Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-690/2025 12.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı “Okean Avto 2011» MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Okean Avto 2011» MMC-nin Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Okean Avto 2011» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4830 saylı müqavilənin ləğv edilməsi, dəymiş zərərin əvəzi kimi 7181.25 manat pulun və dövlət rüsumu qismində ödənilmiş 91.81 manat pulun, ümumilikdə 7273.06 manat pulun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 4830 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, sedan tipli, KMHEU41AP8A544328 şassi nömrəli, qara rəngli, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil, ilkin ödəniş 2500 (iki min beş yüz) manat, 36 ay müddətinə, hər ay üzrə 745 (yeddi yüz qırx beş) manat ödəniş etməklə, 29303.60 (iyirmi doqquz min üç yüz üç manat altmış qəpik) manata satılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, sedan tipli, KMHEU41AP8A544328 şassi nömrəli, qara rəngli, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ilkin ödəniş 2500 (iki min beş yüz) manat ödəniş etmiş, lakin xx.xx.2024cü il tarixdən sonra İddiaçı MMC-yə heç bir ödəniş etməmişdir. Beləliklə onun, xx.xx.2024cü il tarixdən İddiaçı MMC-yə heç bir ödəniş etməyərək 26803.60 (iyirmi altı min səkkiz yüz üç manat altmış qəpik) manat məbləğində əsas borcu qalmışdır. Tərəflərindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Bu səbəbdən tərəflərindən xx.xx.2024-cü il tarixdə borclunun təqdim etdiyi ünvana “Pretenziya” məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi tələb olunmuş, lakin borclu bu tələbə də məhəl qoymamışdır. Belə olan halda xx.xx.2024-cü il tarixində avtomobil müvəqqəti sahibindən alınaraq salona gətirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh öhdəliklərini lazımınca icra etməməyi səbəbindən aşağıda göstərilən pul tələbləri yaranmışdır: xx.xx.2024-cü il tarixli, 4830 saylı “Əşyanın nisyə alqı-satqısı haqqında” müqavilə üzrə: Müqavilənin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verdiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 (əlli) manat məbləğində icarə haqqı ödənilməlidir. Belə ki, Cavabdeh müqavilənin predmeti olan avtomobilin ödənişini xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 125 gün istifadə edərək təhvil vermədiyindən, gecikdirildiyi hər gün üçün 50 (əlli) manat məbləğində icarə (125x50=6250) haqqı hesablanmaqla 6250 (altı min iki yüz əlli) manat məbləğində icarə haqqı yaranmışdır. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və Cavabdeh müqavilənin predmeti olan avtomobilin ödənişini xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 125 gün istifadə edərək təhvil vermədiyindən, gecikdirildiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 931.25 (doqquz yüz otuz bir manat iyirmi beş qəpik) manat məbləğində cərimə pulu hesablanmışdır. Göstərilən pul tələblərinin ümumi məbləği 7181.25 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, 4830 saylı nisyə alqı-satqı Müqaviləsinin 5.1.3-cü bəndinə əsasən Alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 (on beş) gün gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək satıcının hüququdur. xx.xx.2024-cü il tarixli, 4830 saylı nisyə alqı-satqı Müqaviləsinin 7.2 bəndinə əsasən müqavilə üzrə Alıcının öhdəliklərini yerinə yetirməməsi səbəbindən müqavilə ləğv edildikdə Alıcı Satıcıya qarşı hər hansı bir iddia tələbi ilə dövlət orqanlarına, müvafiq hüquq mühafizə orqanlarına (Polis, Prokurorluq, Məhkəmə və s.) müraciət etmək hüququnu itirir. Həmin müqavilənin 8.1.1 bəndinə əsasən Alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır. Eyni zamanda müqavilənin 8.1.2 bəndinə əsasən Alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya digər səbəblərdən avtomaşını geri alındıqda və ya qaytarıldıqda 5 (beş) gün ərzində borcunu ödəməzsə Satıcı birtərəfli qaydada müqaviləni ləğv edib avtomaşını başqa şəxsə satmaqda haqlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Okean Avto 2011» MMC ilə Cavabdeh arasında bağlanmış 23 aprel 2024-cü il tarixli, 4830 nömrəli əşyanın nisyə alqı-satqısı haqqında müqavilədən və ödəniş cədvəlindən görünür ki, “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, sedan tipli, KMHEU41AP8A544328 şassi nömrəli avtomaşını 36 ay müddətinə, hər ay üzrə 745 manat ödəniş etməklə, 29303.60 manata satılmışdır. Müqavilənin 4.5-ci bəndinə əsasən alıcı avtomobilə görə aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin götürüldüyü və ya təhvil aldığı gündən, təhvil verdiyi günə qədər satıcıya Bakı şəhəri rent a car şirkətlərinin qiymətinə uyğun olaraq avtomobilin marka və modelinə aid hər gün üçün 50- 100 manat civarında isifadə haqqı ödəməlidir. Müqavilənin 4.6-cı bəndinə əsasən alıcı avtomobilə görə aylıq ödənişi gecikdirildiyi halda, ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödəyir. Müqaviləsinin 5.1.3-cü bəndinə əsasən Alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 (on beş) gün gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək satıcının hüququdur. Müqavilənin 8.1.1 bəndinə əsasən Alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır. 23 aprel 2024-cü il tarixli təhvil təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, sedan tipli, KMHEU41AP8A544328 şassi nömrəli, qara rəngli, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermişdir. BB 564791 nömrəli X1 Şəhadətnaməsindən görünür ki, **-AV-*** dövlət qeydiyyat nömrəli, “Hyundai Sonata” minik markalı avtomobilin sahibi İddiaçı MMC-dir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə müqavilənin ləğv edilməsi məsələsinə münasibətdə ağıdakıları bildirir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 23 aprel 2024-cü il tarixli, 4830 nömrəli əşyanın nisyə alqı-satqısı haqqında müqaviləsinin 5.1.3-cü bəndinə əsasən Alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 (on beş) gün gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürə, birtərəfli olaraq müqaviləni ləğv edə, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirə bilər. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh müqaviləyə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmişdir. Tərəflər arasında müqavilə üzrə şərtlər müəyyən olunmuş, lakin cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Buna görə də alqı-satqı müqaviləsi ləğv edilməlidir. Məhkəmə borcun qaytarılması məsələsinə münasibətdə ağıdakıları bildirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasəsn “Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” və “İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin tələblərini pozaraq hər ay ödəməli olduğu pul məbləğini ödəməmişdir. İddiaçı müqavilə şərtləri nəzərdə tutulmuş qaydada satdığı avtomaşını geri almış və müqailənin 4.5-ci maddəsinə əsasən istifadə haqqı və 4.6-cı maddəsinə əsasən cərimə məbləği tələb edir. Avtomaşın iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmiş və xx.xx.2024-cü il tarixdə geri alınmışdır. Beləliklə avtomaşın cavabdehdə 125 gün qalmışdır. İddiaçı müqavilə üzrə istifadə haqqı 50-100 manat məbləğdə olmasını nəzərə alaraq, göstərilən istifadə haqqı intervalının aşağı həddində ziyan və müqavilənin şərtlərinə əsasən 931.25 manat cərimə tələb edir. Odur ki, iddia həmin hissədə təmin edilməli və cavabdehdən istifadə haqqı olaraq 6250 manat və 931.25 manat cərimə məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 91.81 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlarıaraşdırmalı və onlardan istifadə etməlidir”. 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəməiclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Okean Avto 2011» MMC ilə Cavabdeh arasında bağlanmış 23 aprel 2024-cü il tarixli, 4830 nömrəli əşyanın nisyə alqı-satqısı haqqında müqavilə ləğv edilsin. Cavabdeh “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, sedan tipli, KMHEU41AP8A544328 şassi nömrəli, qara rəngli, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə haqqı olaraq 6250 manat, 931.25 manat cərimə məbləğində pul vəsaiti, 91.81 manat məbləğində dövlət rüsumu, cəmi 7273.06 manat pul tutularaq “Okean Avto 2011» MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-690/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-690/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver