Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-685/2024 10.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbab Alxas oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1200 manat dəyərində 14.1 qramlıq qızıl sepin və ya onun dəyərinin və dövlət rüsumu kimi ödənilmiş 32 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin iyul ayının 11-də cavabdeh pula ehtiyacı olmasını bildirib ondan borc istəmiş, onun isə nağd pulu olmadığından arvadına məxsus olan 1200 manat dəyərində 14.1 qramlıq qızıl sepi ona vermişdir ki, cavabdeh girov qoyub pul götürsün. O, 6 ay ərzində götürdüyü pulu qaytarıb ona verdiyi qızıl sepi qaytaracağını bildirmişdir. Cavabdeh bacanağı olduğundan ona inanmışdır. Lakin ötən müddət ərzində o, öhdəliyini yerinə yetirməmişdir. Nəticədə isə 1200 manat dəyərində qızıl sepdən məhrum olmuşdur. Cavabdeh müxtəlif bəhanələr gətirməklə nə qızıl sepi, nə də onun dəyərini qaytarmadığından bu barədə Masallı RPŞ-yə müraciət etməli olmuşdur. Masallı RPŞ-də aparılan araşdırma zamanı da cavabdeh izahatında ondan həqiqətən də qeyd olunan qızıl sepi götürməsini, lakin maddi imkanı olmadığından sonradan qaytara bilməməsini göstərmişdir. Pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, 1200 manat dəyərində 14.1 qramlıq qızıl sepin və ya onun dəyərinin və dövlət rüsumu kimi ödənilmiş 32 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, İddiaçı onun həyat yoldaşıdır. Cavabdeh isə onun bacısının həyat yoldaşıdır. Ər-arvad arasında olan ümumi razılığa əsasən Bəhruz İbrahimə sözügüdən qızılı 2021-ci ildə 6 aylıq lombarda qoyub pul götürmək üçün vermişdir. Lakin sonradan nə qızılı, nə də ki, onun dəyəri olan 1200 manat pulu qaytarmışdır. Sonda Nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 21 avqust 2023-cü il tarixdə Masallı Rayon Polis şöbəsində Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, izahatında göstərmişdir ki, İddiaçı onun barəsində verdiyi şikayətlə tanış olmuşdur. Cavabdeh pula ehtiyacı olduğu üçün lombarda qızıl qoyaraq 600 manat pul götürmüşdür. Götürdüyü pulu ödəyə bilmədiyindən qızıl satılmışdır. Qısa müddət ərzində borcunu qaytarmaq üçün çalışacağını bildirmişdir. X1 və “Almaz” qızıl dükanının direktoru X2 (VÖEN **********) tərəfindən imzalanmış mütəxəssis rəyindən görünür ki, İddiaçı tələb etdiyi 1 ədəd 14.1 qram çəkidə 583 əyyarlı boyunbağının qiyməti 1200 manat təşkil edir. Müliki Məcəllənin müvafiq maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (maddə 385, 386.1, 389.1, 389.2). Həmin Məcəllənin 739.1-ci maddsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi müqavilə bağlanmış, cavabdeh iddiaçıdan qaytarmaq şərti ilə qızıl sep almış, lakin sonradan nə sepi, nədə onun dəyərini qaytarmışdır. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, İddiaçı olunun tələb etdiyi 1 ədəd 14.1 qram çəkidə 583 əyyarlı boyunbağının qiyməti 1200 manat təşkil edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 1200 manat dəyərində 14.1 qramlıq qızıl sep və ya qət olunan əşyanın naturada alınması mümkün olmadığı halda həmin əyşanın dəyəri olan 1200 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 32 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 1200 manat dəyərində 14.1 qramlıq qızıl sep və ya qət olunan əşyanın naturada alınması mümkün olmadığı halda həmin əyşanın dəyəri olan 1200 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Dövlət rüsumuna görə ödənilmiş 32 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-685/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-685/2024
10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver