Məhkəmə qərarları › İş №2(050)-80/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-80/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-80/2025 13.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: O, Cavabdeh 13 mart 2023-cü il tarixdə 3500 manat əlbəəl, həmin gün axşam saatlarında 1170 manat kart vasitəsilə, 01 aprel 2023-cü il tarixdə kart vasitəsilə 100 manat, 04 iyul 2023-cü il tarixdə kart vasitəsilə 1000 manat, 10 iyul 2023-cü il tarixdə kart vasitəsilə 400 manat, 11 avqust 2023-cü il tarixdə kart vasitəsilə 250 manat, 30 sentyabr 2023-cü il tarixdə kart vasitəsilə 990 manat, 01 oktyabr 2023-cü il tarixdə isə əlbəəl 11000 manat, 02 avqust 2024-cü il tarixdə 1500 manat məbləğində borca pul vermişdir. Kart vasitəsilə ödənişləri təsdiq edən çıxarışları, əlbəəl nağd ödənişlərlə bağlı cavabdehin ona öz xətti ilə verdiyi qəbzlərin surətlərini sübut kimi iddia ərizəsinə əlavə etmişdir. Sonuncu borcu Elməddin onu aldadaraq əldə etmişdir. Belə ki, ona torpaq məsələsinin olmasını demişdir. Oradan 700000 manat məbləğində pul əldə edəcək və ona olan bütün borclarını qaytaracaqdır. Ona görə də cavabdehə sənədlərin hazırlanması üçün 1500 manat məbləğində pul lazımdır. Pulu göndərməyinə baxmayaraq ona olan borclarını qaytarmamışdır. Daha sonra ona alqı satqı işinin alınmadığını bildirmişdir. Həmçinin sonuncu 1500 manat puldan isə 500 manat hissəsini qaytarmışdır. İddiaçının tələbi: Cavabdeh 19410 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu əvəzində 148 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh 18910 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu əvəzində 148 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin telefonla əlaqə saxlayaraq məhkəmə iclasına üzrlü səbəbdən gələ bilmədiyini bildirmiş, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Lakin əvvəlki məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, Elməddinlə uzun müddət aralarında borc münasibətləri olmuşdur. Mütəmadi olaraq Elməddin ondan müxtəlif səbəblərə görə borca pul almışdır. İddia ərizəsində göstərdiyi məbləğlərdəki pulları isə borc kimi almasına baxmayaraq geri qaytarmamışdır. Həmçinin 3500 manat pulu Elməddin ondan Ruhid üçün borc kimi aldığını demiş, lakin o Ruhid adlı şəxsi tanımamışdır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, əlyazmalardakı yazı və imzalar ona məxsusdur. Lakin pul ona deyil Ruhidə verilmişdir. İddiaçı pulu kart hesabına köçürmə vasitəsilə icra edir, lakin borcu geri alarkən əlbəəl verilməsini tələb edir və ya digər şəxsə məxsus kart hesabına atdırır və ödənişlərə dair hər hansı bir qəbz təqdim etmir. Ruhidə borca pul götürmək üçün birlikdə Sumqayıtda Univermağın yanında Aygünlə görüşmüş, sonuncu pulun 1500 manatını orada vermiş, qalan hissəsini isə əlbəəl öz evində vermişdir. Ümumilikdə 3500 manat dostu Ruhidə görə borc almışlar. Borc Ruhidin borcu olmuşdur. Həmin pula onun aidiyyəti olmamışdır. Ruhid ilk 3 ay 450 manatdan ödəniş etmişdir. Bundan əlavə özünün də Aygünə 3000 manat borcu olmuşdur. Belə olduqda Aygün ona 13 mart 2023-cü il tarixdə 3500 manat Ruhidin borcuna görə əlyazma qəbz imzalatmışdır. Bununla yanaşı 01 oktyabr 2023-cü il tarixdə isə Aygün onun bütün borclarını toplamış, yəni 3000 manat öz borcuna görə və 3500 manat isə Ruhidin borcuna görə, həmçinin bu pulların faizləri hesablanmaqla 11000 manat əlyazma qəbz yazdırmışdır. Həmin qəbzləri Ruhidin borcu ödənildikdən sonra cırıb atacağını bildirmişdir. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçı onun bibisi nəvəsidir. Elmədini Aygünün vasitəsilə pul münasibətləri ilə bağlı qiyabi olaraq tanımışdır. Elməddin onlara bankdan pul götürməkdə köməklik göstərməli idi. Bu məqsədlə ilk dəfə Aygündən pul almış, daha sonra Aygünlə münasibətləri inkişaf etmiş və şəxsi məqsədlərlə də borca pul almışdır. Elməddin özündən əlavə Ruhid adlı şəxs üçün də Aygündən 3500 manat borca pul götürmüşdür. Borc münasibətlərində birbaşa iştirak etməmiş, lakin mütəmədi olaraq Aygün ondan Elməddinə borc vermək üçün pul istəmişdir, həmçinin Elməddinin borcunu qaytarmadığı barədə aralarında söhbətlər olmuşdur. Aygün heç vaxt heç kimə faizə borc verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Elməddin onun tanışıdır. Aygünü Elməddinin vasitəsilə faizə pul verən kimi tanımışdır. Evin sənədlərini düzəltmək üçün borca pul lazım olduğundan Elməddin Aygündən 1500 manat borca pul istəmiş, istifadəsində olan nəqliyyat vasitəsini sonuncunun həyətində qoyaraq 1500 manat borca pul götürmüşdür. Lakin sonradan işləri düz getmədiyindən həmin gün axşam əlavə 200 manat olmaqla, ümumilikdə 1700 manat məbləğində pulu Aygünə qaytarmışlar. Lakin Aygün maşını verməkdən imtina etmiş, Ruhidin borcunu verdikdən sonra maşını qaytaracağını bildirmişdir. Növbəti gün Elməddin ümumi borcdan 500 manat da ona ödəniş etmişdir. Qarşı tərəfin hərəkətləri ona qeyri-adekvat gəldiyindən ona zəng vurmuş və onun səsini yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Elməddin onun sinif yoldaşı olmuşdur. Aygünü də Elməddin vasitəsilə tanımışdır. Özü üçün 3000 manat borca pul lazım olmuş, Elməddin ona Aygünün faizə pul verdiyini deyib onları tanış etmişdir. Pulu Elməddin ilə birgə gedib götürmüşdür. 3000 manat faizə pul almış, həmin pulun 1350 manatını geri ödəmişdir. Pulu götürərkən nə özü, nə də ki Elməddin hər hansı bir qəbzə imza atmamışdır. Elməddinin deməsinə görə 500 manat Elməddin onun borcundan Aygünə ödəmişdir. Borcla bağlı Elmədinin ondan hər hansı bir tələbi olmamış, aralarında bu barədə danışılmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2023-cü il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 3500 manat borc pul almış, 1 ay ərzində borcunu qaytarmaq öhdəliyini götürmüşdür. xx.xx.2023-cü il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 11000 manat borc pul almış, 2 ay ərzində borcunu qaytarmaq öhdəliyini götürmüşdür. xx.xx.2024-cü il tarixli bank kartında köçürmə haqqında qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən istifadəsində olan kart vasitəsilə Cavabdeh 1500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı məxsus “Leobank” kartından çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 990 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1170 manat pul Cavabdeh istifadəsində olan kart hesablarına köçürülmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazmalardan müəyyən edilir ki, Cavabdeh İddiaçı öz borcunu ödəyib bitirdikdən sonra Ruhidin də pulunu verəcəyini bildirmiş, İddiaçı Cavabdeh onun Ruhidlə tanışlığının olmadığını, pulu ondan tələb edəcəyini bildirmiş, aralarında bu barədə razılaşma olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazmalardan müəyyən edilir ki, İddiaçı Şahid1lə olan telefon danışığında 1700 manat pulun ona verilməsini etiraf etmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 148 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin hallarından və iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında faktiki olaraq borc münasibətləri yaranmışdır. Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 13 mart 2023-cü il tarixdə 1170 manat kart vasitəsilə, 01 aprel 2023-cü il tarixdə kart vasitəsilə 100 manat, 04 iyul 2023-cü il tarixdə kart vasitəsilə 1000 manat, 10 iyul 2023-cü il tarixdə kart vasitəsilə 400 manat, 11 avqust 2023-cü il tarixdə kart vasitəsilə 250 manat, 30 sentyabr 2023-cü il tarixdə kart vasitəsilə 990 manat, 02 avqust 2024-cü il tarixdə 1500 manat məbləğində (cəmi 5410 manat) borca pul verilmiş, həmin borcdan ayrı-ayrı vaxtlarda 2 dəfə 500 manat və 1700 manat iddiaçıya geri qaytarılmışdır. Hazırda cavabdehin 2710 manat borcu qalmışdır. Bu hal iş materiallarına əlavə edilmiş səs yazılarla və təqdim edilmiş pul köçürmələrinə dair qəbzlərlə sübuta yetirilir. Həmçinin iddiaçının iştirakı ilə həmin səs yazılar dinləndikdən sonra İddiaçı 1700 manat pulun geri qaytarıldığını etiraf etmişdir. Bununla yanaşı pul köçürmələrinə dair qəbzlərdə olan “O.Balazair” adlı kart hesabının Cavabdeh istifadəsində olduğunu hər iki tərəf isə ayrıayrılıqda təsdiq etmişlər. Səs yazılarda Cavabdeh İddiaçı borclu olduğunu etiraf etməklə yanaşı borcunu maddi vəziyyəti düzəldikdə ödəyəcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən borc məbləğləri 3000 manatdan yuxarı olmadığından müqavilənin yazılı bağlanmaması mülki qanunvericiliyin tələblərinə zidd deyil və müqavilənin etibarsızlığı üçün hər hansı bir əsas yoxdur. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada şifahi borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı cavabdehə borca pul vermiş, cavabdeh borcu qaytarmamaqla müqavilə öhdəliklərini pozmuşdur. Həmçinin mülki iş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən imzalanmış yazılı qəbzlərlə cavabdehin iddiaçıdan 3500 manat və 11000 manat məbləğində pul alması göstərilmişdir. Cavabdeh həmin borc məbləğinin ona aid olmamasını, dostu Ruhidə 3000 manat pulun borca verilməsi ilə bağlı 3500 manatlıq qəbzin olduğunu və özü ilə Ruhidin ümumi borcuna münasibətdə 11000 manatlıq qəbzə imza atdığını bildirsə də, bu halları məhkəmə iclasında sübuta yetirə bilməmiş, bunun əksi olaraq məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X4 Vəkilovadan borc alarkən nə özünün, nə də Cavabdeh qəbz imzalamadığını bildirmişdir. Bundan başqa tərəflər arasında bağlanmış 3500 manat və 11000 manat pulun borc kimi verilməsinə iddia edilsə də məhkəmə hesab edir ki, qeyd edilən münasibətlər üzrə iddia edilən borc məbləği 3000 manatdan yuxarı olduğundan borc münasibətləri kimi qiymətləndirilə bilməz. Bununla belə, cavabdehin iddiaçıdan 3500 manat və 11000 manat pul almış olması yazılı qəbzlərlə və qarşı tərəfin qismən etirafedici izahatlarına əsasən öz təsdiqini tapmışdır. Cavabdeh məhkəmə iclaslarında qəbzdəki imzaların ona aid olduğunu, həmçinin ona qarşı hansı bir təsir olmadan həmin qəbzləri öz iradə ifadəsi ilə imzaladığını bildirmiş, pulun faizə verilməsi ilə bağlı, həmçinin geri qaytarılması ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə bu hissədə əsassız varlanmaya dair maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən öhdəliyin yaranma əsaslarından biri də əsassız varlanmadır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Yuxarıda göstərilən qanunvericilik normalarına əsasən, 3500 manat və 11000 manat pul cavabdehdən alınaraq iddiaçıya geri qaytarmalıdır. Beləliklə Cavabdeh ümumilikdə 17210 (on yeddi min iki yüz on) manat İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 148 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 17210 (on yeddi min iki yüz on) manat, dövlət rüsumuna görə ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar