Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-58/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-52/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 20 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndan iddiaçı “CMT Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 19314,83 (on doqquz min üç yüz on dörd manat 83 qəpik) manat məbləğində borcun və “ilkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə (cavabdeh "X1" MMC arasında bağlanmış 29 iyun 2022-ci il tarixli CT/M-22-066 nömrəli müqaviləyə əsasən boya məhsullarının (Epocon SP 585 - beton əlavəsi) alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış həmin Müqaviləyə əsasən iddiaçı boya məhsullarını cavabdehə satmağı, cavabdeh isə malları qəbul edib onun dəyərini razılaşdırmış vaxtda iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. 04 iyul 2022-ci il tarixdən 06 iyul 2022-ci il tarixə kimi təqdim olunan elektron qaimələrə əsasən müəyyən edilmişdir ki, cavabdeh "X1" MMC-nin iddiaçı "xxxx" MMC-yə cəmi 19314,83 (on doqquz min üç yüz on dörd manat 83 qəpik) manat qalıq borcu mövcuddur. Bununla da, cavabdeh Müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. 12 avqust 2022-ci ildə cavabdehin elektron kabinetinə pretenziya məktubu, 25 avqust 2022-ci ildə isə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və 05 oktyabr 2022-ci il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin, cavabdeh bu barədə məlumatlı olsa da, ilkin mediasiya sessiyasında iştirak etməmiş və könüllü olaraq aldıı malların dəyərini ödəməmişdir (bundan sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 385, 387, 398, 425, 442, 443, 445 və 448-ci maddələrinə istinad olunur). Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq hesab edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehdən iddiaçının xeyrinə 19314,83 (on doqquz min üç yüz on dörd manat 83 qəpik) manat məbləğində borc və “İlkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı tutulmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, e-2-2(119)- 52/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdehndən 19314,83 (on doqquz min üç yüz on dörd manat 83 qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 19514,83 (on doqquz min beş yüz on dörd manat 83 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması və Cavabdehndən dövlət nəfinə 147,94 (yüz qırx yeddi manat 94 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı MMC ilə Cavabdeh MMC arasında boya məhsullarının alqı-satqısına dair 29 iyun 2022-ci il tarixdə bağlanmış CT/M-22-066 nömrəli müqavilə üzrə cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçının cavabdehə satdığı boya məhsullarının bazarda mövcud olan anoloji mallardan daha aşağı keyfiyyətli, yəni qısa müddət ərzində boyanın rənginin solması, qiymətlərinin isə daha yüksək olması ilə bağlı olmuşdur. Qeyd edilən səbəbdən malların alış qiymətindən daha aşağı qiymətə satılacağı iddiaçıya əvvəlcədən bəlli olsa da, iddiaçı cavabdehi bu barədə xəbərdar etməmişdir. İddiaçının cavabdehə satdığı boyaların keyfiyyətsiz olması cavabdehə məlum olduqdan sonra, cavabdeh iddiaçıdan malların qiymətlərini aşağı salmağı və malların satılmayan hissəsini geri qəbul etməyi xahiş etsə də, iddiaçı cavabdehin təklifini qəbul etməməklə ona münasibət belə bildirməmişdir. Bu səbəbdən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra edə bilməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Bu Məcəllənin 581.2-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarıyan əşya verməyə borcludur. Lakin mübahisələndirilən məhkəmə qətnaməsi qeyd edilən maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin işdə iştirakını təmin etməmiş və onun iştirakı olmadan işə baxıb qətnqamə qəbul etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 14.2 və 88-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübut toplamamalı, tərəflərə sübutları təqdim etmək üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Lakin məhkəmə sübutları Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 14.2-ci maddəsinin tələb etdiyi qaydada araşdırmamış və onları bu Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmişdir. Tərəflərin izahatları: İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan tədarükçü İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 29 iyun 2022-ci il tarixli CT/M-22-066 nömrəli Tədarük Müqaviləsinin şərtlərinə görə, tədarükçü İddiaçı MMC alıcı Cavabdeh MMC-nin sifariş etdiyi məhsulları (bundan sonra “Əmtəə”) tədarük etməyi, “Alıcı” isə onları qəbul edib və haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə “Tədarükçü”yə ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir, 29 iyun 2023-cü ilə qədər qüvvədədir. İş materiallarında olan elektron qaimələrlə müəyyən olunur ki, 29 iyun 2022-ci il tarixli CT/M-22-066 nömrəli Tədarük Müqaviləsi əsasında tədarükçü "xxxx" MMC tərəfindən alıcı "X1" MMC-yə 04 iyul 2022-ci il tarixli EBBZ 339219 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 6566,70 (altı min beş yüz altmış altı manat 70 qəpik) manat dəyərində, 04 iyul 2022-ci il tarixli EBBZ 400523 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 2867,40 (iki min səkkiz yüz altmış yeddi manat 40 qəpik) manat dəyərində, 05 iyul 2022-ci il tarixli EBBZ 489552 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 3557,70 (üç min beş yüz əlli yeddi manat 70 qəpik) manat dəyərində və 06 iyul 2022-ci il tarixli EBBZ 582896 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 6323,03 (altı min üç yüz iyirmi üç manat 03 qəpik) manat dəyərində olmaqla, ümumilikdə cəmi 19640,34 (on doqquz min üç yüz on dörd manat 83 qəpik manat 34 qəpik) manat məbləğində müxtəlif boya məhsullarının satılması ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 12 avqust 2022-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 29 iyun 2022-ci il tarixli CT/M-22-066 nömrəli Tədarük Müqaviləsi üzrə tədarükçü "xxxx" MMC tərəfindən alıcı Cavabdeh MMC-yə satılmış boya məhsullarına görə alıcı Cavabdeh 12 avqust 2022-ci il tarixinə 19314,83 (on doqquz min üç yüz on dörd manat 83 qəpik) manat məbləğində qalıq borcu mövcuddur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və iş materiallarında olan sübutlara istinad edərək iddianın əsaslı olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, müqavilə öhdəliklərinin cavabdeh tərəfindən lazımınca icra edilməməsi iddiaçının cavabdehə satdığı boya məhsullarının aşağı keyfiyyətli olması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi cavabdehin işdə iştirakını təmin etməmiş və onun iştirakı olmadan işə baxıb qətnqamə qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, 12 avqust 2022-ci ildə cavabdehin elektron kabinetinə pretenziya məktubu, 25 avqust 2022-ci ildə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin nə məhkəmə iclaslarında iştirak etməmiş, nə də qeyd edilən dəlillərlə bağlı məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh həmin halları təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-52/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-58/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-58/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver