Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-814/2024 03.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 4200 manat məbləğində pulun və 62 manat ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddət ki, tanıyır və onunla bir neçə dəfə qızıl alqı-satqısı olmuşdur. O özünə və övladlarına məxsus qızılları cavabdehə satmış, cavabdeh də satdığı qızılların pulunu hissəli ödənişlərlə ona vermişdir. 2022-ci ilin mart ayında cavabdeh ona zəng edərək qızıl almaq istədiyini bildirmişdir. O da 55 qramlıq kordinal sepinin olduğunu və 4200 manata satacağını bildirmişdir. Cavabdeh sepi görmək istəmiş və o da göstərmişdir. Sepi bəyənib ondan almış və 4200 manata razılaşmışlar. Pulunu isə bir aya verəcəyini bildirdikdə o da etiraz etməyərək razılaşmışdır. Bir ay keçdikdən sonra cavabdehdən pulunu istəsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehlə dəfələrlə telefon danışıqları olmuş, borcunu ona etiraf etmiş, ona vaxt verməyini istəmişdir. Dəfələrlə cavabdehə vaxt verilməsinə baxmayaraq onu aldatmışdır. Məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahatında göstərdi ki, iddia ərizəsində qeyd etdiyi kimi əvvəllər cavabdehlə aralarında dəfələrlə qızıl-zinət əşyalarının alqı-satqısı olmuş, hətta 2021-ci ildə cavabdehin ona 12000 manatdan çox borcu olmuş, mübahisəli sepi aldıqdan sonra ona 7600 manat borcu olmuş və həmin borcundan da hissə-hissə ödənişlər edərək 4200 manat borcu qalmışdır. 4200 manatdan 200 manatını cavabdehin yeni aldığı evinə hədiyyə kimi versə də, hazırda hədiyyədən imtina edir. Bundan əlavə cavabdeh və qızı Şəfa tərəfindən müxtəlif vatlarda ona və oğlanlarına köhnədən olan borclarına görə 5200 manat məbləğində pul verilmiş, lakin həmin pulun cavabdehin sepə görə ona borclu olduğu pula aidiyyatı olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən də, İddiaçı əvvəllər şəxsi istifadəsi və ailəsi üçün qızıl-zinət əşyaları almış və pulunu hissə-hissə vermişdır. 2021-ci ilin iyul ayında iddiaçı ona zəng edərək tanışı Ədilə Nəzərovanın adına bankın girovunda ona məxsus “Kordinal” adlı sepi olduğunu, girovdan çıxartmaq üçün pulu olmadığını, istəyərsə banka 1600 manat ödəyib götürə biləcəyini demişdir. O da qızı Şəfaya zəng edərək İddiaçı ucuz qiymətə qızıl sep olduğunu, istəsə ona ala biləcəyini bildirmişdir. Qızı Şəfa onunla razılaşıb bank kartına 1500 manat pul göndərərək həmin sepi onun üçün almasını xahiş etmişdir. Bundan sonra o, iddiaçıya 1500 manat vermiş, sonuncu da həmin pulun üstünə 100 manat əlavə edib sepi bankdan götürmüşlər. İddiaçı ilə sepi 1600 manata razılaşsa da, girovdan çıxartdıqdan sonra həmin sepin qiymətinin 4200 manat olduğunu ona demişdir. O da məcbur olub iddiaçıya qalan pulu hissə-hissə ödəyəcəyini, lakin qızı Şəfaya sepin 4200 manat olduğunu dememəsini xahiş etmişdir. Eyni zamanda ona məxsus pensiya kartı iddiaçıda olmuş və sonuncu onun əvvəllər nisyə aldığı qızıllara görə kartından hər ay pul götürmüşdür. Lakin, mübahisəli sepi alarkən onun iddiaçıya 7600 manat borcu olmamışdır. Mübahisəli sepi iddiaçıdan aldıqdan sonra qızı Şəfa və onun tərəfindən iddiaçıya ümumilikdə 5200 manat pul ödənilmiş və hazırda onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçının ona qarşı olan tələbi tamamilə əsassızdır. Ona görə də, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 məhkəmə iclası zamanı iddianı qəbul etməyib, Cavabdeh ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxslər X5 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, anası Gülarə əvvəllər İddiaçı nisyə və nəğd qızıl-zinət əşyaları almışdır. 2021-ci ilin iyul ayında anası ona zəng edərək iddiaçıya məxsus “Kordinal” qızıl sepin bankda girovda olduğunu, həmin sepi 1500 manata satdığını, lakin girovdan çıxartmaq üçün pulu olmadığını, istəsə onun üçün ala biləcəyini bildirmişdir. O da razılaşaraq sepi almaq üçün anasının kartına 1500 manat pul göndərmiş və anası sepi almışdır. Lakin, sonradan anasının iddiaçı ilə danşığından məlum olmuşdur ki, həmin sepi iddiaçı anasına hissə-hissə ödəmək şərti ilə 4200 manata satmışdır. Həmin ərəfələrdə iddiaçı ondan borca pul istəmiş və o da iddiaçıya 1050 manat göndərmişdir. Sonradan iddiaçı həmin pulu ona qaytarmayaraq anasının sepə görə borclu qaldığı puldan çıxdığını bildirmişdir. Həmçinin anası iddiaçıdan sepi aldıqdan sonra iddiaçının özünə və oğlanlarına müxtəlif vaxtlarda ümumilikdə 5200 manat pul vermişlər. İş materiallarına əlavə edilmiş saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktlardan görünür ki, 500 əyyarlı, 39,4 qramlıq sep kordinal müxtəlif vaxtlarda X5 tərəfindən "xxxx" ASC-yə girova qoyulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək göndərilən pul köçürmələrindən görünür ki, X2 tərəfindən 16 avqust 2021-ci il tarixdə İddiaçı 1050 manat və Cavabdeh tərəfindən 14 fevral 2022-ci il tarixdə İddiaçı 250 manat pul göndərilmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi Cavabdeh ona 4200 manat məbləğində pul borclu olmasını sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlə aralarında bir neçə dəfə qızıl alqısatqısı olduğunu, özünə və övladlarına məxsus qızılları cavabdehə satmasını, cavabdehin də aldığı qızılların pulunu hissəli ödənişlərlə ona verməsini, 2022-ci ilin mart ayında cavabdehin ona zəng edərək qızıl almaq istədiyini bildirməsini, onun da 55 qramlıq kordinal sepinin olduğunu və 4200 manata satacağını, cavabdehin sepi bəyənib ondan almasını və 4200 manata razılaşdıqlarını, pulunu isə bir aya verəcəyini, bir aydan sonra cavabdehdən pulunu istədikdə ondan əlavə vaxt istəməsini, cavabdehlə dəfələrlə telefon danışıqları aparmasını və sonuncunun ona borcunu etiraf etməsini, lakin hal-hazıradək ona olan borcunu qaytarmamasını göstərsə də, məhkəmə iclası zamanı vermiş olduğu izahatında cavabdehin ondan sepi aldıqdan sonra ümumilikdə ona 7600 manat borcu olmasını, həmin borcundan hissə-hissə ödənişlər edərək 4200 manat borcu qalmasını, 4200 manatdan 200 manatını cavabdehin yeni aldığı evinə hədiyyə kimi verməsini, hazırda isə hədiyyədən imtina etməsini bildirmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsində və məhkəmədə vermiş olduğu izahatında bir-birindən fərqli sübutlara istinad edərək öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmçinin, iddiaçı məhkəmədə vermiş olduğu izahatında cavabdeh və qızı tərəfindən ona və oğlanlarına ümumilikdə 5200 manat məbləğində pul verilməsini etiraf etmişdir. Məhz bu səbəblərdən də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 62 manat dövlət rüsumu özünə aid edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı 4200 manat məbləğində pul və 62 manat dövlət rüsumu tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 4200 manat məbləğində pul və 62 manat dövlət rüsumu tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-814/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-814/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver