Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-673/2023 31.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Mürüvvət oğlunun iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4988,30 manat, mediasiya xərci kimi ödənilmiş 65 manat və 5 manat dövlət rüsumu məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında 09 iyun 2020-ci il tarixli əmlak müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. 25 noyabr 2020-ci il tarixində baş satıcı vəzifəsinə keçirilmiş, 09 iyun 2022-ci il tarixli 273-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 26 may 2022-ci il tarixdə “Oba” mağazasında çalışdığı zaman aparılmış invertarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş “İnvertarizasiya Nəticələrinə” dair aktlara əsasən yekun ziyan məbləği 5223,33 manat məbləğində malın çatışmadığı məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, müvafiq güzəşt tətbiq edildikdən sonra qalıq borc 4988,30 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsədə , heç bir ödəniş həyata keçirməmişdir. Bununla yanaşı Mediasiya prosessi keçrilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamşıdır. Odur ki, ziyanın ödənilməsi barədə məhkəməyə müraciət edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarına əlavə olunmuş əmək müqaviləsindən və X1 haqqında müqavilənin və 09 iyun 2020-ci tarixli 313 saylı əmrdən çıxarışın surətlərindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 09 iyun 2020-ci il tarixli, 313 saylı əmrlə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. 25 noyabr 2020-ci tarixli 727 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Baş satış vəzifəsinə keçirilmişdir. 09 iyun 2022-ci il tarixli 273 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh işdən azad edilmişdir. 10 iyun 2022-ci il tarixdə tərtib olunmuş İnvertarizasiya aktından, yoxlamanın nəticəsinə dair aktdan və Aktivlər üzrə inventarzasiya nəticələrinə dair yekun dair yekun aktdan görünür ki, “Oba-Neçfilər 15” mağazasında maddi məsul şəxs Cavabdeh öhdələyində olan maddi qiymətlilər fiziki sayılmaqla yoxlanılmışdır. Aktın nəticə hissəsində Cavabdeh Əlikiram oğlu maddi məsul şəxs kimi göstərilməklə, aktla razı olmasını imzası ilə təsdiq etmişdir. 26 may 2022-ci il tarixdə tərtib olunmuş İnvertarizasiya aktından, yoxlamanın nəticəsinə dair aktdan və Aktivlər üzrə inventarzasiya nəticələrinə dair yekun dair yekun aktdan görünür ki, “Oba-Nefçilər 15” mağazasında maddi məsul şəxs Cavabdeh öhdələyində olan maddi qiymətlilər fiziki sayılmaqla yoxlanılmışdır. Aktın nəticə hissəsində Cavabdeh maddi məsul şəxs kimi göstərilməklə, aktla razı olmasını, iradının olmadığını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli və 26 may 2022-ci il tarixli iltizamnamədən məlum olur ki, Cavabdeh Əlikiram oğlunun “Oba-Nefçilər 15” mağazasında çalışdığı zaman aparılmış invertarizasiya nəticəsində aşkaranmış əskiklə bağlı etirazının olmadığını, yoxlama zamanı sayımda iştirak etməsini göstərmişdir. Maliyyə arayışından məlum olur ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhviltəslim işlərinin nəticəsində olaraq hesabında, 26 may 2022-ci il tarixdə 5223.33 manat çatışmamazlıq müəyyən edilmişdir. Çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 4988.30 manat borc qalmışdır. Qalıq borcun ödənilməsi barədə xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün mediyasiya xərcindən əlavə 5 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. İşin faktiki halları müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 09 iyun 2020-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. 25 noyabr 2020-ci tarixli 727 saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş, 09 iyun 2022-ci il tarixli 273 saylı əmrlə isdən azad edilmişdir. 10 iyun 2022-cu və 26 may 2022-ci tarixlərdə Oba- Nefçilər 15 mağazasında işlədiyi zaman aparılmış invertarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndində əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-ci maddəsinin 1 və 2-ci hissələrinə əssən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X1 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Göstərilən Məcəllənin 205-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən X1 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 206-cı maddəsinin 1-ci hissəsinə əsasən məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, tərəfələr arasında fərdi əmək mübahisəsi vardır. Cavabdeh və iddiaçı hüquqi şəxs arasında bağlanmış X1 haqqında müqavilənin mahiyyətinə görə əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlərlə bağlı çatışmazlıqalara görə Cavabdehlik daşımışdır. Onunla bağlanmış X1 haqqında müqavilənin şərtlərinə görə, ona etibar edilmiş əmlakın , maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürür, müəssisəyə ziyan vurmamalı, ziyankarlığa qarşı mübarizə aparmalı, hesabatlar aparmalı, yaranmış təhlükələr barədə işəgötürənə məlumat verməli, ziyan vurma hallarına yol verməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 4988.30 manat, mediasiya xərci kimi ödənilmiş 65 manat və dövlət rüsumuna ödənilmiş 5 manat alınaraq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-673/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-673/2023
31.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver