Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-57/2025 05.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh aldatma və etibardan sui istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı İddiaçı 2500 manat pulun müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb, özünə inandırdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Masallı şəhəri “Köhnə bazar” deyilən ərazidə yerləşən çayxanada İddiaçı 2400 manat pulu alıb ələ keçirməklə, zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 2400 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı uzun müddət təzyiq və şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün pensiya almaqda ona köməklik edəcək şəxs axtarmışdır. xx.xx.2023cü il tarixdə, saat 12 radələrində atası Yusif Şəmiyev və anası Familə Şəmiyeva ilə birlikdə Masallı şəhəri “Köhnə bazar” deyilən ərazidə yerləşən Məmməd Məmmədov adlı şəxsin çayxanasında oturub çay içdiyi zaman öz aralarında valideynləri ilə xəstəliyə görə pensiya almağı barədə söhbətlər etmiş, həmin vaxtı çayxananı işlədən atasının tanışı Məmməd Məmmədov onlara çay verən zaman söhbətlərini eşitmiş və pensiya düzəldən bir nəfər Cavabdeh adlı şəxsi tanıdığını demişdir. O, Məmməddən həmin şəxsi çayxanaya çağırmasını xahiş etdikdə, Məmməd Heybətəliyə zəng edərək, onu çayxanaya çağırmışdır. Çayxanada söhbət edərkən Cavabdeh xəstəliyi ilə əlaqədar pensiya almaq istədiyini bildirdikdə, sonuncu valideynlərinin yanında üzərində olan xəstəliyi ilə əlaqədar ilkin tibbi sənədlərinə baxaraq pensiya almağı üçün müəyyən sənədlərin çatmadığını və həmin sənədləri də topladıqdan sonra ona pensiya düzəldə biləcəyini bildirmişdir. Sonra həmin vaxtı ondan pensiya düzəltmək üçün çatışmayan tibbi sənədləri toplamaqdan ötrü 2500 manat pul istəmiş və 3 ay müddətində pensiyanı düzəldəcəyini vəd etmişdir. O, Heybətəliyə hazırda üzərində 2400 manat pulunun olduğunu və həmin pulu indi ona verə biləcəyini bildirmişdir. Heybətəli 2400 manat pulun müqabilində də ona pensiya düzəldə biləcəyini deyərək, ata və anasının yanında ondan 2400 manat pul almışdır. Bundan bir neçə gün sonra Heybətəli onu Bakı şəhərində yerləşən xəstəxanalardan birinə apararaq, orada tibbi müayinələrdən keçirmiş və ona 3 aya pensiyasını düzəldəcəyini demişdir. Heybətəlinin dediyi 3 ay müddət başa çatdıqdan sonra pensiya ala bilmədiyini görüb dəfələrlə onunla əlaqə saxlayıb pensiya işinin nə yerdə olduğunu və nə üçün düzəlmədiyini öyrənməyə başlamışdır. Hər dəfə Heybətəli müəyyən bəhanələr gətirərək, pensiyanı ondan asılı olmayan səbəblərdən hələ də düzəldə bilmədiyini, bir az da səbrli olmağını, qısa müddətdə verdiyi vədə əməl edib pensiyanı düzəldəcəyini demişdir. O, bir müddət də gözləmiş, lakin Cavabdeh pensiyanı düzəltmədiyini görərək, onun məqsədinin pensiya düzəltmək olmadığını, onu aldadaraq pulunu ələ keçirmək olduğunu başa düşmüşdür. Bundan sonra Heybətəlidən dəfələrlə pulunu geri qaytarmasını tələb etsə də, hər dəfə ona aldığı 2400 manat pulun bir qismini sənədlərin toplanmasına və öz ehtiyaclarına xərclədiyini deyərək pulunu qaytarmayacağını bildirmişdir. O, Cavabdeh pulunu ala bilməyəcəyini başa düşdüyü üçün xx.xx.2024-cü il tarixdə əvvəlcə DİN-nin 102 zəng mərkəzinə zəng edib aldadıldığı barədə məlumat vermiş, sonra Masallı Rayon Polis Şöbəsinə gedərək şikayət ərizəsi yazmışdır. Hal-hazıradək ona vurulmuş ziyan ödənilməmişdir. Həmçinin verdiyi pulları ona qaytarması üçün dəfələrlə cavabdeh məhkumun yaşadığı ünvana getmiş və bununla bağlı təxminən 1200 manat yol pulu xərci çıxmışdır ki, həmin pulları da cavabdehdən tələb edir. Göründüyü kimi cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona dəymiş ziyanın cəmi məbləği 3600 manatdır. Qeyd edir ki, cavabdeh ona vurduğu ziyanın ödənilməsi ilə bağlı bu günə kimi heç bir addım atmamışdır, odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır İddiaçının tələbi: Cavabdeh törətdiyi cinayət əməli nəticəsində maddi ziyana görə 2400 (iki min dörd yüz) manat və çəkdiyi xərclərə görə 1200 (bir min iki yüz) manat pulun və 56 (əlli altı) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı "İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh iddiaya münasibətini bildirməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Masallı Rayon Məhkəməsinin 1(050)-110/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Masallı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 1(050)- 215/2023 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla, hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanması və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 29 may 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsi, dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(106)-694/2024 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 1(050)- 110/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 56 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsininin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, hazırki iş üzrə İddiaçı Masallı Rayon Məhkəməsinin 1(050)-110/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə zərərçəkmiş şəxs qismində tanınmış, cavabdeh olan cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh təqsirli və hüquqazidd əməllləri ilə ona 2400 manat maddi zərər vurulmasında səbəbli əlaqənin olması təsdiq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin 1(050)-110/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Masallı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 1(050)-215/2023 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla, hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanması və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 29 may 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsi, dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış ona 2400 manat maddi ziyan vurulması faktı və həmin zərərin vurulmasında Cavabdeh təqsirli əməlləri arasında səbəbli əlaqənin olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2400 manat maddi zərər hissəsində sübuta yetirildiyindən təmin edilməli, qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən 1200 manat məbləğində əlavə xərclərin çəkilməsi iddia edilsə də buna dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş əlyazmaların və səs yazıların mötəbərliyi isə şübhə doğurduğundan sübut kimi qiymətləndirilməmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 2400 (iki min dörd yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 56 (əlli altı) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-57/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-57/2025
05.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver