Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1194/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi Nümayəndə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi, torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və əmlak tələbinə dair” ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-61/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonunun Xırmandalı kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 63 saylı qərarına əsasən tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-052A, KOD 80524018 saylı Şəhadətnamə ilə mərhum əri X3 mülkiyyətində olan 0,43 ha torpaq sahəsində Cavabdeh məxsus fərdi yaşayış evinin onun hesabına sökülməsi və torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması, həmçinin 600 manat dəyərində 1 ədəd televizor, 120 manat dəyərində 1 ədəd tozsoran, 100 manat dəyərində 1 ədəd 1 ədəd elektrik sobası, 200 manat dəyərində 2 ədəd xalça, 50 manat dəyərində 1 ədəd elektrik sərinkeşi, 100 manat dəyərində 50 ədəd dayaz boşqab, 60 manat dəyərində 60 ədəd stəkan, 40 manat dəyərində 40 ədəd qaşıq, 40 manat dəyərində 40 ədəd çəngəl, 25 manat dəyərində 1 ədəd paltar asılqanı, 60 manat dəyərində 2 ədəd alüminium vanna, 40 manat dəyərində 1 ədəd çuqun ləyən, 45 manat dəyərində 2 ədəd qazan, 15 manat dəyərində 1 ədəd çaydan, 700 manat dəyərində 1000 ədəd mişar daşı, 400 manat dəyərində 2 ədəd 4 metrlik azbest turba, 250 manat dəyərində 1 ədəd paltaryuyan maşından ibarət əşyalarının və ya onların dəyərinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonunun Xırmandalı kənd sakini X8 ilə nikahını Xırmandalı kənd ərazi nümayəndəliyində 28 aprel 1989-cu il tarixdə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikah dövründə övladları olmamışdır. İslahat zamanı istifadələrində olan 0,43 ha torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 63 nömrəli qərarı ilə Abdulla İbadullayevin mülkiyyətinə verilmiş və bununla bağlı onun adına torpağın mülkiyyətə verilməsinə dair JN-052A saylı şəhadətnamə verilmişdir. Abdulla İbadullayev 16 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı isə müalicəsi ilə bağlı bir müddət rayonda olmamışdır. Qayıdanda ona məlum olmuşdur ki, cavabdeh olan Cavabdeh qeyd olunan torpaq sahəsində ev inşa etmişdir. O, iddiaçının evdə olmamasından istifadə edib həmin torpaqda yerləşən iddiaçının evində olan 600 manat dəyərində 1 ədəd televizor, 120 manat dəyərində 1 ədəd tozsoran, 100 manat dəyərində 1 ədəd elektrik sobası, 200 manat dəyərində 2 ədəd xalça, 50 manat dəyərində 1 ədəd elektrik sərinkeşi, 100 manat dəyərində 50 ədəd kasa, 100 manat dəyərində 50 ədəd dərin boşqab, 50 manat dəyərində 50 ədəd dayaz boşqab, 60 manat dəyərində 60 ədəd stəkan, 40 manat dəyərində 40 ədəd qaşıq, 40 manat dəyərində 40 ədəd çəngəl, 25 manat dəyərində 1 ədəd paltar asılqanı, 60 manat dəyərində 2 ədəd alüminium vanna, 40 manat dəyərində 1 ədəd çuqun ləyən, 45 manat dəyərində 2 ədəd qazan, 15 manat dəyərində 1 ədəd çaydan, 700 manat dəyərində 1000 ədəd mişar daşı, 400 manat dəyərində 2 ədəd 4 metrlik azbest turba, 250 manat dəyərində 1 ədəd paltaryuyan maşından ibarət, cəmi 2995 manat dəyərində əmlakını mənimsəmişdir. Cavabdehə müraciət edərək, özbaşına inşa etdiyi tikilinin sökülməsini, torpağın və evində olan qeyd edilən əşyaların geri qaytarılmasını xahiş etsə də, nəticəsi olmamışdır. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçıya və ərinə aid olan torpaq sahəsindən hazırda da istifadə etməklə, həmin torpağa mülkiyyət hüquqlarını, eləcə də, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsini kobud şəkildə pozur. Qanunvericiliyin tələbinə görə, cavabdeh iddiaçının mərhum əri ilə birgə nikah dövründə əldə etdiyi torpaq sahəsində tikili inşa etdiyindən həmin torpaq sahəsində çəkdiyi xərclər ona ödənilmədən, torpaq əvvəlki vəziyyətinə gətirilməklə, oradan çıxmalıdır. Lakin hazırda da cavabdeh qeyd olunan torpaq sahəsini zəbt etməkdə davam etdiyindən, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu pozur və bu pozuntu davam etməkdədir. Nəticədə iddiaçının qanuni mülkiyyətindən istifadə etməsi mümkün deyil. Halbuki, Konstitusiyada və qanunvericilikdə mülkiyyət hüququnu pozan hərəkətlərin yolverilməz olduğu göstərilmişdir. Cavabdeh qanuni sənədlərlə iddiaçıya məxsus olan torpaq sahəsində qeyri-qanuni tikili inşa etməklə, həmin torpaq üzərində iddiaçını sahiblik, istifadə və sərəncam hüquqlarından məhrum etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 10000 manat məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin yanvar ayında mərhum X2 qardaşı Rauf vasitəsilə ona sifariş edərək, ev tikmək məqsədilə kəndin ucqar hissəsində aldığı torpaq sahəsinin iddiaçı üçün yararsız və əlverişsiz olacağını, özündə geniş həyətyanı torpaq sahəsinin olduğunu, övladı olmadığı üçün həmin torpaq sahəsinin bir hissəsini müəyyən məbləğ müqabilində ona verə biləcəyini, bu məsələ ilə bağlı onunla danışmaq istədiyini bildirmişdir. O da qardaşı Raufla birlikdə əmisinin çağırışına getmişdir. Əmisi ona aldığı torpaq sahəsini əvvəlki sahibinə geri qaytaracağı təqdirdə istifadəsində olan, əlverişli yerdə yerləşən həyətyanı torpaq sahəsinin böyük bir hissəsini ona verə biləcəyini, razılaşdıqları halda ödəməni də hissə-hissə həyata keçirə biləcəyini söyləmişdir. Qısa məsləhətləşmədən sonra Cavabdeh və əmisi sonuncunun istifadəsində olan torpaq sahəsindən 0,26 ha hissəsini 10000 manata almağa və pulu hissə-hissə ödəməyə razılaşmışlar. Onların sövdələşməsindən qohumlar da məlumat tutduqda razılıqlarını bildirmişlər. Cavabdeh yanvar ayında puldan 5000 manatını (əvvəlki torpaq sahəsi üçün verdiyi 1300 manatı geri almış, həyat yoldaşının 1 ədəd qızıl qolbağı, 1 cüt sırğası və 3 ədəd üzüyü, dəyəri cəmi 1100 manat, özündə olan 700 manat, 2 baş heyvan, biri yanı balalı 2200 manat) əmisinə ödəmişdir. Daha sonra əmisi yay aylarında ondan 1000 manat pul istəmiş, o da qardaşı Raufdan 100 manat, qaynı Emildən 500 manat və bacanağı Elmardan 100 manat alaraq, cəmi 1000 manat pulu əmisinə vermişdir. Pulun 1000 manatını 2016-cı ilin yazında, 700 manatını yayda, 1300 manatını qışda, 500 manatını isə 2017-ci ilin yayında əmisinə ödəmişdir. 2021-ci ilin mart ayında əmisi xəstələndiyi vaxt onun istəyi və razılığı üzrə müayinəsi və müalicəsi üçün ümumilikdə 1450 manat (Lənkəran xəstənxanasında 780 manat qəbul və müalicə üçün, 200 manat buraxılış üçün, X19 xəstəxanasında göstərilən ilk tibbi yardım üçün 370 manat, təcili yardım üçün 100 manat) xərcləmiş, həmçinin, əmisinin dükanlara olan 200 manat məbləğində borcunu da bağlamışdır. O, əmisinə razılaşdıqları puldan əlavə onun üçün xərclədiyi bütün pulları qardaşı oğlu kimi halal etmişdir. Əmisi 2021-ci ildə avtonəqliyyat hadisəsi törətmiş, az bir müddət sonra 16 noyabr 2021-ci ildə dünyasını dəyişmişdir. Əmisindən aldığı torpaq sahəsinə ilk dəfə 2017-ci ildə tikinti materialları gətirmiş və daha sonra əmisinin xeyir-duası ilə evin yerini vurub tikintiyə başlamışdır. İddiaçı mərhum əmisinin həyat yoldaşıdır. Lakin o, 2012-ci ildən kənddən getmiş, ara-sıra kəndə gəlsə də, qardaşı Əlisöhbətin evində qalmışdır. İddiaçı hətta əmisi xəstə olduğu dövrdə də əmisinə baş çəkməmiş, dəfndə də iştirak etməmişdir. Əmisi sağlığında satdığı torpaq sahəsində qanun və şəriətə görə həyat yoldaşı İddiaçı da haqqı olduğu üçün onun istəyi üzrə Cavabdeh verdiyi puldan ona verdiyini bildirmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, ona qarşı “tikilinin sökülməsi, torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və əmlak tələbinə dair” iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Belə olan halda Cavabdeh ikiqat zərərçəkmiş vəziyyətə düşmüş olur. Pulunu ödəyərək aldığı torpaq sahəsinin geri alınması, inşa etdirdiyi evin sökülməsi bir yana, əli ilə ödədiyi puldan da məhrum olur. Bu səbəbdən o da haqqını tələb etmək və mərhuma ödədiyi 10000 manat pulu geri almaq qərarına gəlmişdir. X2 16 noyabr 2021-ci ildə vəfat etmişdir. Onun yeganə birinci dərəcədən olan vərəsəsi hazırkı cavabdeh İddiaçıdır. Yəni qanunun tələbi üzrə Cavabdeh tələbi cavabdeh İddiaçı yönəlməlidir. Həmçinin, mərhum əmisi özünə məxsus 0,43 ha torpaq sahəsinin 0,06 ha hissəsini həmkəndlisi Paşa Gözəlova, 0,06 ha hissəsini isə həmkəndlisi Fürsəndə satmışdır. Yəni mərhumun bu hərəkəti onun da həmin torpağı aldığına bilvasitə sübutdur. Lakin nədənsə İddiaçı Cavabdeh həmin torpaq sahəsində inşaat işləri apardığı dövrdə deyil, məhz əmisinin ölümündən sonra ona qarşı iddia qaldırmışdır. Bu hal da onun hərəkətlərində qeyri-səmimi olduğunu göstərir. İş üzrə göstərdiyi halları aşağıdakı şahidlər təsdiq edə bilər: 1) X25; 2) X10; 3) Şahid2; 4) X11; 5) X17; 6) Şahid3; 7) X15; 8) Şahid1. Masallı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(050)-61/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Habil Bəhmənov) ilk iddia qismən təmin edilmiş, Masallı rayonu, Xırmandalı kəndində yerləşən, mərhum X3 mülkiyyətində olmuş 0,43 ha torpaq sahəsində ilk iddia üzrə Cavabdeh tərəfindən inşa edilmiş 115,5 kv.m fərdi yaşayış evinin onun öz hesabına sökülməsi və torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınaraq ilk İddiaçı təhvil verilməsi, ilk iddianın 600 manat dəyərində 1 ədəd televizor, 120 manat dəyərində 1 ədəd tozsoran, 100 manat dəyərində 1 ədəd elektrik rası, 200 manat dəyərində 2 ədəd xalça, 50 manat dəyərində 1 ədəd elektrik sərinkeşi, 100 manat dəyərində 50 ədəd kasa, 100 manat dəyərində 50 ədəd dərin boşqab, 50 manat zəyərində 50 ədəd dayaz boşqab, 60 manat dəyərində 60 ədəd stəkan, 40 manat dəyərində 40 ədəd qaşıq, 40 manat dəyərində 40 ədəd çəngəl, 25 manat dəyərində 1 dəd paltar asılqanı, 60 manat dəyərində 2 ədəd alüminium vanna, 40 manat dəyərində 1 ədəd çuqun ləyən, 45 manat zəyərində 2 ədəd qazan, 15 manat dəyərində 1 ədəd çaydan, 700 manat dəyərində 1000 ədəd mişar daşı, 400 manat dəyərində 2 ədəd 4 metrlik azbest turba, 250 manat dəyərində 1 ədəd paltaryuyan maşından ibarət, cəmi 2995 manat dəyərində əmlak tələbinə münasibətdə təmin olunmaması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10000 manat pul və 120 manat dövlət rüsumu tələbi barədə iddiasının təmin olunmaması, ilk iddia üzrə Cavabdeh torpaq sahələrinin inventarlaşdırılmasına dair xərcə görə 95 manatın alınaraq ilk İddiaçı, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manatın alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X9 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(050)-61/2023 saylı qətnaməsinin ləğv edilməsini və öz iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən qarşılıqlı iddianın təmin olunmaması barədə qənaətini aşağıdakı şəkildə formalaşdırmışdır: “Məhkəmə ilk iddia üzrə cavabdeh, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etiraz və qarşılıqlı iddiasının əsaslarına hüquqi qiymət verərək qeyd edir ki, etiraz və qarşılıqlı iddianın əsaslarını Cavabdeh sübut edə bilməmişdir. Belə ki, onun etiraz və tələbinə əsasən sübuta yetməlidir ki, həqiqətən 10000 manat pul müqabilində mərhum əmisi Abdulla İbadullayev ilə daşınmaz əmlakla bağlı qanunun tələbinə uyğun olaraq etibarlı torpaq alğı-satqısı müqaviləsi bağlamış, yaxud etibarsız əqd, yəni qanunla müəyyən olunmuş qaydadan kənar şifahi razılıq əsasında əmisinə həmin məbləği ödəmişdir. Bununla bağlı Rəşad Abdullayev sübut növü kimi şahid ifadələrinə istinad etmiş, lakin məhkəmə həmin şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, onun şahidlərlə qohumluq əlaqəsi (əmisi, bibisi və qardaşı) vardır, həmçinin onlar məhkəmə iclasında ifadə verərkən davranışlarından məlum olmuşdur ki, İddiaçı qarşı qərəzlidirlər. Bundan başqa onlardan Şahid3 və Şahid1 5000 manat pul verilməsini eşitdiklərini qeyd etmiş, Şahid2 isə 5000 manat pulu qardaşı Rəşadla birlikdə verdiyini qeyd etsə də, işin hallarına əsasən məhkəmə onun ifadəsini inandırıcı hesab etməmişdir” (3-cü vərəqin arxa hissəsi 3-4-cü abzas). Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2ci maddəsinə istinad edərkən, nədənsə Cavabdeh tərəfindən təqdim edilmiş sübutlar barəsində hər hansı fikir bildirməmiş, yalnız özünün bildiyi və formalaşdırdığı qeyrimüəyyən meyarlar əsasında tələbinin təmin olunmaması barədə qənaətə gəlmişdir. Cavabdeh tərəfin qarşılıqlı iddia ilə bağlı hər hansı əks dəlil-sübut ortaya qoymaması, ümumiyyətlə iddia tələbi və məhkəmə prosesləri ilə bağlı qəti əsaslanmış bir fikir bildirməməsi belə məhkəmənin birtərəfli qaydada, İddiaçı müdafiə edərcəsinə mövqe sərgiləməsinə mane olmamışdır. Belə olan halda məhkəmənin hansı hüquqi əsaslara söykənərək yekun qənaətinin formalaşdırdığı anlaşılmazdır. Qətnamənin məzmunundan görünür ki, mübahisə üzrə Cavabdeh tərəfindən irəli sürülən dəlillər məhkəmə prosesi zamanı qiymətləndirilməmiş, şahid ifadələri isə məhkəmə üçün “heç bir əhəmiyyət kəsb etmədiyindən” və ya məhkəmənin yekun mövqeyinə uyğun olmadığından hakim tərəfindən ümumiyyətlə diqqətə alınmamış, həmçinin qarşılıqlı iddia ərizəsində göstərdiyi xüsusatlar üzərindən keçilmişdir. Məhkəmənin mövqeyindən belə aydın olur ki, Cavabdeh tərəf olaraq qarşılıqlı iddia üzrə cavabdeh tərəfi “əli-qolu bağlı formada” məhkəməyə təqdim etməli, bununla da haqlı olduğunu sübut etməli idi. Belə olan halda ədalətli məhkəmə araşdırması nə üçündür? Yəni məhkəmənin MPM-in 77.1-ci maddəsinə istinadı hazırkı halda formal xarakter daşıyır. Hakim tərəfindən məhkəmə qətnaməsinin tərtibatı zamanı qəti olaraq istinad edilmiş dəlil-sübutlar barəsində hər-hansı bir göstəriş yoxdur. Halbuki, Azərbaycan Rsepublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ş.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. İş üzrə qətnamə qəbul edən məhkəmə ümumiyyətlə sübutların qiymətləndirilməsi ilə bağlı hər hansı obyektiv dəyərləndirmə aparmamış, bununla da MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, MPM-in 88-ci maddəsinə görə sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılaraq, qanunun tələbləri çərçivəsində qiymətləndirilməsi iş üzrə tələbin təmin edilib-edilməməsini və bununla bağlı məhkəmənin yekun qərarının hüquqi cəhətdən əsaslandırılmasını təmin edir. Məhkəmə qarşılıqlı iddia tələbini təmin etməyərkən yalnız hüquqi əsaslarla möhkəmləndirilməyən, şablon söz birləşmələri və cümlələrlə mövqeyini bəyan etmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən şahid qismində məhkəmədə dindirilən şəxslərin ifadələrinə qiymət verilməsi zamanı məhkəmə tərəfindən birtərəfli mövqe tutulması, ifadələrə obyektiv deyil, səthi yanaşılması, ilk iddia üzrə iddiaçının məhkəmə prosesində verdiyi ifadəsi zamanı cavabdehə münasibətdə “mən eşitmişəm ki, sən rəhmətliyə 2000 (iki min) manat pul vermisən” faktının ümumiyyətlə qətnamənin tərtibatı zamanı diqqətə alınmayaraq, Cavabdeh tərəfindən şahid qismində dindirilən şəxslərin ifadələri ilə çarpaz müqayisə və təhlil edilməməsi, şahidlərin “davranışlarına” əsasən nəticəvi qənaət formalaşdırma barədə əsassız fikir yürüdülməsi, nəticə etibarilə mübahisə üzrə hüquqi müstəvidən kənar, obyektiv, qərəzsiz, hərtərəfli və tam dəyərləndirmə aparmadan, “mən belə düşünürəm” mövqe iradəsinə (heç bir əsaslandırma göstərmədən) istinadən qərar verilməsi məhkəmənin ədalətsiz mövqeyinin bəyanıdır. Çünki iş üzrə toplanmış materialların həm qanunun tələblərinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Hazırkı halda dindirilən şahidlərin ifadələrinə hüquqi qiyməti məhkəmə verdiyindən və bu dəyərləndirməni işə baxan hakim öz daxili inamı əsasında formalaşdırdığından, hakimin daxili inamının qərəzsizliyinə şübhəli yanaşılmaması üçün, hakim dəyərləndirməni faktların müqayisəli təhlili, ifadələrin analitik araşdırması və çarpaz mühakiməsi şəklində aparmalı olduğu halda, bu edilməmiş, yalnız bəsit şəkildə “sən doğrusan, sən yalan” formatı üstün tutulmuşdur. Məhkəmə prosesi zamanı ilk iddia üzrə iddiaçı özünün 2012-ci ildən əri Abdulla İbadullayev ilə ayrı yaşamasını, 2021-ci ilin noyabr ayında əri vəfat etdikdən sonra, 2022ci ilin yanvar ayında Cavabdeh zəng edərək torpaqdan çıxmasını və orada heç bir iş görülməməsini tələb etdiyini göstərmişdir (2-ci vərəqin üz hissəsi 1-ci abzas). Halbuki, mübahisəli torpaq sahəsində qarşılıqlı razılaşma əsasında, mərhumun arzusu və istəyi üzrə 2017-ci ildən tikinti-inşaat işləri aparılmışdır. Həmçinin, İddiaçı həmin torpaq sahəsindən iki ayrı şəxsə torpaq sahəsinin satılmasını dilə gətirmiş, əlavə olaraq yaşamağa yeri olmadığını bildirmişdir. Göründüyü kimi, məhkəmə bu ifadələrə “fikir ifadə edən cümlə” kimi yanaşmış, lakin həmin cümlələrin mübahisə üzrə hansı əhəmiyyət kəsb etməsini araşdırmamışdır. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı ifadəsinə istinadən, o, 2012-ci ildən ərindən ayrı yaşamışdır, lakin harada sualını məhkəmə cavabsız qoymuşdur. Bu sual cavablandırılmış olsaydı və ona məntiqli yanaşma tərzində hüquqi qiymət verilsəydi, İddiaçı dediklərində səmimi olmadığı aydınlaşardı. Belə ki, Cavabdeh torpaq sahəsində 2017-ci ildən apardığı tikinti-inşaat işlərinə kimsənin, başda mərhumun özünün etirazının olmaması, yalnız 5 ildən sonra və əmisinin vəfatından 2 ay sonra iddiaçının bu iddia ilə çıxış etməsi, onun bütün olanlardan xəbərdar olmasından, lakin qeyri-səmimi biri olmasından xəbər verir. Həmçinin, iş materiallarına əlavə edilmiş Masallı rayon Xırmandalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin (2-ci vərəqin arxa hissəsi, 6-cı abzas) arayışında İddiaçı mərhum ilə ölənədək birlikdə yaşaması göstərilir. Əgər məhkəmə tərəflərin ifadələrinə, şahid ifadələrinə diqqətlə yanaşıb və işdəki sənədlərə doğru-düzgün qiymət vermiş olsaydı, iddiaçının bu hal üzrə verdiyi ifadəsi ilə mövcud sənəd arasındakı ziddiyyəti görmüş olardı. Məhkəmə mübahisə üzrə araşdırma apararkən Cavabdeh tələbinin əsası kimi istinad etdiyi hallarla, dəlil və sübutlarla bağlı mövqeyində obyektiv və ədalətli olmamış, yalnız özünun “mütləq mövqeyini” ortaya qoymaqla yekun qənaətini formalaşdırmışdır. Tələb üzrə istinad etdiyi halları və mövqeyini əsaslandıran arqumentləri dəlil-sübut kimi dəyərləndirməyən məhkəmə, qənaətini özünəməxsus hüquqi düşüncə tərzinə uyğun olaraq mövqeyini əsaslandırmaq üçün istifadə etmiş, bu zaman onun mərhuma münasibətdə mövqeyini, onun tənha yaşadığı dövrdə Cavabdeh onun təsərrüfatında və məişətində hansı işlərlə məşğul olduğunu, nələr etdiyini, ona ailə fərdi kimi münasibətini, qarşı tərəfin bu məsələyə hansı dərəcədə aid olub-olmamasını, onun (İddiaçı) əmisi ilə, Cavabdehlə və doğma ailəsi ilə bağlı tutduqları mövqeyi, hazırkı münasibətində qərəzli olub-olmamasını, onun irəli sürdüyü və əsaslandığı dəlillərə mübahisənin yekun həllində mühüm əhəmiyyət kəsb etdiyindən birtərəfli deyil, obyektiv yanaşaraq ədalətli araşdırma aparmalı olduğu halda bunu etməmiş, natamam məhkəmə araşdırması və dəyərləndirmə apararaq yekun nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən mübahisə üzrə səthi araşdırma və dəyərləndirmə aparıldığı üçün iş üzrə əhəmiyyətli olan hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən İddiaçı mövqeyini ifadə edərək yekun nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh ifadəsində və iddia tələbində bildirmişdir ki, 2015-ci ilin yanvar ayında mərhum X2 qardaşı Rauf vasitəsilə ona sifariş edərək, ev tikmək məqsədilə kəndin ucqar hissəsində aldığı torpaq sahəsinin onun üçün yararsız və əlverişsiz olacağını, özündə geniş həyəyanı torpaq sahəsinin olduğunu, övladı olmadığı üçün həmin torpaq sahəsinin bir hissəsini müəyyən məbləğ müqabilində ona verə biləcəyini, bu məsələ ilə bağlı onunla danışmaq istədiyini bildirmiş, o da qardaşı Raufla birlikdə əmisinin çağırışına getdiyində əmisi ona aldığı torpaq sahəsini əvvəlki sahibinə geri qaytaracağı təqdirdə istifadəsində olan, əlverişli yerdə yerləşən həyətyanı torpaq sahəsinin böyük bir hissəsini ona verə biləcəyini, razılaşdıqları halda ödəməni də hissəhissə həyata keçirə biləcəyini söyləmiş, qısa məsləhətləşmədən sonra Cavabdeh və əmisi sonuncunun istifadəsində olan torpaq sahəsindən 0,26 ha hissəsini 10000 manata almağa və pulu hissə-hissə ödəməyə razılaşmışlar. Onların sövdələşməsindən qohuməqraba da xəbər tutanda razılıqlarını bildirmişdilər. O, yanvar ayında puldan 5000 manatını (əvvəlki torpaq sahəsi üçün verdiyi 1300 manatı geri almış, həyat yoldaşının 1 ədəd qızıl qolbağı, 1 cüt sırğası və 3 ədəd üzüyü dəyəri cəmi 1100 manat, özündə olan 700 manat, 2 baş heyvan, biri yanı balalı 2200 manat) əmisinə ödəmişdir. Daha sonra əmisi yay aylarında ondan 1000 manat pul istəmiş, o da qardaşı Raufdan 100 manat, qaynı Emildən 500 manat və bacanağı Elmardan 100 manat alaraq, cəmi 1000 manat pulu əmisinə vermişdir. Pulun 1000 manatını 2016-cı ilin yazında, 700 manatını yayda, 1300 manatını qışda, 500 manatını isə 2017-ci ilin yayında əmisinə ödəmişdir. 2021-ci ilin mart ayında əmisi xəstələndiyi vaxt onun istəyi və razılığı üzrə müayinəsi və müalicəsi üçün ümumilikdə (Lənkəran xəstəxanasında 780 manat qəbul və müalicə üçün, 200 manat buraxılış üçün, X19 xəstəxanasında göstərilən ilk tibbi yardım üçün 370 manat, təcili yardım üçün 100 manat) 1450 manat xərcləmiş, həmçinin onun dükanlara olan 200 manat məbləğində borcunu da bağlamışdır. O, əmisinə razılaşdıqları puldan əlavə onun üçün xərclədiyi bütün pulları qardaşı oğlu kimi halal etmişdir. Əmisi 2021-ci ildə avtonəqliyyat hadisəsi törətmiş və az bir müddət sonra 16 noyabr 2021-ci il tarixdə dünyasını dəyişmişdir. Əmisindən aldığı torpaq sahəsinə ilk dəfə 2017-ci ildə tikinti materialları gətirmiş və daha sonra əmisinin xeyir-duası ilə evin yerini vurub tikintiyə başlamışdır. İddiaçı mərhum əmisinin həyat yoldaşıdır. Lakin o, 2012-ci ildən kənddən getmiş, ara-sıra kəndə gəlsə də, qardaşı Əlisöhbətin evində qalmışdır. O, hətta əmisi xəstə olduğu dövrdə də əmisinə baş çəkməmiş və dəfndə də iştirak etməmişdir. Əmisi sağlığında satdığı torpaq sahəsində, qanun və şəriətə görə, həyat yoldaşı İddiaçı da haqqı olduğu üçün, onun istəyi üzrə verdiyi puldan ona verdiyini bildirmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək ona qarşı “tikilinin sökülməsi, torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və əmlak tələbinə dair” iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Belə olan halda Cavabdeh ikiqat zərərçəkmiş vəziyyətə düşmüş olur. Pulunu ödəyərək aldığı torpaq sahəsinin geri alınması, inşa etdirdiyi evin sökülməsi bir yana, əli ilə ödədiyi puldan məhrum olur. Bu səbəbdən o da haqqını tələb etmək və mərhuma ödədiyi 10000 manat pulu geri almaq qərarına gəlmişdir. X2 16 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Onun yeganə birinci dərəcədən olan vərəsəsi hazırkı cavabdeh İddiaçıdır. Yəni qanunun tələbi üzrə Cavabdeh tələbi cavabdeh İddiaçı qarşı yönəlməlidir. Həmçinin, mərhum əmisi özünə məxsus 0,43 ha torpaq sahəsinin 0,06 ha hissəsini həmkəndlisi Gözəlov Paşaya, 0,06 ha hissəsini isə həmkəndlisi Fürsəndə satmışdır. Yəni mərhumun bu hərəkəti Cavabdeh də həmin torpağı aldığına bilvasitə sübutdur. Lakin nədənsə hazırkı cavabdeh, ilkin iddia üzrə İddiaçı Cavabdeh həmin torpaq sahəsində inşaat işləri apardığı dövrdə deyil, məhz əmisinin ölümündən sonra ona qarşı iddia qaldırmışdır. Bu hal da onun hərəkətlərində qeyri-səmimi olduğunu göstərir. Lakin hazırkı halda məhkəmə mübahisənin obyektiv, ədalətli həllində maraqlı olmamışdır. Yəni məhkəmənin qənaəti üzrə formal sübut kimi istinad etdiyi dəlillər (maddi hüquq normaları, prosessualı hüquq normaları və özünün iradə ifadəsi) işin faktiki halları ilə uzlaşmır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh çıxış edərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, mübahisəli torpaq sahəsini mərhum əmisi Abdulla İbadullayevdən 10000 manata almışdır. Bundan sonra həmin torpaq sahəsində ev tikmişdir. Belə ki, evin daşını hörmüş, üstünü örtmüş, başqa bir iş görməmişdir. Həmin torpaq sahəsində əmisindən qalan başqa bir ev də var və özü də hazırda orada yaşayır. Eyni zamanda bildirdi ki, həqiqətən də ona polis sahə müvəkkili gələrək evi tikməməsi barədə xəbərdarlıq etmişdir. Lakin sahə müvəkkili gələndə o artıq evin üstünü örtməyə hazırlaşırdı. Sahə müvəkkili gələndə ona vəziyyəti izah etmiş, evi tikdiyi torpaq sahəsini pulla aldığını bildirmiş, bundan sonra sahə müvəkkili çıxıb getmişdir. Daha sonra isə polisdən bir dəfə iki nəfər də gəlmiş, ona 50 manat cərimə də yazmışlar. O, əmisinə torpaq sahəsinə görə 10000 manat pul vermiş olsa da, bununla bağlı hər hansı sənədləşdirmə aparmamışlar. Yalnız bir dəfə qardaşı Raufla gedib 5000 manat vermişdir. Həmçinin, qeyd etdi ki, o, evi torpaq sahəsinin yalnız bir hissəsində tikmişdir, qalan hissələr də əmisi tərəfindən sağlığında başqa adamlara satılmışdır. Belə olan halda niyə Sevinc Abdullayeva həmin şəxslərin də evinin sökülməsini tələb etmir? Verilmiş suallara cavab olaraq bildirdi ki, o, mərhum əmisi Abdulla İbadullayevə hissə-hissə olmaqla, 5000 manat, 1000 manat, 1000 manat, 700 manat və 1300 manat pul vermiş, bir də xəstəxanada yatan zaman 1400 manat pul xərcləmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini, qarşılıqlı iddianın təmin edilərək, İddiaçı 10000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh onun mərhum əri Abdulla İbadullayevin qardaşı oğludur. Cavabdeh tərəfindən onun mərhum ərinə hər hansı məbləğdə pul verilməmişdir. O özü açıq ürək əməliyyatı keçirdiyinə görə bir müddət kənddə yaşamamışdır. Lakin 35 il ərzində o, mərhum Abdulla İbadullayevlə mehriban şəkildə birgə nikahda yaşamışdır. Hətta qardaş-bacıların heç biri öz iflic analarına baxmadıqları halda belə o, həmin qadına 7 il körpə uşaq kimi baxmışdır. Onun öz övladı olmamışdır. Həmçinin, qeyd etdi ki, hazırda Cavabdeh yaşadığı evi onun (İddiaçı) atası 1984-cü ildə onlar üçün tikmişdir. Hazırkı iş üzrə sökülməsini tələb etdiyi Cavabdeh tərəfindən inşa olunmuş evin daşı da ona məxsus olsa da, Cavabdeh torpağa özbaşına girib onlardan istifadə edərək ev tikmişdir. Əgər Cavabdeh tərəfindən onun ərinə hər hansı məbləğdə pul vəsaiti verilsəydi, onun bundan xəbəri olardı. Çünki bütün prosesləri əri Abdulla İbadullayev ona danışırdı. Onun əri ali təhsilli hüquqşünas olmuşdur və heç vaxt sənədsiz şəkildə yarımçıq iş görməmişdir. Ərinə məxsus olmuş torpaq sahəsinin bir hissəsi başqa şəxslərə satılmış olsa da, həmin şəxslərlə bağlı məhkəmədə iddia qaldırılması onun subyektiv hüququdur. Onu da qeyd etdi ki, Cavabdeh evi 2017-ci ildə tikməsi ilə bağlı bildirdikləri də yalandır. Belə ki, o, evi əmisi Abdulla İbadullayevin ölümündən sonra qaynatasının başçılığı ilə torpaq sahəsinə özbaşına daxil olub qısa müddət ərzində tikmiş, evin üstünü vurmuşdur. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, İddiaçı onun bacısıdır. Bacısı Bakı şəhərində açıq ürək əməliyyatı keçirmişdir. Bacısı onların iflic analarına 7 il ərzində körpə uşaq kimi baxmış olsa da, bacısı xəstə olan zaman heç biri ona yaxın durmamışdır. O özü qohumları ilə yığışıb bacısına Bakı şəhərində ürək əməliyyatı elətdirmiş, daha sonra Naxçıvana aparıb müalicə etdirmişlər. Cavabdeh hazırda yaşadığı ev də onun (Nümayəndə) atasının vəsaiti hesabına 1984-cü ildə tikilmişdir. Cavabdeh sökülməsi tələb olunan evi bacısının əri olan Abdulla İbadullayevin ölümündən sonra özbaşına torpaq sahəsinə girərək tikmişdir. O, həmin vaxt şəxsən özü gedib bu barədə polisə şikayət etmiş, hətta buna görə gəlib Cavabdeh xəbərdarlıq olunmuş və 50 manat cərimə edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh qaynatası demişdir ki, həmin torpaq sahəsi onlara aiddir. Bundan sonra da mübahisəli evi tikmişlər. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və öz iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, o cümlədən apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən göründüyü kimi, o, birinci instansiya məhkəməsinin qətnaməsini qismən – qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair hissədə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən 16 iyul 2022-ci ildə verilmiş 652/1 nömrəli arayışdan görünür ki, X8 və X7 nikahı haqqında 28 aprel 1989-cu il tarixdə 12 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə İbadullayev, arvada İbadullayeva soyadı verilmişdir. İşdəki Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən 23 avqust 2022-ci ildə verilmiş 743 nömrəli arayışdan görünür ki, X8 16 noyabr 2021-ci ildə ölmüşdür. İşdəki JN-052A nömrəli, 80524018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 63 nömrəli qərarı ilə Masallı rayonunun Xırmandalı kəndində yerləşən 0,43 hektar torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. İşdə surəti olan Masallı Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(050)- 1537/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 63 saylı qərarı əsasında 0,43 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi barədə JN-052A nömrəli, kod 80524018 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 məxsus olması faktı müəyyən edilmişdir. İşdəki 17 may 2022-ci il tarixli, 2V-252 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 16 noyabr 2021-ci ildə vəfat etmiş X3 vərəsəsi arvadı İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Lənkəran RQİ və TBŞ tərəfindən verilmiş 06 iyun 2016-cı il tarixli, AC722678 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2030451A308046, mühərrikin nömrəsi **********0628 və buraxılış ili 2002-ci il olan “Mercedes Benz C200 minik” markalı, **-SE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. İşdəki 30 may 2023-cü il tarixli, 10/3254 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 08 saylı Cəlilabad Ərazi İdarəsinin 06 aprel 2023-cü il tarixli, 3-21-3-44/2-1641/2023 saylı mütəxəssis rəyinə və yerquruluşu planına əsasən, Cavabdeh tərəfindən inşa edilmiş yeni tikilmiş evin mərhum X3 mülkiyyətində olmuş Masallı rayonu, Xırmandalı kəndində yerləşən 0,43 ha həyətyanı torpaq sahəsində inşa edildiyi və həmin tikilinin 115,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətindən də göründüyü kimi, o, birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Onun qarşılıqlı iddia tələbi İddiaçı yönəlmiş, o, İddiaçı 10000 manat məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsi 01 sentyabr 2023-cü il tarixli, 2(050)-61/2023 saylı qətnaməsi ilə qarşılıqlı iddia tələbini təmin etməmiş və bununla bağlı bildirmişdir ki, etiraz və qarşılıqlı iddiasının əsaslarını Cavabdeh sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, onun etiraz və tələbinə əsasən sübuta yetməlidir ki, həqiqətən 10000 manat pul müqabilində mərhum əmisi Abdulla İbadullayev ilə daşınmaz əmlakla bağlı qanunun tələbinə uyğun olaraq etibarlı torpaq alğı-satqı müqaviləsi bağlamış, yaxud etibarsız əqd, yəni qanunla müəyyən olunmuş qaydadan kənar şifahi razılıq əsasında əmisinə həmin məbləği ödəmişdir. Bununla bağlı Cavabdeh sübut növü kimi şahid ifadələrinə istinad etmiş, lakin məhkəmə həmin şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, onun şahidlərlə qohumluq əlaqəsi (əmisi, bibisi və qardaşı) vardır, həmçinin onlar məhkəmə iclasında ifadə verərkən davranışlarından məlum olmuşdur ki, İddiaçı qarşı qərəzlidirlər. Bundan başqa, onlardan Şahid3 və Şahid1 5000 manat pul verilməsini eşitdiklərini qeyd etmiş, Şahid2 isə 5000 manat pulu qardaşı Rəşadla birlikdə verdiyini qeyd etsə də, işin hallarına əsasən məhkəmə onun ifadəsini inandırıcı hesab etməmişdir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mərhum Abdulla İbadullayevə 10000 manat pul ödəməsi işin halları ilə təsdiq olunmur, bu barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir, buna görə də ilk İddiaçı 10000 manat pul tələbi əsassızdır. Cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: Cavabdeh iddia edir ki, o, mərhum əmisi Abdulla İbadullayevlə ona məxsus 0,43 ha torpaq sahəsinin 0,26 ha hissəsinin ona satılmasına görə 10000 manata razılaşmışlar və o, əmisinə 2015-ci ilin yanvar ayında 5000 manat, 2015-ci ilin yay aylarında 1000 manat, 2016-cı ilin yazında 1000 manat, yayında 700 manat, qışda 1300 manat, 2017-ci ilin yayında isə 500 manat vermiş, 2021-ci ilin mart ayında əmisi xəstələndiyi vaxt onun istəyi və razılığı üzrə müayinəsi və müalicəsi üçün ümumilikdə 1450 manat xərcləmişdir. Cavabdeh bildirdiklərinə görə o, əmisindən aldığı torpağın pulu kimi ona cəmi 9500 manat ödəmiş, 1450 manatı isə müalicəsi üçün xərcləmişdir. Cavabdeh mərhum əmisi Abdulla İbadullayevə iddia etdiyi məbləğdə pulun ödənilməsini təsdiq edə bilmək üçün yalnız şahid ifadələrinə istinad etmişdir. İşdəki birinci instansiya məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(050)- 61/2023 saylı məhkəmə baxış iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında şahid qismində dinlənilən Şahid3 bildirmişdir ki, Abdulla İbadullayev onun qardaşıdır. Cavabdeh mərhum Abdulla İbadullayevin hər zaman qayğısına qalmışdır. O, mərhum qardaşının Rəşada torpaq satdığını eşitmişdir. İşdəki birinci instansiya məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(050)- 61/2023 saylı məhkəmə baxış iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında şahid qismində dinlənilən Şahid1 bildirmişdir ki, Abdulla İbadullayev onun qardaşıdır. Cavabdeh mərhum Abdulla İbadullayevdən torpaq almışdır. Qardaşı Rəşaddan 2015-ci ildə 5000 manat pul almışdır, o, bunu eşitmişdir. Cavabdeh ifadəsinə istinad etdiyi şahidlərdən Şahid3 və Şahid1 bildirdiklərindən görünür ki, onlar bilavasitə şahidi olduqları hadisə barəsində məlumat verməmiş, kimdənsə eşitdikləri sözləri söyləmişlər. Şahid3 ümumiyyətlə hər hansı pulun ödənilməsindən bəhs etməmiş, sadəcə mərhum qardaşı X14 İbadullayevə torpaq satdığını eşitdiyini qeyd etmiş, məbləğ barəsində hər hansı bir söz söyləməmişdir. Şahid1 da mərhum qardaşı Abdulla İbadullayevin 2015-ci ildə Cavabdeh 5000 manat pul aldığını eşitdiyini bildirmişdir. Göründüyü kimi, hər iki şahidin də ifadəsi faktiki olaraq şahidi olmadıqları, kimdənsə eşitdikləri hallarla bağlı olmuş, hazırda Cavabdeh tələbini təsdiq edən hər hansı konkret məlumatı özündə əks etdirməmişdir. Bundan başqa, hər iki şahid həmin məlumatları kimdən eşitdiklərini bildirməmişlər. Bu halda isə MPM-in 104.3-cü maddəsinə görə, alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Bundan başqa, birinci instansiya məhkəməsi şahidlər Şahid3 və Şahid1 hərəkətlərindən onların qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qərəzli olduqları qənaətinə gəlmişdir. Qeyd edilən halları ümumiləşdirən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi hər iki şahidin ifadələrini inandırıcı hesab etməyib onları sübut kimi qəbul etməməkdə haqlı olmuşdur. Cavabdeh istinad etdiyi digər şahid ifadəsi isə qardaşı Şahid2 ifadəsi olmuşdur. İşdəki birinci instansiya məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(050)- 61/2023 saylı məhkəmə baxış iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında şahid qismində dinlənilən Şahid2 bildirmişdir ki, Cavabdeh onun qardaşıdır. Cavabdeh mərhum Abdulla İbadullayevdən torpaq almışdır. Qardaşı Rəşad ilə 2015-ci ilin yanvar ayında 5000 manat pulu Abdulla İbadullayevə vermişdir. Məhkəmə kollegiyası Şahid2 tərəfindən birinci instansiya məhkəməsinin iclasında verilmiş ifadə ilə bağlı bildirir ki, onun ifadəsində əks etdirdiyi məlumatlar, yəni 2015-ci ilin yanvar ayında qardaşı Rəşadın 5000 manat pulu Abdulla İbadullayevə verməsi barədə bildirdikləri iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanıldıqda müəyyən olunur ki, həmin ifadə işin digər müəyyən edilmiş halları ilə təsdiq olunmur və digər sübutlarla əlaqələndirilərək onlarla yanaşı qiymətləndirdikdə Şahid2 ifadəsi işin hallarına uyğun gəlmir. Bundan əlavə, Şahid2 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qardaşı olması səbəbindən də onun verdiyi ifadənin həqiqətə uyğun olması inandırıcı deyil. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, pul tələbinə dair qarşılıqlı iddia ilə bağlı iş üzrə sübutetmə yükü qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür. Qarşılıqlı iddia üzrə iddiaçı tələb olunan məbləğdə pulun həqiqətən də mərhum əmisi Abdulla İbadullayevə verilməsini sübut etməlidir. Buna görə də, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. O isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. İş materiallarından da görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə qarşılıqlı iddia tələbinin təmin olunması üçün əsas olan halları təsdiq edən mötəbər sübutları təqdim etməmiş, 10000 manat məbləğində pulun Abdulla İbadullayevə verilməsi faktını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, iş materialları ilə Cavabdeh mərhum Abdulla İbadullayevə 10000 manat məbləğində pul verməsi faktı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bildirir ki, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən, məhkəmə onun verilməsinə görə ödənilmiş 120 manat məbləğində dövlət rüsumuna dair hissədə də tələbi təmin etməməklə prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən apellyasiya şikayətində qeyd edilmiş formal mülahizələr Masallı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(050)-61/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(050)-61/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(050)-61/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1194/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1194/2024
18.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver