Məhkəmə qərarları › İş №2(050)-61/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-61/2023

01.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-61/2023 01.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5, onun nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə. müəyyən etdi: İlk İddiaçı Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 63 saylı qərarına əsasən tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-052A kod 80524018 saylı şəhadətnamə ilə mərhum əri X6 mülkiyyətində olan 0.43 ha torpaq sahəsində cavabdeh X12 məxsus fərdi yaşayış evinin onun hesabına sökülməsi və torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması, həmçinin 600 manat dəyərində 1 ədəd televizor, 120 manat dəyərində 1 ədəd tozsoran, 100 manat dəyərində 1 ədəd elektrik sobası, 200 manat dəyərində 2 ədəd xalça, 50 manat dəyərində 1 ədəd elektrik sərinkeşi, 100 manat dəyərində 50 ədəd kasa, 100 manat dəyərində 50 ədəd dərin boşqab, 50 manat zəyərində 50 ədəd dayaz boşqab, 60 manat dəyərində 60 ədəd stəkan, 40 manat dəyərində 40 ədəd qaşıq, 40 manat dəyərində 40 ədəd çəngəl, 25 manat dəyərində 1 ədəd paltar asılqanı, 60 manat dəyərində 2 ədəd aliminium vanna, 40 manat dəyərində 1 ədəd çuqun ləyən, 45 manat zəyərində 2 ədəd qazan, 15 manat dəyərində 1 ədəd çaydan, 700 manat dəyərində 1000 ədəd mişar daşı, 400 manat dəyərində 2 ədəd 4 metrlik azbest turba, 250 manat dəyərində 1 ədəd paltaryuyan maşından ibarət əşyalarının və ya onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı 10000 manat məbləğində pulun və tərəfindən ödənilmiş 120 manat dövlət rüsmunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı X13 ilə nikahlarını 28 aprel 1989-cu il tarixdə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahları dövründə övladları olmamışdır. İslahat zamanı istifadələrində olan 0,43 ha torpaq sahəsi Masallı Rayon Aqrar İslahat Komissiyasının 09 noyabr 1998-ci il tarixli, 63 nömrəli qərarı ilə Abdulla İbadullayevin mülkiyyətinə verilmiş və bununla bağlı onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN-052A saylı şəhadətnamə verilmişdir. Abdulla İbadullayev 16 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Müalicəsi ilə bağlı bir müddət rayonda olmamışdır. Qayıdanda isə məlum olmuşdur ki, Cavabdeh qeyd olunan torpaq sahəsində ev inşa etmişdir. Onun evdə olmamasından istifadə edib, həmin torpaqda yerləşən evində olan 600 manat dəyərində 1 ədəd televizor, 120 manat dəyərində 1 ədəd tozsoran, 100 manat dəyərində 1 ədəd elektrik rası, 200 manat dəyərində 2 ədəd xalça, 50 manat dəyərində 1 ədəd elektrik sərinkeşi, 100 manat dəyərində 50 ədəd kasa, 100 manat dəyərində 50 ədəd dərin boşqab, 50 manat zəyərində 50 ədəd dayaz boşqab, 60 manat dəyərində 60 ədəd stəkan, 40 manat dəyərində 40 ədəd qaşıq, 40 manat dəyərində 40 ədəd çəngəl, 25 manat dəyərində 1 dəd paltar asılqanı, 60 manat dəyərində 2 ədəd alüminium vanna, 40 manat dəyərində 1 ədəd çuqun ləyən, 45 manat zəyərində 2 ədəd qazan, 15 manat dəyərində 1 ədəd çaydan, 700 manat dəyərində 1000 ədəd mişar daşı, 400 manat dəyərində 2 ədəd 4 metrlik azbest turba, 250 manat dəyərində 1 ədəd paltaryuyan maşından ibarət cəmi 2995 manat dəyərində əmlaklarını mənimsəmişdir, cavabdehə müraciət edərək özbaşına inşa etdiyi tikilinin sökülməsini, torpaqlarının və evində olmuş qeyd olunan əşyalarının geri qaytarılmasını xahiş etsə də, nəticəsi olmamışdır. Odur iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə tələb onunla əsaslandırılmışdır ki, 2015-ci ilin yanvar ayında Cavabdeh mərhum əmisi X13 onun qardaşı Rauf vasitəsilə, ev tikmək məqsədilə kəndin ucqar hissəsində aldığı torpaq sahəsinin onun üçün yararsız və əlverişsiz olacağını, özündə geniş həyəyanı torpaq sahəsinin olduğunu, övladı olmadığı üçün həmin torpaq sahəsinin bir hissəsini müəyyən məbləğ müqabilində ona verə biləcəyini və bu məsələ ilə bağlı onunla danışmaq istədiyini bildirmişdir. O da qardaşı Raufla birlikdə mərhum X3 çağırışına getmişdir. Əmisi ona aldığı torpaq sahəsini əvvəlki sahibinə geri qaytaracağı təqdirdə istifadəsində olan, əlverişli yerdə yerləşən həyətyanı torpaq sahəsinin böyük bir hissəsini ona verə biləcəyini, razılaşdıqları halda ödəməni də hissə-hissə həyata keçirə biləcəyini söyləmişdir. O və əmisi istifadəsində olan torpaq sahəsindən 0.26 ha hissəsini 10000 manata almağa və pulu hissə-hissə ödəməyə razılaşmışlar. O, 2015-ci ilin yanvar ayında puldan 5000 manatını, əvvəlki torpaq sahəsi üçün verdiyi 1300 manat geri almış, həyat yoldaşının 1 ədəd qızıl qolbağını, 1 cüt sırğasını və 3 ədəd üzüyünü sataraq cəmi 1100 manat, özündə olan 700 manat, biri yanı balalı 2 baş heyvan sataraq 2200 manat əmisinə ödəmişdir. Daha sonra əmisi yay aylarında ondan 1000 manat pul istəmiş o da qardaşı Raufdan 100 manat, qaynı Emildən 500 manat və bacanağı Elmardan 100 manat alaraq, cəmi 1000 manat pulu əmisinə vermişdir. Pulun 1000 manatını 2016-cı ilin yazında, 700 manatını yayda, 1300 manatını qışda, 500 manatını isə 2017-ci ilin yayında əmisinə ödəmişdir. 2021-ci ilin mart ayında əmisi xəstələndiyi vaxt onun istəyi və razılığı üzrə müayinəsi və müalicəsi üçün ümumilikdə 1450 manat xərcləmiş, həmçinin onun dükanlara 200 manat məbləğində olan borcunu öddəmişdir. Əmisi 16 noyabr 2021-ci il tarixdə dünyasını dəyişmişdir. Əmisindən aldığı torpaq sahəsinə ilk dəfə 2017-ci ildə tikinti materialları gətirmiş və daha sonra əmisinin razılığı ilə tikintiyə başlamışdır. Cavabdeh mərhum əmisinin həyat yoldaşıdır. X7 ona qarşı tikilinin sökülməsi, torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və əmlak tələbinə dair iddia ərizəsinin təmin edildiyi halda iki qat zərəçəkmiş vəziyyətə düşmüş olur. Bu səbəbdən o, da haqqını tələb etmək və mərhuma ödədiyi 10000 manat pulu geri almaq qərarına gəlmişdir. X3 yeganə birinci dərəcə vərəsəsi X10r, ona görə də onun tələbi cavabdeh X11 qarşı yönəlməlidir. Mərhum əmisi özünə məxsus 0.43 ha torpaq sahəsini 0.06 ha hissəsini həmkəndlisi Gözəlov Paşaya, 0.06 ha hissəsini isə həmkəndlisi Fürsəndə satmışdır. Yəni mərhumun bu hərəkəti onun da həmin torpağı aldığına bilavasitə sübutdur. Lakin ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X14 onun həmin torpaq sahəsində inşaat işləri apardığı dövrdə deyil, məhz əmisinin ölümündən sonra ona qarşı iddia qaldırmışdır, bu hal da onun hərəkətlərində qeyri-səmimi olduğunu göstərir. İlk İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2012-ci ildən əri Abdulla İbadullayeva ilə xəstəliyi səbəbi ilə ayrı yaşamışdır. Onun mülkiyyətində 0,43 ha həyətyanı torpaq sahəsi olmuş, əri sağlığında həmin torpaq sahəsindən ayrı-ayrı iki şəxsə satmış, lakin bu barədə həmişə əri ona məlumat vermişdir. Cavabdeh torpaq satmasından məlumatı yoxdur. Rəşad onların köhnə evində ailəsi ilə birlikdə yaşamışdır. 2021-ci ilin noyabr ayında əri vəfat etdikdən sonra, Rəşadla 2022-ci ilin yanvar ayında mobil telefon vasitəsi ilə əlaqə saxlamış və torpaqdan çıxmasını, torpaq sahəsində heç bir iş görməməsini tələb etmişdir. Lakin Rəşad onun sözünə əhəmiyyət verməmiş, orada ev inşa etmişdir. Bu səbəblə həmin evin sökülməsini tələb edir. Həmçinin Rəşad evi tikərkən onun 1000 ədəd mişar daşından istifadə etmişdir. Hal-hazırda yaşamağa yeri yoxdur. Bundan başqa iddia ərizəsində qeyd etdiyi əşyalar, o gedərkən qutulara yığmış, televizor evdə olmuşdur. Bütün əşyalar o, evdən çıxarkən evdə olmuşdur. Odur ki, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil onunla eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, əmisi Abdulla İbadullayevə hissə-hissə 10000 manat pul vermişdir. Bununla bağlı şahidləri də vardır. Birinci dəfə 5000 manat pulu, 2015ci ilin yanvarında, kiçik qardaşı Şahid2 ilə, mərhum Abdullanın evində vermişdir. Sonralar 2015-ci ilin avqust-sentyabr aylarında 1000 manat, 2016-ci ilin yayında 700 manat avtomobildə olarkən, 2016-ci ilin dekabrında 1300 manat, 29 aprel 2017-ci ildə 700 manat mərhum əmisi Abdullayevin evində ona vermiş, yanlarında isə heç kim olmamışdır. 2017ci ildə əmisi Abdulla İbadullayevdən torpağa dair sənəd tələb etmiş, lakin əmisi sənədi İddiaçı gəldikdən sonra verə biləcəyini demişdir. 2022-ci ilin yanvar ayında İddiaçı ona zəng vuraraq, torpaq sahəsində heç bir iş görməməsini bildirmiş, lakin o, 10000 manat əmisinə pul verdiyini bildirmiş və ona görə orada ev inşa etdirmişdir. O, əmisinin köhnə evində ailəsi ilə birlikdə yaşamış, orada tələb olunan əşyalardan görməmişdir. Çünki ondan əvvəl orada 4 nəfər kirayə yaşamışdır. Göstərdiyi əsaslara görə ilk iddianın rədd olunmasını, əks halda əmisi Abdulla İbadullayevə vermiş olduğu 10000 manat pulun İddiaçı alınmasını tələb edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Şahid3 ifadəsində bildirdi ki, Abdulla İbadullayev onun qardaşıdır. Cavabdeh mərhum Abdulla İbadullayevin hər zaman qayğısına qalmışdır. O, mərhum qardaşının Rəşada torpaq satdığını eşitmişdir. Şahid2 ifadəsində bildirdi ki, Cavabdeh onun qardaşıdır. Cavabdeh mərhum Abdulla İbadullayevdən torpaq almışdır. Qardaşı Rəşad ilə 2015-ci ilin yanvar ayında 5000 manat pulu Abdulla İbadullayevə vermişdir. Şahid1 ifadəsində bildirdi ki, Abdulla İbadullayev onun qardaşıdır. Cavabdeh mərhum Abdulla İbadullayevdən torpaq qalmışdır. Qardaşı Rəşaddan 2015-ci ildə 5000 manat pul almışdır, o, bunu eşitmişdir. Nikah haqqında arayışdan görünür ki, X13 və İbadullayeva (Abdullayeva) Sevinc Şücayət qızı arasında 28 aprel 1989-cu il tarixdə Masallı rayon Xırmandalı ərazi nümayəndəliyində 12 saylı nikah aktı bağlanmışdır. Ölüm haqqında arayışdan görünür ki, X13 16 noyabr 2021-ci ildə ölmüşdür. Masallı Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(050)-1537/2022 saylı qətnaməsindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 63 saylı qərarı əsasında 0.43 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi barədə JN-052A nömrəli, kod 80524018 torpağın mülkiyyətə verilməsinə dair X1 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. 17 may 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X6 qanun üzrə vərəsəsi kimi İddiaçı miras əmlakdan tam hissədə pay almalı olması qeyd edilmişdir. Masallı Rayon Polis Şöbəsinin 22 avqust 2022-ci il tarixli məhkubundan görünür ki, İddiaçı Cavabdeh barəsində müraciətinə cavab olaraq, işin mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Masallı RİHB-nin Xırmandalı kənd İƏDÜN-nin 01 noyabr 2022-ci il tarixli, 1612 saylı arayışından görünür ki,X2 daimi yaşayış yeri Xırmandalı kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvü kimi İddiaçı qeyd olunmuşdur. X2 başqa vərəsəsi yoxdur. JN-052A, kod 80524018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 63 saylı qərarı əsasında X8 0.43 ha fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin 06 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 30 may 2023-cü il tarixli, 10/3254 saylı rəyindən məlum olur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1641/2023 saylı mütəxəssis rəyinə və yerquruluşu planına əsasən, Cavabdeh tərəfindən inşa edilmiş yeni tikilmiş evin X2 mülkiyyətində olmuş Masallı rayonu, Xırmandalı kəndində yerləşən 0,43 ha həyətyanı torpaq sahəsində inşa edildiyi və həmin tikilinin 115,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna, ilk və qarşılıqlı iddialara birlikdə hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən əsaslı, qarşılıqlı iddia əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Həmin Məcəllənin 178.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Mülki Məcəllənin 1159.1. və 1159.1.1.-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.2. və 1243.3-cü maddələrinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İstinad oliunmuş Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aiddiyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaları, tikililəri və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları və tədqiq olunmuş sübutlara, xüsusilə də 17 may 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən məlum olur ki, iddiaçı qanun üzrə vərəsə kimi mərhum ərindən miras qalmış əmlakı qəbul etmiş və bununla da həmin əmlaklar onun mülkiyyəti hesab olunmuşdur. Belə olan halda, İddiaçı tələbinin hüquqi əsası mülkiyyət hüququnu tənzimləyən maddi hüquq normalarına əsasən həll edilməlidir. Mübahisəli 115,5 kv.m tikilinin mərhum X4 mülkiyyətində olması, Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə uyğun olaraq isə hal-hazırda İddiaçı mülkiyyəti hesab olunan və Masallı rayonu, Xırmandalı kəndində yerləşən 0,43 ha həyətyanı torpaq sahəsində inşa edilməsi mütəxəssis və ekspertiza rəyləri ilə öz təsdiqni tapmışdır. Belə olan halda qanun üzrə vərəsə kimi İddiaçı fərdi yaşayış evinin sökülməsi və torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbinə münasibətdə iddiasını sübut edə bilmişdir, ona görə də həmin tələb üzrə ilk iddia qanuni hesab olunmalıdır. İlk iddia üzrə əşya tələbi barədə İddiaçı ümumiyyətlə tələb etdiyi əşyaların mövcud olmasını və ya məhz ərinin köhnə evində olmasını sübut edə bilməmişdir, ona görə də həmin əşyaların Cavabdehda olub-olmamasına hüquqi qiymət verməyə də zərurət yoxdur. Odur ki, ilk iddia həmin tələb üzrə əsassız hesab olunmalıdır. Məhkəmə ilk iddia üzrə cavabdeh, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etirazına və qarşılıqlı iddiasının əsaslarına hüquqi qiymət verərək qeyd edir ki, etiraz və qarşılıqlı iddianın əsaslarını Cavabdeh sübut edə bilməmişdir. Belə ki, onun etiraz və tələbinə əsasən sübuta yetməlidir ki, həqiqətən 10000 manat pul müqabilində mərhum əmisi Abdulla İbadullayev ilə daşınmaz əmlakla bağlı qanunun tələbinə uyğun olaraq etibarlı torpaq alğı-satqı müqaviləsi bağlamış, yaxud etibarsız əqd, yəni qanunla müəyyən olunmuş qaydadan kənar şifahi razılıq əsasında əmisinə həmin məbləği ödəmişdir. Bununla bağlı Cavabdeh sübut növü kimi şahid ifadələrinə istinad etmiş, lakin məhkəmə həmin şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, onun şahidlərlə qohumluq əlaqəsi (əmisi, bibisi və qardaşı) vardır, həmçinin onlar məhkəmə iclasında ifadə verərkən davranışlarından məlum olmuşdur ki, İddiaçı qarşı qərəzlidirlər. Bundan başqa onlardan Şahid3 və Şahid1 5000 manat pul verilməsini eşitdiklərini qeyd etmiş, Şahid2 isə 5000 manat pulu qardaşı Rəşadla birlikdə verdiyini qeyd etsə də, işin hallarına əsasən məhkəmə onun ifadəsini inandırıcı hesab etməmişdir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavanbdeh Cavabdeh mərhum Abdulla İbadullayevə 10000 manat pul ödəməsi işin halları ilə təsdiq olunmur, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir, buna görə də ilk İddiaçı 10000 manat pul tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh torpaq sahələrinin inventarlaşdırılmasına dair xərcə görə 95 manat alınaraq İddiaçı, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X17 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticə tələbiyə gəlir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Masallı rayonu Xırmandalı kəndində yerləşən, mərhum X15iunun mülkiyyətində olmuş 0,43 ha torpaq sahəsində ilk iddia üzrə Cavabdeh tərəfindən inşa edilmiş 115,5 kv.m fərdi yaşayış evi onun öz hesabına sökülsün və torpaq sahəsi qanunsuz sahiblikdən geri alınaraq ilk İddiaçı təhvil verilsin. İlk iddia 600 manat dəyərində 1 ədəd televizor, 120 manat dəyərində 1 ədəd tozsoran, 100 manat dəyərində 1 ədəd elektrik rası, 200 manat dəyərində 2 ədəd xalça, 50 manat dəyərində 1 ədəd elektrik sərinkeşi, 100 manat dəyərində 50 ədəd kasa, 100 manat dəyərində 50 ədəd dərin boşqab, 50 manat zəyərində 50 ədəd dayaz boşqab, 60 manat dəyərində 60 ədəd stəkan, 40 manat dəyərində 40 ədəd qaşıq, 40 manat dəyərində 40 ədəd çəngəl, 25 manat dəyərində 1 dəd paltar asılqanı, 60 manat dəyərində 2 ədəd alüminium vanna, 40 manat dəyərində 1 ədəd çuqun ləyən, 45 manat zəyərində 2 ədəd qazan, 15 manat dəyərində 1 ədəd çaydan, 700 manat dəyərində 1000 ədəd mişar daşı, 400 manat dəyərində 2 ədəd 4 metrlik azbest turba, 250 manat dəyərində 1 ədəd paltaryuyan maşından ibarət, cəmi 2995 manat dəyərində əmlak tələbinə münasibətdə təmin olunmasın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10000 manat pul və 120 manat dövlət rüsumu tələbi barədə iddiası təmin olunmasın. İlk iddia üzrə Cavabdeh torpaq sahələrinin inventarlaşdırılmasına dair xərcə görə 95 manat alınaraq ilk İddiaçı, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X17 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar