Məhkəmə qərarları › İş №2(050)-828/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-828/2023

28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-828/2023 28.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1, Aslanzadə Ramin Sakit oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştrakları ilə, İddiaçının Cavabdeh ziyan ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçının Cavabdeh ziyan ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, bildirdi ki, iş üzrə mübahisə məhkəmədən kənar həll edilərək Cavabdeh 2080 manat ziyanı tələb edib. Lakin həmin ziyandan Cavabdeh iddiaçıya 400 manat pul ödəyib. Qalan 100 manatı isə aprel ayının 20-nə qədər ödəyəcəyini söz verib. Odur ki, göstərilənləri nəzərə alaraq mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, iddiaçıya 400 manat ödənilib qalan 100 manat isə aprel ayının 20-dək ödəniləcəkdir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçının icraata xitam verilməsi barədə ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq hesab edir ki, iddiaçı iddiadan imtina edərək bu barədə məhkəməyə ərizə təqdim etmiş, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir və tərəflərin hüququnu pozmur, buna görə də iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməli, eyni zamanda iddiaçıya iddiadan imtina etmənin hüquqi nəticələri izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İddiaçının Cavabdeh ziyan ödənilməsi tələbinə dair iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar