Məhkəmə qərarları › İş №2(050)-895/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-895/2023

14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-895/2023 14.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh təhkim edilmiş elektron qolbağın dəyəri olan 637,91 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh təhkim edilmiş elektron qolbağın dəyəri olan 637,91 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin Bakı Şəhər Maliyyə İdarəsində açılmış (M/H AZ41NABZ********************, VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22 Bakı Şəhər Maliyyə İdarəsi: H/H: AZ66CTRE********************, VÖEN: ********** Büdcə səviyyəsinin kodu: 1, büdcə təsnifatının kodu:142330) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin 1(050)-49/2020 saylı, 20 fevral 2020-ci il tarixli hökmünə əsasən xx.xx.1997-ci il təvəllüdlü, Masallı rayonunda doğulmuş, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm ilə məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Məhkum Cavabdeh barəsində hökm icraata xx.xx.2020-cu il tarixdə daxil olmuş, hökmün icrası ilə bağlı məhkumun yaşadığı Masallı rayonu, Musaküçə kəndində yerləşən ünvanına bildiriş göndərilmiş, məhkum İddiaçınə gəlmiş, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi qaydaları ona izah edilməklə izahatı alınmışdır. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh xx.xx.2020-ci il tarixdə ENV-si tətbiq edilmiş, ENV-nin gəzdirmə və istifadə qaydalarına əməl edilməsi ilə bağlı hüquq və vəzifələri məhkuma izah edilmiş, xx.xx.2020-ci il tarixli protokola əsasən məhkum Cavabdeh “X1” MMC-nin mobil qurğusu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, sadə elektron qolbaq üçün nəzərdə tutulmuş yüklənmə qurğusu, 3 ədəd ev siqnal ötürücüsü, elektron nəzarət cihazlarından istifadə qaydaları haqqında kitabça təhvil verilmişdir. Həmçinin, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu tələblərə riayət edəcəyi barədə məhkumdan iltizam alınmışdır. Protokol və iltizam məhkum Cavabdeh tərəfindən imzalanmışdır. Məhkum Cavabdeh cəzasının bitdiyi gün onunla əlaqə saxlanılmışdır. İddiaçınə yaxınlaşaraq ona tətbiq edilən ENV-ni təhvil verilməsi barədə məlumat verilmişdir. Lakin məhkum şöbəyə yaxınlaşacağını bildirsədə gəlməmiş və daha sonrakı tarixdə yaxınlaşaraq ENV-ni zədəli şəkildə təhvil vermiş, elektron qolbağın sınmış vəziyyətdə olduğu müəyyən edilmişdir. ENV-si təhvil verilərkən ona baxış keçirilmiş və təhvil veilməsi barədə protokol tərtib edilmişdir. ENV-si təhvil alındıqdan sonra Ədliyyə nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinə göndərilmiş İdrak şirkəti tərəfindən ENV-nin zədələnməsi ilə bağlı texniki rəy verilmişdir. Texniki baxışın nəticəsində “texniki baxış zamanı müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş elektron qolbağın üst qapağı sındırılmış və platası yoxdur” rəyi verilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsi tərəfindən verilmiş arayışa əsasən elektron nəzarət vasitəsinin mobil qurğusunun proqram təminatı ilə birlikdə dəyəri 637,91 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin 1(050)-49/2020 saylı, 20 fevral 2020-ci il tarixli hökmünə əsasən xx.xx.1997-ci il təvəllüdlü, Masallı rayonunda doğulmuş, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2019-cü il tarixdən xx.xx.2019cu il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması, Cavabdeh cəzasının icrası yaşadığı yer üzrə İddiaçınə həvalə edilməsi və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” 21 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Masallı Rayon Məhkəməsinin 1(050)-49/2020 saylı, 20 fevral 2020-ci il tarixli hökmünün icrası ilə əlaqədar məhkum olunmuş Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydə göstərilir ki, texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş elektron qolbağın üst qapağı sındırılmış və platası yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin xx.xx.2018-ci il tarixli, 21-3/1717 saylı məktubundan görünür ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən mobil nəzarət qurğularının itirilməsi və ya yararsız hala salınması hallarında 1 ədəd elektron qolbaqlar (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) GSM, 800/900/1800/1900 Mhz, internetə qoşulma, 2G/3G GNSS, GPS/GLONASS, 600 Mah Lİ-on-nun qiyməti 637,91 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Cavabdeh birbaşa zərər vurulmasına gətirib çıxaran hüquqa zidd əməl törətməsi, bu əməl nəticəsində 637,91 manat məbləğində maddi zərər dəyməsi sübuta yetirildiyindən iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh elektron qolbağın dəyəri olan 637,91 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin Bakı Şəhər Maliyyə İdarəsində açılmış (M/H AZ41NABZ********************, VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22 Bakı Şəhər Maliyyə İdarəsi: H/H: AZ66CTRE********************, VÖEN: ********** Büdcə səviyyəsinin kodu: 1, büdcə təsnifatının kodu:142330) hesabına ödənilməlidir. MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu dövlət gəlirlərinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.2, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh elektron qolbağın dəyəri olan 637,91 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin Bakı Şəhər Maliyyə İdarəsində açılmış (M/H AZ41NABZ********************, VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22 Bakı Şəhər Maliyyə İdarəsi: H/H: AZ66CTRE********************, VÖEN: ********** Büdcə səviyyəsinin kodu: 1, büdcə təsnifatının kodu:142330) hesabına ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu dövlət gəlirlərinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar