Məhkəmə qərarları › İş №2(050)-81/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-81/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-81/2024 16.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə. İddiaşı İddiaçı Cavabdeh qarşı mərhum əri Vurğun Əliyevə məxsus Rusiya Federasiyasında icarəyə götürdüyü mağazada olan geyim mallarının dəyəri olan 1000 000 Rus Rublu və ya 20000 manat, 583 əyyarlı, 4.2 qram çəkidə, 0.2 karat nişan üzüyü və ya onun dəyəri olan 420 manat, 35 qram qızıl bilərzik və ya onun dəyəri olan 3000 manat və 50 qram çəkidə boyunbağı və ya onun dəyəri olan 4500 manat, “Samsung Galaxy A” markalı mobil telefon, “Samsung” markalı Notebook komputeri və mənəvi ziyana görə ödənilmiş 900 000 Rus Rublu və ya 18000 manat, hər ay cavabdehin mərhum əri ilə şərik işlətmiş olduğu restorandan əldə etdiyi gəlirin yarısı 150 000 Rus Rublu və ya 3000 manat, mərhum əri X1 ölüm haqqında şəhadətnaməsinin bir nüsxəsi, geyim, elektronik və digər şəxsi əşyaları, ödənilmiş dövlət rüsumu tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Nümayəndə1 qarşı 5100 ABŞ dolları məbləğində pulun, Cavabdeh qarşı mərhum əri Vurğun Əliyevə məxsus Rusiya Federasiyasında icarəyə götürdüyü mağazada olan geyim mallarının dəyəri olan 1000 000 Rus Rublu və ya 20000 manat, 583 əyyarlı, 4.2 qram çəkidə, 0.2 karat nişan üzüyü və ya onun dəyəri olan 420 manat, 35 qram qızıl bilərzik və ya onun dəyəri olan 3000 manat və 50 qram çəkidə boyunbağı və ya onun dəyəri olan 4500 manat, “Samsung Galaxy A” markalı mobil telefon, “Samsung” markalı Notebook komputeri və mənəvi ziyana görə ödənilmiş 900 000 Rus Rublu və ya 18000 manat, hər ay cavabdehin mərhum əri ilə şərik işlətmiş olduğu restorandan əldə etdiyi gəlirin yarısı 150 000 Rus Rublu və ya 3000 manat, mərhum əri X1 ölüm haqqında şəhadətnaməsinin bir nüsxəsi, geyim, elektronik və digər şəxsi əşyaları, ödənilmiş dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Daha sonra İddiaçı nümayənəsi ərizə təqdim edərək Nümayəndə1 qarşı 5100 ABŞ dolları məbləğində pul tələbindən imtina etdiyini bildirmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının qaynıdır. O, cavabdehin qardaşı X5 ilə el adəti qaydasında toy etməklə ailə həyatı qurmuş, xx.xx.2015ci il tarixdə rəsmi nikah bağlamışlar. Birgə nikahdan xx.xx.2014-cü ildə X6 və xx.xx.2016-cı ildə X7 adlı uşaqları doğulmuşdur. X5 xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasında öldürülmüşdür. Əri Vurğun vəfat etdikdən təxminən 4 ay sonra qaynatası X8 da vəfat etmişdir. Əri Vurğun qardaşı Nahid ilə birlikdə Rusiya Federasiyasında şərik olaraq restoran işlətmiş və aylıq qazancları təxminən ərinin dediyinə görə 300000-500 000 Rusiya Rublu arası olmuşdur. Eyni zamanda əri Vurğun Rusiya Federasiyasında icarəyə obyekt götürərək orada geyim mallarının satışı ilə məşğul olmuşdur. Vurğunun dediyinə görə həmin mağaza təxminən 80 kv.m olmaqla orada təxminən ******* Rus Rublu dəyərində geyim malları olmuşdur. Mərhm əri Vurğun 2021-ci ildə öldürüldükdən sonra cavabdeh olan qardaşı Nahid ondan mərhum ərinə məxsus olan malları və obyekti satacağını (miras qalmış əmlakları) və pulunu ona və övladlarına göndərəcəyini vədi ilə etibarnamə verməsini istəmişdir. Ona inanaraq etibarnamə vermişdir. Lakin cavabdeh ondan etibarnamə alıb Rusiya Federasiyasına getdikdən sonra ərindən qalmış əmlakı satıb mənimsəmiş, ona və övladlarına miras qalmış əmlakdan heç nə göndərməmişdir. Cavabı isə guya qardaşından qalmış müəyyən işlərin görülməsi üçün həmin pulları xərcləmişdir. Həmçinin mərhum əri Vurğun Rusiya Federasiyasında yaşadığı zaman ona məxsus bir çox qızıl-zinət əşyaları olmuşdur ki, cavabdeh həmin qızıl-zinət əşyalarını da mənimsəmişdir. Qızıl-zinət əşyaları - 583 əyyarlı, 4.2 qram çəkidə, 0.2 karat və dəyəri 420 manat olan nişan üzüyü, 35 qram dəyəri 3000 manat olan qızıl bilərzik və 50 qram çəkidə dəyəri 4500 manat olan qızıl sep olmuşdur. Həmçinin ərinə məxsus geyim və digər şəxsi əşyalar da olmuşdur. Eləcə də mərhum ərini öldürmüş şəxsə hökm oxunduğu zaman hökmdə məhkəmə Vurğuna məxsus olmuş “Samsung Galaxy A” markalı mobil telefonun cavabdehə geri qaytarılmasını və 900 000 Rus Rublu dəyərində pulun Nahidə verilməsini hökm etmişdir. Həmçinin Vurğunun 1000 manat dəyərində olan Samsung markalı Notbuku da cavabdeh Nahiddə qalmışdır, həmin notbukda bu günə kimi ona qaytarılmamışdır. Cavabdeh ərinə məxsus olmuş nə geyim, nə qızıl-zinət, ne elektronik, nə də digər şəxsi əşyalarını ona və balalarına qaytarmamış, hökmdə göstərilən mobil telefonu və pul məbləğini bu günə kimi onlara verməmişdir. Yuxarıda sadalananların hamısı mərhum əri Vurğunun ailəsi olaraq onun və iki övladının haqqıdır. Eləcə də cavabdeh, mərhum əri X3 məxsus ölüm haqqında şəhadətnaməni Rusiya Federasiyasında almışdır. Lakin həmin ölüm haqqında şəhadətnamənin bir nüsxəsini ona vermir, bu isə azyaşlı övladlarının hüquqlarını pozur, çünki müəyyən hüquqmüəyyənedici sənədlərin alınmasında onlara çətinliklər yaranır. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçının mərhum əri onun qardaşı olmuşdur. O, qısa müddət ərzində Rusiya Federasiyasının Arxangelsk şəhərində onunla bir yerdə yaşasa da, sonradan Solomblo rayonuna gedib, orada yaşamışdır. Orada İman adlı şəxslə şərikli icarəyə kafe götürüb işlətmək istəmiş, lakin kafeni açandan sonra pandemiya olduğundan işlədə bilməmiş, alınmış mallara, inventarlara, icarə haqqı ilə bağlı borcları yaranmışdır. Mərhum Vurğunun şəriki olan İman adlı şəxs vəfat etdiyindən bütün borclar Vurğunun üzərində qalmışdır. Vurğunun ölümündən sonra isə onun borclu olduğu şəxslər gəlib onun borcunu qardaşı kimi ondan tələb etmişlər. Məcburiyyət qarşısında qalıb Vurğunun borclarından ödəməli olmuşdur. Qeyd olunan borcun bir hissəsi hələ də ödənilməmişdir. Hətta İddiaçı ona və qardaşı Nümayəndə1 qarşı bundan əvvəl verdiyi pul tələbinə dair başqa bir işdə gətirdiyi Hikmət adlı şahid də mərhumun Şıxlar kəndindən olan Elşad adlı şəxsə borcu olmasını etiraf etmişdir. Belə vəziyyətdə necə ola bilər ki, onun iddiaçının göstərdiyi pul və gəlirləri olmuş olsun? Cavabdeh həmçinin məhkəməyə ərizə təqdim edərək, mərhum qardaşına məxsus olmuş “Samsung Qalaxy A” markalı mobil telefonun onda olmasını bildirmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən gprünür ki, X5 ilə İddiaçı xx.xx.2015-ci il tarixdə 416№-li akt qeydi ilə rəsmi nikah bağlamışlar. Ölüm haqqında şəhadətnamənin görünür ki, X5 2 yanvar 2021-ci ildə Rusiya Federasiyasının Axangelsk vilayətində ölmüşdür. Masallı ASAN Xidmət mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh onu, Rusiya Federasiyasının bütün idarə, müəssisə, təşkilatlarında, və qeyri-dövlət orqanlarında, Banklarda, o cümlədən, Rusiya Federasiyasının Federal Miqrasiya Xidməti idarəsində, Daxili İşlər Nazirliyində, MFÇ- də, VVAQ şöbələrində, Notariat kontorlarında, Təhsil Nazirliyində və ona tabe olan qurumlarda, Uşaq bağçalarında və məktəblərdə,Tibb müəssisələrində, Xəstəxanalarda, kooperativ və ictimai təşkilatlarda və digər adiyyatı orqanlarda onun adından, az yaşlı qızı xx.xx.2014- cü il təvəllüdlü X6 ilə əlaqədar nümayəndəsi olaraq, lazımı qurumlara sənədlərin təhvil verməyi və almağı, hər hansı formada ərizə verməyi, imza etməyi, işləri aparmağı, az yaşlı qızı X4 qeydiyyatdan çıxarmağı, lazımı gəldikdə qeydiyyata salmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh etibar etmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 268 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Mülki Məcəllənin 1159.1. və 1159.1.1.-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəlləsinin 1243.2. və 1243.3.-cü maddələrinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş hesab edilir. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh “Qalaxy A” markalı mobil telefonun onda olmasını ərizəsi ilə etiraf etmişdir. Həmin mobil telefon mərhum Vurğun Əliyevə məxsus olmuşdur. İddiaçı və uşaqları birinci növbə vərəsə hesab olunurlar. Çinarə X2 miras əmlakı faktiki olaraq qəbul etmişdir. Ona görə də həmin mobil telefon və ya dəyəri Cavabdeh alınaraq iddiaçı Nümayəndə1aya verilməlidir. Məhkəmə mərhum Vurğun Əliyevin öldürülməsi ilə bağlı mənəvi ziyana görə cinayət işi üzrə məhkəmə hökmü ilə təqsirləndirilən şəxsdən hüquqi varis kimi cinayət işində iştirak edən Cavabdeh 900000 rubl və ya 18000 manat pul ödənilməsi və həmin pulun vərəsə kimi İddiaçı tərəfindən tələb olunmasına münasibətdə xüsusilə aşağıdakıları qeyd edir: Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı-ayrılıqda da müəyyən edilə bilər. Göründüyü kimi, Cavabdeh qardaş kimi özünün mənəvi iztirab və sarsıntılarına görə mənəvi ziyanla bağlı Rusiya Federasiyasında cinayət işinə baxılarkən mülki iddia qaldırmaq hüquqdan yararlanmışdır. Həmin hüquq müstəsnalıq xarakteri daşıyır və 900000 rubl mənəvi zərər Nahidin şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyi üçün, mərhum Vurğun Əliyevdən miras qalmış əmlak kimi qiymətləndirmısi mümkün hal deyil. Məhkəmə digər iddia tələblərinə münasibətdə qeyd edir ki, həmin tələblər heç bir sübuta əsaslanmır, tələblər iddiaçı tərəfin özünün mülahizələrinə əsasən verilmişdir. Ona görə də məhkəmə hər bir tələbin ayrı-ayrılıqda qiymətləndirilməsinə əsas görmür və həmin tələbləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “Samsung Qalaxsy A” markalı mobil telefon və ya dəyəri 500 manat pul, dövlət rüsumuna 30 manat alınaraq İddiaçı ödənilsin. İddia Rusiya Federasiyasında icarəyə götürdüyü mağazada olan geyim mallarının dəyəri olan 1000 000 Rus Rublu və ya 20000 manat, 583 əyyarlı, 4.2 qram çəkidə, 0.2 karat nişan üzüyü və ya onun dəyəri olan 420 manat, 35 qram qızıl bilərzik və ya onun dəyəri olan 3000 manat və 50 qram çəkidə boyunbağı və ya onun dəyəri olan 4500 manat, “Samsung” markalı Notebook komputeri və mənəvi ziyana görə ödənilmiş 900 000 Rus Rublu və ya 18000 manat, hər ay cavabdehin mərhum əri ilə şərik işlətmiş olduğu restorandan əldə etdiyi gəlirin yarısı 150 000 Rus Rublu və ya 3000 manat, mərhum X1 ölüm haqqında şəhadətnaməsinin bir nüsxəsi, geyim, elektronik və digər şəxsi əşyalar tələblərinə münasibətdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar