Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-894/2024 03.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Masallı rayon məhkəməsinin qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay uşağa 235 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 10 iyul 2017-ci il tarixində el adəti ilə ailə qurub qaynatasına məxsus evə gəlin köçmüşdür. xx.xx.2018-ci il tarixdə Nilay adlı bir qızı anadan olmuşdur. Cavabdeh ilə bir müddət mehriban yaşamaqlarına baxmayaraq sonradan ailə münasibətləri pozulmuş və onu gəlin köçdüyü evdən 27 oktyabr 2019-cu il tarixdən çıxarıb evə buraxmamışlar. Məcbur qalaraq Masallı rayon məhkəməsinə uşağın atalığının müəyyən edilməsi və aliment tələbi ilə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-686/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün bir uşağa 120 manat aliment tutulması qət edilmişdir. Bu pul məbləği ilə uşağın xərclərini ödəyə bilmir. Cavabdeh uşağın saxlanılmasına heç bir əlavə maddi köməklik göstərmir. Buna görə cavabdehdən uşağın saxlanması üçün minimum əmək haqqı, yəni 235 manat məbləğində aliment tələb edir. İddiaçı iddia ərzəsi ilə eyni məzmunda izahat verərək, uşağın xərclərinin artdığını və maddi xərclərin qarşılanmasında iddiaçının çətinlik çəkdiyini bildirdi. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında əlilliyi ilə bağlı 220 manat pensiya aldığını, maddi vəziyyəti nəzərə alınmaqla alimentin miqdarının artırılmasına etiraz etmədiyini bildirdi. Masallı Rayon Məhkəməsinin iş2(050)-686/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay 120 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Doğum haqqında arayışdan görünür ki, X4 xx.xx.2018-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur. X2, anası İddiaçıdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər ailə qurmuş, birgə yaşayışlarından xx.xx.2018-ci il təvəllüdlü X4 anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin iş №2(050)-686/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il təvəllüdlü X3 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Uşaqların saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 2(050)-686/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə hər ay uşağa görə 120 manat sabit pul məbləğində miqdarında aliment müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşaqların yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay hər 170 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, Cavabdeh uşağın saxlanılaması üçün alimetin miqdarının artırılaraq hər ay 170 manat müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin iş 2(050)-686/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-894/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-894/2024
03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver