Məhkəmə qərarları › İş №2(050)-577/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-577/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-577/2023 26.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 12500 manat pul və ödənilmiş dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan 01 may 2020-ci il tarixdə 15000 manat borc pul istəmişdir. O, da Cavabdeh ilə razılaşıb, ona 6 ay müddətinə 15000 manat borc pul vermişdir. Cavabdeh pulun 2500 manatını qaytarmış, qalan 12500 manat pulu müxtəlif bəhanələr gətirməklə qaytarmamışdır. Odur ki, Cavabdeh 12500 manat pul və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin teleqramla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir o, iddiaçıdan 2019-cu ilin sonlarında 2500 manat faizlə borc pul almış və əvəzində əmək haqqı kartlarını onda qalmışdır. Ona görə də "xxxx" ASC-yə aid **********505088, **********255361 nömrəli və daha əvvəl istifadə olunmuş digər əmək haqqı kartlarını ona vermişdir. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində həmin kartlardan pul çıxarmışdır. Borc müqaviləsində olan imza və xətt ona məxsusdur. Lakin o, 15000 manat borc almasına dair deyil, 2500 manat borc almasına dair borc müqaviləsi bağlamışdır. 30 avqust 2021-ci il tarixdə Mediasiya prosesində iştirak etmişdir və məcburiyyət qarşısında qalıb, barışıq sazişinə imza etmişdir. O, borcunu faktiki olaraq tam ödəmişdir, ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. 01 may 2020-ci il tarixli yazılı “Borc müqaviləsi”ndən görünür ki, Cavabdeh İddiaçı 6 ay müddətinə qaytarmaq şərti ilə 15000 manat borc almışdır. Müqavilədə iddiaçı və cavabdeh tərəfindən imza edilmişdir. xx.xx.2021-ci il tarixli, 2021-001340 nömrəli Barışıq Sazişindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən 15000 manat pulu İddiaçı xx.xx.2021-ci il tarixədək geri qaytaracağı tərəflər barışıq sazişi bağlamışlar. Kapital Bank” ASC-yə aid **********505088 və **********255361 nömrəli kart hesab nömrələti ilə bağlı məhkəmənin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları əsasında bank məlumatları, yəni Cavabdeh adına olan **********505088 və **********255361 nömrəli əmək haqqı kartlarından xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində bankomat vasitəsi ilə haradan, kim tərəfindən çıxarılmasını müəyyən etmək məqsədi ilə foto və ya videogörüntülər, pulun hansı şəraitdə çıxarılmasını özündə əks etdirən görüntülər "xxxx" ASC-dən götürülmüş, cavabdehin qeyd etdiyi halllar üzrə yalnız xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərində İddiaçı tərəfindən kart vasitəsi ilə pul çıxarılması öz təsdiqini tapmış, həmin dövr üçün digər aylarda cavabdehin özü tərəfindən pulun kart visitəsi ilə çıxarılması sübuta yetmişdir. Məhkəmə rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı 128 manat dövlət rüsumu ödənmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1. və 427.3.-cü maddələrinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2.-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: -öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, Borc müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1. və 740.2.-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, tərəflər arasında etibarlı yazılı “Borc” müqaviləsi bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır, o, həmin müqavilə üzrə icranı gecikdirdiyi üçün öhdəliyin şərtlərini pozmuşdur, ona görə də iddiaçı 12500 manat pul tələbində haqlıdır. Cavabdeh məhkəmə iclasında vermiş olduğu izahata münasibətdə qeyd edir ki, "xxxx" ASC-yə aid **********505088 və **********255361 nömrəli kart hesab nömrələri ilə bağlı məhkəmənin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları əsasında bank məlumatları, yəni Cavabdeh adına olan **********505088 və **********255361 nömrəli əmək haqqı kartlarından xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində bankomat vasitəsi ilə haradan, kim tərəfindən çıxarılmasını müəyyən etmək məqsədi ilə foto və ya videogörüntülər, pulun hansı şəraitdə çıxarılmasını özündə əks etdirən görüntülər "xxxx" ASC-dən götürülmüş, cavabdehin qeyd etdiyi hallar üzrə yalnız xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərində İddiaçı tərəfindən kart vasitəsi ilə pul çıxarılması öz təsdiqini tapmış, həmin dövr üçün digər aylarda cavabdehin özü tərəfindən pulun kart vasitəsi ilə çıxarılması sübuta yetmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı 15000 borcdan 2500 manat pulun qaytarılmasını qeyd etdiyinə görə, həmin aylara görə dəyərləndirmə aparılmasının əhəmiyyəti qalmır. Odur ki, cavabdehin etirazı əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12500 manat və dövlət rüsumuna ödənilmiş 128 manat, cəmi 12628 borc pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar