Məhkəmə qərarları › İş №2(050)-849/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-849/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-849/2024 28.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 280 (iki yüz səksən) manat pulun, ödədiyi 30 (otuz) manat dövlət rüsumu məhkəmə xərci hesab olunduğundan Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu Ləngan kəndində yaşayır. Yoldaşı vəfat etmişdir. Himayəsində üç azyaşlı qız övladı var. Başqa gəlir yeri olmadığından onun və ailə üzvilərinin birgə mülkiyyətində olan pay torpaq sahəsində göyərti işi ilə məşqul olub üç az yaşlı qız övladını saxlamağa çalışır. Əkib becərdiyi göyərtini üç beş günlük bəzən alıcılara malı verib maddi dəyəri az olduğundan əlinə aldığı pulun dəyəri olsun deyə nisyə alver edərək sonradan pulnu alır. Bu onun dolanışığını təmin etməsə də, bundan başqa iş yeri olmadığından göyərtidən gələn gəliri ilə qız uşaqlarını kənddən kənar təhsildən qalmasın deyə Göytəpə şəhəri 1 nömrəli orta məktəbə yola salıb uşaqların maşın pullarını ən azı həmin gəliri ilə ödəməyə çalışır. Özü isə sosial ünvanlı yardım almır. Cavabdeh həmkəndli olduğundan səmimiyyətinə tam inanaraq hər dəfə nisyə malı verib sonradan pulunu almışdır. Cavabdeh ona sonuncu dəfə 2023-ci il tarixdə sentyabr-oktyabr aylarında 380 (üç yüz səksən) manat borclu qalmışdır. Cavabdehə zəng edərək pulunu verməsini istəmişdir. Cavabdeh dörd göz mersedes benz maşın olduğunu bildirib, onu satacağını və ona pul verəcəyini vəd edərək ondan əlavə vaxt istəmişdir. O, cavabdehin bu sözlərinə inanaraq maşının satmasını gözləmiş, cavabdehin maşın satdığını görüb başqa maşın alıb ona pul vermədiyini qohumları vastəsi ilə sifariş edərək pulunu verməsini tələb etmişdir. Səyyad hər dəfə başqa bəhanələr gətirərək Bakı səhərinə mal göndərib pulunu verəcəyini bildirsə də, Səyyad cəmi ona 100 (yüz) manat kartına pul ataraq qalan pulunu latariya oynadığını və ondan sonra verəcəyini bildirmişdir. Sonradan Səyyadın ona telefon açmadığını görüb, yalan danşdığını görmüşdür. Bununla da, DİN 102 xidmətinə cavabdehin onu aldatdığını pulunu vermədiyini üç azyaşlı atasız qız uşağına baxdığını söyləmişdir. Masallı rayon Polis şöbəsinə cavabdeh dəvət olunaraq izahatı alındı və oradan ona bildirmişlər ki, cavabdehin izahatın məhkəmə sorğusu əsasında veriləcəyi və mülki iş olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Səyyadın ona borclu olması barədə kifayət qədər şahid və sübutları vardır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasına xahiş etdi. Əlavə olaraq bildiridi ki, cavabdeh və o nisyə aldığı məhsulların qeydiyyatını aparmışlar. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, iddiaçı onun qızıdır. Qızı Masallı rayonu Ləngan kəndində yaşamaqla həyətində göyərti əkməklə məşğul olur. Əkdiyi göyərtiləri satmaqla uşaqlarının tələbatlarını qarşılayır. Cavabdeh daimi olaraq ondan göyərtiləri nisyə almışdır. Bəzi müddətlər aldığı məhsulun pulu qaytarmış olsa da sonradan 280 manat məbləğində olan malın pulunu iddiaçıya verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, iddiaçı onun bacısıdır, bacısı Masallı rayonu Ləngan kəndində yaşamaqla həyətində göyərti əkməklə məşğul olur. Əkdiyi göyərtiləri satmaqla uşaqlarının tələbatlarını qarşılayır. Cavabdeh daimi olaraq ondan göyərtiləri nisyə almışdır. Bəzi müddətlər aldığı məhsulun pulu qaytarmış olsa da sonradan 380 manat məbləğində borcu qalmışdır. Sonra cavabdehin qohumlarına müraciətlə 100 manat pul iddiaçıya verilmişdir. Hazırda isə cavabdehin iddiaçıya 280 manat məbləğində borcu vardır. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan borc dəftərindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 280 manat məbləğində göyərtini nisyə satmışdır. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydıngöstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə qeyd edilmişdir ki, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan 280 manat dəyəri olan göyərtini nisyə almış və iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırmışdır. İddiaçı isə iddia ilə məhkəməyə müraciət edərək satmış olduğu göyərtinin dəyəri olan 280 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 280 (iki yüz səksən) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar