Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-841/2025 06.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı iştirakları ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Cavabdeh 2023-cü ilin avqust ayında ondan 2000 manat borc pul istəmiş, pulu sentyabr ayının 3-də qaytaracağını bildirmişdir. Həmin vaxt yanında bibisi Şahid2 və Könül adlı qonşusu olmuşdur. İddiaçı pulu onların yanında Səadət Yusifovaya vermiş, sonuncu pulu razılaşdıqları vaxtda qaytarmadığından iddiaçı dəfələrlə ondan pulu tələb etmiş, lakin hər dəfə cavabdeh müxtəlif bəhanələr gətirmişdir. Cavabdeh tərəfindən borcdan 300 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən cavabdehin onu aldatması barədə Masallı RPŞ-yə müraciət edilmişdir. Masallı RPŞ-də araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməli olması bildirilmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının tələbi: Cavabdeh 1700 manat, ödənilmiş dövlət rüsumu əvəzində 37 manat və iddia ərizəsinin tərtibi ilə bağlı 30 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə qohumluq əlaqələri vardır. 2023-cü ilin avqust ayında ona 2000 manat borca pul vermiş, cavabdeh borcunu qısa müddətə qaytaracağını bildirsə də, sonradan müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Aldığı borcdan cəmi 300 manat qaytarmış, hazırda 1700 manat borcu qalmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşı qızıdır. Cavabdeh Təranənin ona borc verdiyi vaxt görüb tanımışdır. İddiaçı Cavabdeh 2000 manat məbləğində pulu Masallı şəhəri, İsgəndərli körpüsü tərəfdə poçtun yanında vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. Davamlı olaraq birgə lotereya təşkil edir və Təranə də ona qoşulmuşdur. Lotereya üçün olan iki min manat pulu Təranəyə Masallı şəhəri, İsgəndərli körpüsü tərəfdə poçtun yanında vermiş, o isə pulu Cavabdeh adlı şəxsə borca verəcəyini bildirmişdir. Həmin gün Təranənin yanında onun bibisi Şahid2 və bir az kənarda Cavabdeh olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: CD diskdə olan səs yazmalardan müəyyən edilir ki, Cavabdeh İddiaçı borcu olmasını etiraf etmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 37 manat dövlət rüsumu ödəmişdir. Ödəniş qəbzindən aydın olur ki, İddiaçı təyinatı xidmət haqqı olan 30 manat məbləğində ödəniş etmişdir. Tətbiq edilən hüquq: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, işin hallarından və iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında faktiki olaraq borc münasibətləri yaranmışdır. Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 2000 manat borca pul verilmiş, ümumi borcdan 300 manat iddiaçıya geri qaytarılmışdır. Hazırda cavabdehin 1700 manat borcu qalmışdır. Bu hal iş materiallarına əlavə edilmiş səs yazılarla və şahid ifadələri ilə sübuta yetirilir. Səs yazılarda Cavabdeh İddiaçı borclu olduğunu etiraf etməklə yanaşı borcunu maddi vəziyyəti düzəldikdə ödəyəcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, borc məbləği 3000 manatdan yuxarı olmadığından müqavilənin yazılı bağlanmaması mülki qanunvericiliyin tələblərinə zidd deyil və müqavilənin etibarsızlığı üçün hər hansı bir əsas yoxdur. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada şifahi borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı cavabdehə borca pul vermiş, cavabdeh borcu qaytarmamaqla müqavilə öhdəliklərini pozmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh İddiaçı 1700 (bir min yeddi yüz) manat alınaraq, İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin tərtibi ilə bağlı ödənilmiş 30 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1700 (bir min yeddi yüz) manat, dövlət rüsumuna görə ödənilmiş 37 (otuz yeddi) manat və iddia ərizəsinin tərtibi ilə bağlı ödənilmiş 30 manat alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-841/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-841/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver