Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-272/2024 15.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8810,25 (səkkiz min səkkiz yüz on manat iyirmi beş qəpik) manat məbləğində borc, 114 (yüz on dörd) manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 9424 (doqquz min dörd yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 yanvar 2023-cü il tarixdə satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı alıcıya mal-material satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. 21 dekabr 2022-ci il tarixli EBCL seriyalı 555181 nömrəli elektron qaimə üzrə 2122,47 manat, 17 yanvar 2023-cü il tarixli EBCN seriyalı 102297 nömrəli qaimə üzrə 79 manat, 17 mart 2023-cü il tarixli EBDB seriyalı 952860 nömrəli qaimə üzrə 2258,83 manat, 19 aprel 2023-cü il tarixli EBDD seriyalı 910883 nömrəli qaimə üzrə 356,83 manat, 09 iyun 2023-cü il tarixli EBDH seriyalı 510762 nömrəli qaimə üzrə 2066,30 manat, 03 iyul 2023-cü il tarixli EBDJ seriyalı 057019 nömrəli 1478,42 manat və 18 iyul 2023-cü il tarixli EBDK seriyalı 130634 nömrəli qaimə üzrə 448,40 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Beləliklə, alıcı Cavabdeh satıcı İddiaçınə ümumilikdə 8810,25 (səkkiz min səkkiz yüz on manat iyirmi beş qəpik) borcu yaranmışdır. 15 mart 2024-cü il tarixdə iddiaçının vəkili və nümayəndəsi məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək 22 iyun 2021-ci və 17 yanvar 2023-cü il tarixli müqavilələr üzrə cavabdehdən 8810,25 (səkkiz min səkkiz yüz on manat iyirmi beş qəpik) manat məbləğində borc, 114 (yüz on dörd) manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 9424 (doqquz min dörd yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 22 iyun 2021-ci il tarixli 20 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə görə satıcı bu müqavilənin 1 nömrəli Əlavəsində göstərilən malları alıcıya satmağı, alıcı isə əvəzində həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 17 yanvar 2023-cü il tarixli 20 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə görə satıcı bu müqavilənin 1 nömrəli Əlavəsində göstərilən malları alıcıya satmağı, alıcı isə əvəzində həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 7-ci bəndinə əsasəən alıcı mallar təhvil verildiyi gündən 15 bank günü ərzində malın dəyərini ödəyir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 22 iyun 2021-ci il tarixli 20 nömrəli alqı-satqı müqaviləsi üzrə 2122,47 manat dəyərində malın satılması ilə əlaqədar 21 dekabr 2022-ci il tarixli EBCL seriyalı 555181 nömrəli, 17 yanvar 2023-ci il tarixli 20 nömrəli alqı-satqı müqaviləsi 79,06 manat dəyərində malın satılması ilə əlaqədar 17 yanvar 2023-cü il tarixli EBCN seriyalı 102297 nömrəli, 2258,83 manat dəyərində malın satılması ilə əlaqədar 17 mart 2023-cü il tarixli EBDB seriyalı 952860 nömrəli, 356,83 manat dəyərində malın satılması ilə əlaqədar 19 aprel 2023-cü il tarixli EBDD seriyalı 910883 nömrəli, 2065,30 manat dəyərində malın satılması ilə əlaqədar 09 iyun 2023-cü il tarixli EBDH seriyalı 510762 nömrəli, 1478,42 manat dəyərində malın satılması ilə əlaqədar 03 iyul 2023-cü il tarixli, EBDJ seriyalı 057019 nömrəli, 448,40 manat dəyərində malın satılması ilə əlaqədar 18 iyul 2023-cü il tarixli EBDK seriyalı 130634 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 17 yanvar 2023-ci il tarixli 20 nömrəli alqı-satqı müqaviləsi üzrə 19 aprel 2023-cü il tarixli “Qiymətlərin razılaşdırma protokolu”ndan görünür ki, müqavilə üzrə satılan malların dəyəri 356,83 manat müəyyən olunmuşdur. İş materiallarında olan 17 yanvar 2023-ci il tarixli 20 nömrəli alqı-satqı müqaviləsi üzrə 09 iyun 2023-cü il tarixli “Qiymətlərin razılaşdırma protokolu”ndan görünür ki, müqavilə üzrə satılan malların dəyəri 2065,30 manat müəyyən olunmuşdur. İş materiallarında olan 17 yanvar 2023-ci il tarixli 20 nömrəli alqı-satqı müqaviləsi üzrə 03 iyul 2023-cü il tarixli “Qiymətlərin razılaşdırma protokolu”ndan görünür ki, müqavilə üzrə satılan malların dəyəri 1478,42 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 22 iyun 2021-ci il tarixli 20 nömrəli və 17 yanvar 2023-cü il tarixli 20 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı müvafiq malları cavabdehə satmış, lakin Cavabdeh öhdəliyini icra etməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödənilməmiş borcun Cavabdehndən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Hazırkı iddia ərizəsində qeyd olunmuş və iddiaçı tərəfindən Cavabdehnə göndərilmiş 7 (yeddi) ədəd elektron qaimə üzrə satılan malların ümumilikdə dəyəri 8809,31 (səkkiz min səkkiz yüz doqquz manat otuz bir qəpik) təşkil edir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən “8810,25 (səkkiz min səkkiz yüz on manat iyirmi beş qəpik) borcun tutulması” ilə bağlı hissəsi qismən təmin edilməli, Cavabdehndən 8809,31 (səkkiz min səkkiz yüz doqquz manat otuz bir qəpik) manat məbləğində borc tutularaq İddiaçınə ödənilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi də qismən əsaslıdır. Belə ki, iddiaçı - iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı iddia ərizəsinə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına hüquqi xidmətə görə 500 (beş yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən sənədi əlavə etmişdir. Hazırkı iş üzrə hüquqi yardıma görə cavabdehdən tələb olunan 500 (beş yüz) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə - 300 (üç yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə - nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin “cavabdehdən 114 manat məbləğində dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə də qismən təmin olunmalı və Cavabdehndən hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 108,09 (yüz səkkiz manat doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdehndən 8809,31 (səkkiz min səkkiz yüz doqquz manat otuz bir qəpik) manat məbləğində bоrc, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 108,09 (yüz səkkiz manat doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9217,40 (doqquz min iki yüz on yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 8809,31 (səkkiz min səkkiz yüz doqquz manat otuz bir qəpik) manat məbləğində bоrc, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 108,09 (yüz səkkiz manat doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9217,40 (doqquz min iki yüz on yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-272/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-272/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver