Məhkəmə qərarları › İş №2(050)-804/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-804/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-804/2024 07.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 25000 manat məbləğində pulun və dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin noyabr ayında əvvəllər tanıdığı Masallı rayon sakini Cavabdeh ona yaxınalaşaq borcu olduğundan pula ehtiyacı olduğunu və yaxın vaxtlarda qaytaraçağını bildirmişdir. Ona inandığından onunla razılaşmış və borcu ona yalnız müqavilə ilə verə biləçəyini bildirmişdir, oda onunla razılaşmışdır. xx.xx.2022-ci ildə borc müqaviləsi bağlayaraq Rəşada 25.000 manat borc vermişdir. Müqavilə bağlayarkən aralarında belə razılaşmışlar ki, həmin pulu Rəşad ona 6 aya qaytaraçaqdır. Lakin Cavabdeh ondan aldığı pulu həmin tarixə geri qaytarmamışdır. Müqavilə üzrə götürmüş öhdəliklərini cavbadeh pozduğundan bir neçə dəfə telefon danışıqları olmuş, lakin heç bir nəticəsi çıxmamışdır. Odur ki, cavabdehə verdiyi xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 25.000 manat pulun və dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq göstərmişdir ki, onun rəsmi qaydada verdikləri iş üzrə mühüm əhəmiyyətə malik olduğundan onların hər biri ayrı-ayrılıqda araşdırılmalı və hüquqi qiymət verilməlidir. Belə ki, o, İddiaçı rayonda yüksək faizlə faizə pul verən biri kimi tanımışdır. Təxminən iki il öncə ona təcili pul lazım idi. Həmin vaxt o, İddiaçı zəng edib, ondan 6 (altı) aya qaytarmaq şərti ilə 4.000 (dörd min) manat istəmişdir. O, hər 1.000 (min) manata görə əlavə olaraq ondan 300 (üç yüz) manat əlavə faiz alacağını bildirmişdir. O, məcbur olduğu üçün İddiaçı dediyi şərtlə razılaşmışdır. Yəni, o, 4.000 (dörd min) manata görə İddiaçı əlavə olaraq 1.200 (min iki yüz) manat əlavə faiz verməli idi. Beləliklə o, İddiaçı 6 (altı) ay müddətində hər ay 867 manat olmaqla ümumilikdə 5.200 (beş min iki yüz) qaytaracağı barədə razılaşmışlar. O, İddiaçı ilə 4.000 (dörd min) manata görə iki vərəqdən ibarət və bir nüsxə olmaqla xx.xx.2022-ci il tarixli borc müqaviləsi bağlamışlar. Həmin müqaviləni hər iki vərəqi borc verən və borc alan tərəfindən imzalandı. Müqavilənin şərtlərinə uyğun olaraq o, hər ay İddiaçı vaxtı-vaxtında pul ödəmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə sonuncu qalığ pulu verəndə İddiaçı ona demişdir ki, ondan 25000 manat almışdır. İddiaçı 5.200 manatını vermişdir. Hazırda ona 19800 manat borcu qalır. İddiaçı demişdir ki, ondan 4.000 (dörd min) manat pul almışdır və həmin məbləğdən əlavə olaraq 1.200 manat faiz qaytarmalı idi. O, İddiaçı 5200 manat verməklə öz öhdəliyini yerinə yetirmiş olmuşdur. Bundan sonra İddiaçı verəcək borcu qalmadığını qeyd etmişdir. Bu sözlərdən sonra o, İddiaçı ilə ayrılmışdır. Bu söz-söhbətin üzərindən iki ilə yaxın vaxt keçəndən sonra İddiaçı onu məhkəməyə vermişdir. O, dərhal Masallı Rayon Məhkəməsinə yaxınlaşıb iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin surətini əldə etmişdir. İddia ərizəsinə əlavə edilmiş borc müqaviləsi saxtalaşdılrıldığı üçün hazırki iş üzrə sübut kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, yuxarıda da qeyd etdiyi kimi o, X4 Hüseynov arasında xx.xx.2022-ci il tarixdə iki vərəqdən ibarət borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin hər iki vərəqi borc verən və borc alan tərəfindən imzalanmışdır. Ancaq İddiaçı məhkəməyə təqdim etdiyi borc müqaviləsinin birinci vərəqində heç bir tərəfin (borc verən və borc alan) imzası yoxdur. Belə olan halda həmin müqavilə saxtalaşdırıldığı üçün onun hüquqi əsası yoxdur və sübut kimi qəbul edilməsi yolverilməzdir. Bundan başqa, həmin borc müqaviləsi İddiaçı tərəfindən saxtalaşdırıldığı üçün onun məsuliyyətə cəlb edilməsi vacibdir. Bütün bunlardan sonra o, öyrənmişdir ki, İddiaçı neçə şəxsə qarşı buna bənzər hərəkətləri olmuşdur. Hətta belə əməllərə görə onunla bağlı hüquq mühafizə orqanlarına dəfələrlə şikayətlər edildiyi deyilir. Qeyd edilənlərə və mövcud qanunvericiliyin tələblərinə əsasən İddiaçı iddia ərizəsini rədd etmək, həmçinin onun məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş gəlmək istəyib istəməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının teleqramını nəzərə alıb, cavabdehin vəsatətini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 25000 manat məbləğində pulu borc vermiş, cavabdeh aldığı borc məbləğini 6 ay müddətində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2024-cü il tarixli, 5/649 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş xx.xx.2022-ci il tarixli borc müqaviləsinin (i.v 49) üzərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 168 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, iddia təmin edildiyindən qeyd olunan məbləğ də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilərək cavabdehdən 25000 manat məbləğində pul vəsaiti, ödənilmiş 168 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 25168 manat alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 25000 manat məbləğində pul vəsaiti, ödənilmiş 168 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 25168 (iyirmi beş min yüz altımış səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar