Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-775/2023 13.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 15000 manat pulun tutulması tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh 13000 manat borc pulun, 300 manat vəkil xidmət haqqının, 136 manat ödənilmiş dövlət rüsumunun, cəmi 13436 manat pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-131/2022 saylı qətnaməsi ilə iddianın təmin olunması haqqında qiyabi qətnamə qəbul edilmiş, Cavabdeh etirazına əsasən Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ilə 10 ildən artıqdır ki tanışdırlar. Onun cavabdehlə yaxın dostluq münasibətləri olduğundan müxtəlif vaxtlarda ondan iş görmək adı ilə müxtəlif məbləğlərdə pul alıb, sonra da qaytarmışdır. 2017-ci ildən başlayaraq Cavabdeh ondan borc olaraq hissə-hissə 16000 manat almış, həmin puldan hissə-hissə 3000 manat qaytarmışdır. Lakin qalan 13000 manatı qaytarmaqdan imtina etmişdir. Cavabdeh sonuncu dəfə 01 may 2021-ci il tarixdə onunla görüşüb, ondan borclu olduğu pulu tələb etsə də, cavabdeh pulu ona qaytarmayacağını bildirmiş və hədə qorxu gəlmişdir. Cavabdeh ona borclu olması barədə öz xətti ilə qəbz yazaraq vermişdir. Cavabdehin ona qəbz üzrə 13000 manat borcu qalmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ərizə təqdim edərək, cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasına razı olduğunu bildirmiş, həmçinin iddianın 13000 manat borc pul, 300 manat vəkil xidmət haqqı, 136 manat ödənilmiş dövlət rüsumu, cəmi 13436 manat həcmində təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, İddiaçı 16000 manat faizlə borc pul almışdır. Həmin məbləğdən 3000 manat qaytarmış, işlətdiyi ərzaq mağazasında bir neçə dəfə oğurluq olduğuna görə borcunu qaytara bilməmişdir. Ona görə də 13000 manat borclu olması barədə qəbzi İddiaçı yazmış, o, isə imza etmişdir. İş materiallarında olan qəbzlə tanışdır, imza ona məxsusdur. İki il müddətində hər ay 800 manat pul ödəmişdir. Lakin İddiaçı həmin ödənişləri faizə hesablayır. Lakin həmin ödənişlər barədə heç bir sənədə imza etdirməmişdir. Ona görə də pul ödənişlərini nəzərə alıb, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İşdə olan qəbzdən görünür ki, əl yazısı ilə “13000 borcum qaldı Güllü xalaya” sözləri qeyd edilmiş və imza edilmişdir. 19 oktyabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 136 manat dövlət rüsumu ödəmişdir. 30 sentyabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı hüquqi yardım üçün 4 saylı Vəkil bürosunun hesabına 300 manat pul ödəmişdir Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1. və 427.3.-cü maddələrinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2.-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: -öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, Borc müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1. və 740.2.-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmışdır. Belə ki, MMnin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə cavabdehin izahatını və iş materiallarında olan qəbzi əsas götürərək belə qənaətə gəlir ki, cavabdeh yazılı qəbzlə borclu olmasını etiraf etmişdir. O, iki il müddətində hər ay 800 manat pul ödəməsini bildirsə də, bu barədə msübut məhkəməyə təqdim etməmiş, işin digər halları ilə bu hal təsdiq olunmamışdır. Bundan başqa 136 manat məhkəmə rüsumu və 300 manat vəkilə ödənilmiş məbləğ öz təsdiqini tapdığına görə həmin hissədə də tələb təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, belə hüquqi nəticəyə gəlir ki, 13000 manat borc pul, 300 manat vəkil xidmət haqqı, 136 manat ödənilmiş dövlət rüsumu, cəmi 13436 manat pulun Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 13000 manat borc pul, 300 manat vəkil xidmət haqqı, 136 manat ödənilmiş dövlət rüsumu, cəmi 13436 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-775/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-775/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver