Məhkəmə qərarları › İş №2(050)-575/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-575/2025

06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-575/2025 06.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X2 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X2 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərkəzin Qəriblər meşəbəyliyinin 8 saylı meşə dolayının, 10-cu kvartalının, 2-ci bölməsində yerləşən "Çənlibel” istirahət mərkəzinin ərazisində torpağın üst münbit qatını qazaraq qarışıq süxurla götürməsi, qazılan yerə çirkab suları axıtması və zibil tullantıları atması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 987.84 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub 11 saylı X2 Mərkəzin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 11 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən 10 iyul 2024-cü il tarixdə Mərkəzin Qəriblər meşəbəyliyinin 8 saylı meşə dolayında araşdırma aparılan zaman Masallı şəhəri, Seybətin küçəsi, ev 2-də yaşayan Cavabdeh Qəriblər meşəbəyliyinin 8 saylı meşə dolayının, 10-cu kvartalının, 2-ci bölməsində yerləşən “Çənlibel” istirahət mərkəzinin ərazisində torpağın üst münbit qatını qazaraq qarışıq süxurla götürməsi, qazılan yerə çirkab suları axıtması və zibil tullantıları atması faktı müəyyən edilmişdir. Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 987.84 manat məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 244.1 və 244.2-ci maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1 -ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə, 26/218/d saylı məktubla 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh barəsində xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin Cavabdeh bundan imtina etmişdir. Eyni zamanda xx.xx.2024cü il tarixdə, № 3-14/2-Z-178-3/2024 saylı məktubla tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti Cavabdeh göndərilmişdir. İddiaçı Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tətqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir: Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 002109 saylı aktın surətindən görünür ki, Mərkəzin Qəriblər meşəbəyliyinin 8 saylı meşə dolayında araşdırma aparılan zaman Masallı şəhəri, Seybətin küçəsi, ev 2-də yaşayan Cavabdeh Qəriblər meşəbəyliyinin 8 saylı meşə dolayının, 10-cu kvartalının, 2-ci bölməsində yerləşən “Çənlibel” istirahət mərkəzinin ərazisində torpağın üst münbit qatını qazaraq qarışıq süxurla götürməsi, qazılan yerə çirkab suları axıtması və zibil tullantıları atması faktı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 002109 saylı aka əsasən dəymiş ziyanın hesablanması haqqında cədəldən görünür ki, 3.60 m3 üst münbit qat -1044 manat, 20.40 m3 qarışıq süxur 367.20 manat (subyekt birinci dəfə olduğu üçün 0.7 əmsalında hesablama aparılmışdır), cəmi 987.84 manat dəyərində qiymətləndirilmişdir. 10 iyul 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, 11 saylı RMTM tərəfindən “Çənlibel” istirahət mərkəzində 10 iyul 2024-cü il tarixdə torpaq qazılaraq korlanması, qazılan yerə çirkab sularının axıdılması və zibil tullantılarının atılmasına görə X1 barəsində İXM-nin 244.1, 244.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. 13 avqust 2024-cü il tarixli, MN1785330 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 244.1 və 244.2-ci maddələri ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında nümayəndə tərəfindən təqdim edilmiş poçt xəbərnamələrindən görünür ki, müvafiq sənədlər şəxsən Cavabdeh çatdırılmışdır. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh Meşə Fonduna dəymiş 987.84 manat ziyanın ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələblərinə görə, delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzini zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən normada inzibati məsuliyyətlə bağlı qəbul edilən qərarla bağlı qeyd olmasa da, şəxsin yol verdiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilməsi və həmin qərardan şikayət etməməsi onu göstərir ki, cavabdeh qeyd edilən əmələ həqiqətən də yol verdiyini qəbul etmişdir. O, eyni zamanda məhkəməyə iddia ərizəsi ilə bağlı yazılı etirazını təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehdən qanunazidd hərəkəti ilə vurulmuş maddi ziyan arasında səbəbli əlaqə mövcud olduğundan iddiaçının tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia təmin olunduğuna görə iddianın qiyməti olan 987.84 manat üçün ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 987.84 (doqquz yüz səksən yeddi manat səksən dörd qəpik) manat pul alınaraq iddiaçı Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X2 Mərkəzinin hesabına ödənilsin. Ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar