Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-774/2023 14.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 22 noyabr 2009-cu ildə anadan olmuş X2 və 24 iyun 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, cəmi 200 manat aliment miqdarının artırılaraq hər ay bir uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində müəyyən olunmasını tələb edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər faktiki olaraq ailə qurmuşlar, 17 mart 2012-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 22 noyabr 2009-cu ildə X4 və 24 iyun 2012-ci ildə X5 anadan olmuşdur. Masallı rayon məhkəməsinin 2(050)- 2951/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Həmin məbləğlə uşaqları saxlaya bilmir, maddi imkanı yoxdur, ona görə də ödənilən aliment miqdarının artırılaraq hər uşaq üçün 200 manat, cəmi 400 manat müəyyən olunması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, halhazırda tələbə olduğuna və uşağın qayğılarına görə işləyə bilmədiyini, uşaqlarından birinin 8-ci sinifdə, digərinin 5-ci sinifdə oxumasını, cavabdehin qətnamə üzrə 200 manat aliment öhdəlyini icra etdiyini, lakin onun maddi vəziyyətinin daha yaxşı olmasını bildirmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 22 noyabr 2009-cu ildə X4, 24 iyun 2012-ci ildə X5 doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-2951/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahdan 22 noyabr 2009-cu il tarixdə doğulmuş X4 və 24 iyun 2012-ci ildə doğulmuş X5 adlı uşaqları anaları İddiaçı yanında qalmaqla, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 07 noyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər faktiki olaraq ailə qurmuş, 17 mart 2012-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Faktiki nikahdan 22 noyabr 2009-cu ildə X4 və 24 iyun 2012ci ildə X5 anadan olmuşdur. Masallı rayon məhkəməsinin 2(050)-2951/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə uşaqlar ananın himayəsində saxlanılmaqla və Cavabdeh hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 22 noyabr 2009-cu ildə anadan olmuş X2 və 24 iyun 2012-ci ildə anadan olmuş X3 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Uşaqların saxlanılması üçün 06 dekabr 2019-cu il tarixli qətnamə ilə hər uşağa görə 100 manat aliment miqdarı müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşaqların yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Bununla belə, iş materiallarında cavabdehin aylıq qazancı haqqında konkret sübut olmadığı üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları nəzərə alaraq, aylıq aliment məbləğinin hər uşaq üçün 150 manat müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, Cavabdeh uşaqların saxlanılaması üçün alimetin miqdarının artırılaraq hər ay bir uşaq üçün 150 manat, cəmi 300 manat müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-2951/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə 22 noyabr 2009-cu ildə anadan olmuş X2 və 24 iyun 2012-ci ildə anadan olmuş X1 üçün müəyyən edilmiş aliment miqdarı artırılaraq hər ay bir uşaq üçün 150 manat, cəmi 300 manat müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni məbləğddə tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-774/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-774/2023
14.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver