sahəsinə bitişik) ümumi istifadədə olan gediş-gəliş yolunun olduğu müəyyən edilmişdir. Sözügedən JN-024A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş 0,30 ha həyətyanı torpaq sahəsi iddiaçının və Cavabdeh2 atasının birgə mülkiyyətinə verilmiş torpaq sahəsidir.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun: 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır”.
19. İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il il tarixli qərarı: Qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki: “Əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin “X14rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.
22. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki: 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 222.1-ci maddəsinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
Məhkəmə baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
27. Beləliklə, iş materiallarına əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN – 024A KOD 80517028 nömrəli şəhadətnamədən görünür ki, Masallı rayon Sirəbil kəndində 0,30 hektar torpaq sahəsi birgə mülkiyyətdədir və İddiaçı həmin mülkiyyətçilərdən biridir. Göründüyü kimi qeyd olunan tələblərə görə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ vardır.
28. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur.
29. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.
30. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
31. Belə ki, mübahisə predmeti olan, iddiaçının hazırda istifadəyə dair maneələrin aradan qaldırılmasını istədiyi Masallı rayon Sirəbil kəndində 0,30 hektar torpaq sahəsi birgə mülkiyyətdədir. Bu xüsusat mülki iş üzrə tərəflərin mübahisəsiz qəbul etdikləri haldır. Odur ki, hazırki cavabdehlərin yararlanaraq həmin torpaqda yerləşən evdə yaşadıqları halda, həmin torpaqda yerləşən evdə yaşayan mülkiyyətçinin həmin torpaq sahəsindən istifadə tələbinin təmin edilməməsi qanunvericiliyin tələbinə və ədalət prinsipinə uyğun olmazdı.
32. Bu səbəbdən də, məhkəmə ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir.
33. Hazırkı mübahisəyə də, yuxarıda göstərilən aspektdən yanaşılmalı və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmini üçün nəzərdə tutulmuş vasitələrdən istifadə edilməlidir.
34. Cavabdeh2 məhkəmə hazırlıq iclasında bildirmişdir ki, iddiaçı atasına məxsus evin həyətindən mal-qaranı apardığı zaman həyət pis günə düşür, otlarını da, o, daşıyır, həyəti də, o, təmizləyir. İddiaçının qoyunları onun tərəfindən əkilmiş meyvə ağaclarını yeyir, sonradan ağaclar pis günə düşür. İddiaçı həyəti zibilləyir, ondan sonra özü həyətə traktor salıb təmizləyir, əziyyət çəkir, atası isə yaşlı adamdır, özü təmizləyə bilməz. Ona görə də, “Qaz 53” markalı maşını evin qarşısında saxlayır, lazım olanda maşını yoldan kənarlaşdırıb iddiaçıya yol vermiş, bundan sonra iddiaçıya qarşı güzəşt etməyəcəyək, yol verməyəcək. Göründüyü kimi cavabdehlər tərəfindən gediş-gəliş yolunun girişinə maşın qoyulduqdan sonra iddiaçının gediş-gəliş yolu bağlanmışdır və bununla da, cavabdehlər iddiaçının mülkiyyətdən maneəsiz istifadə etməsinə maneçilik törətməsini etiraf etmişlər.
35. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam hüququnun olmasına baxmayaraq torpaq sahəsindən məhrum edilmədən torpaqdan istifadəsinə cavabdehlər tərəfindən manelər törədilir. İddiaçı bu hərəkətlərə son qoymağı cavabdehlərdən tələb etsə də, cavabdehlər bu hərəkətləri davam etdirdiyindən iddiaçı həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edir.
36. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur.
37. İşin müəyyən edilmiş hallarından o da, görünür ki, mübahisə predmeti olan torpaq sahəsi birgə mülkiyyətdədir. Belə olan halda, iddiaçı hüquqi vəziyyətindən asılı olmayaraq, iqtisadi dəyər kəsb edən, Masallı rayon Sirəbil kəndində 0,30 hektar torpaq sahəsindən istifadə edilməsinə məhdudiyyətlərin qoyulması cavabdehlərə qadağan edilməlidir.
Məhkəmə xərcləri:
38. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
39. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehlərdən birgə qaydada tutularaq X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
40. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Masallı rayonu, Sirəbil kəndində 0,30 hektar torpaq sahəsindən yerləşən evinə və yardımçı tikililərinə gedən gediş-gəliş yolunda cavabdehlər tərəfindən hər hansı maneələrin yaradılması qadağan edilməlidir. Cavabdehlərdən birgə qaydada 100 manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehlərdən birgə qaydada tutularaq X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
41. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia tələbi təmin edilsin. Masallı rayonu, Sirəbil kəndində 0,30 hektar torpaq sahəsindən yerləşən İddiaçı evinə və yardımçı tikililərinə gedən gediş-gəliş yolunda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər hansı maneələrin yaradılması qadağan edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Elşən Hüseynov