Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-490/2024 06.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi, torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və əmlak tələbinə dair” ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-61/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(050)-61/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Habil Bəhmənov) ilk iddia qismən təmin edilmiş, Masallı rayonu Xırmandalı kəndində yerləşən, mərhum X1iunun mülkiyyətində olmuş 0,43 ha torpaq sahəsində ilk iddia üzrə Cavabdeh tərəfindən inşa edilmiş 115,5 kv.m fərdi yaşayış evinin onun öz hesabına sökülməsi və torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınaraq ilk İddiaçı təhvil verilməsi, ilk iddianın 600 manat dəyərində 1 ədəd televizor, 120 manat dəyərində 1 ədəd tozsoran, 100 manat dəyərində 1 ədəd elektrik rası, 200 manat dəyərində 2 ədəd xalça, 50 manat dəyərində 1 ədəd elektrik sərinkeşi, 100 manat dəyərində 50 ədəd kasa, 100 manat dəyərində 50 ədəd dərin boşqab, 50 manat zəyərində 50 ədəd dayaz boşqab, 60 manat dəyərində 60 ədəd stəkan, 40 manat dəyərində 40 ədəd qaşıq, 40 manat dəyərində 40 ədəd çəngəl, 25 manat dəyərində 1 dəd paltar asılqanı, 60 manat dəyərində 2 ədəd alüminium vanna, 40 manat dəyərində 1 ədəd çuqun ləyən, 45 manat zəyərində 2 ədəd qazan, 15 manat dəyərində 1 ədəd çaydan, 700 manat dəyərində 1000 ədəd mişar daşı, 400 manat dəyərində 2 ədəd 4 metrlik azbest turba, 250 manat dəyərində 1 ədəd paltaryuyan maşından ibarət, cəmi 2995 manat dəyərində əmlak tələbinə münasibətdə təmin olunmaması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10000 manat pul və 120 manat dövlət rüsumu tələbi barədə iddiasının təmin olunmaması, ilk iddia üzrə Cavabdeh torpaq sahələrinin inventarlaşdırılmasına dair xərcə görə 95 manatın alınaraq ilk İddiaçı, məhkəmə tikintitexniki ekspertiza xərci 50 manatın alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(050)-61/2023 saylı qətnaməsinin ləğv edilməsini və onun iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Apellyasiya şikayətinin verilməsinə görə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilməmişdir. Belə ki, Cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarının 135-ci və 150-ci vərəqində olan ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixində icra edilmiş 50 manat məbləğində dövlət rüsumu və xx.xx.2023-cü il tarixində icra edilmiş 25 manat məbləğində dövlət rüsumu Şirvan Apellyasiya Məhkəməsinə deyil, Masallı Rayon Məhkəməsinə ödənilmişdir. Odur ki, həmin dövlət rüsumunun hazırkı apellyasiya şikayətinin verilməsi üçün ödənilməsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-61/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-490/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-490/2024
06.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver