Məhkəmə qərarları › İş №2(050)-897/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-897/2023

28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-897/2023 28.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı rəisi Şölət Şahverdiyev iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından elektron qolbağın dəyəri olan 637,91 manat pulun tutularaq İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin 1 (050)- 206/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli hökmünə əsasən xx.xx.1984-cü il təvəllüdlü, Masallı şəhərində doğulmuş, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm ilə məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Məhkum Cavabdeh barəsində hökm icraata xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Hökmün icrası ilə bağlı məhkumun yaşadığı Masallı rayonu, Musaküçə kəndinə bildiriş göndərilmişdir. Məhkum İddiaçınə gəlmiş və azadlığın mahdudlaşdırılması cəzasının çəkilməsi qaydaları ona izah edilməklə izahatı alınmışdır. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh xx.xx.2018-ci il tarixində ENV-si tətbiq edilmişdir. ENV-nin gəzdirmə və istifadə qaydalarına əməl edilməsi ilə bağlı hüquq və vəzifələri məhkuma izah ediimişdir. xx.xx.2021-ci il tarixli protokola əsasən məhkum Cavabdeh “X1” MMC-nin mobil qurğusu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, sadə elektron qolbaq üçün nəzərdə tutulmuş yüklənmə qurğusu, 3 ədəd ev siqnal ötürücüsü, elektron nəzarət cihazlarından istifadə qaydaları haqqında kitabça təhvil verilmişdir. Həmçinin məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, azadlığın mahdudlaşdırılması cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Bu tələblərə riayət edəcəyi barədə məhkumdan iltizam alınmışdır. Protokol və iltizam məhkum Cavabdeh tərəfindən imzalanmışdır. Məhkum Cavabdeh cəzası bitdiyi gün onunla əlaqə saxlanılmıdşır. İddiaçınə yaxınlaşaraq ona tətbiq edilən ENV-nə təhvil verilməsi barədə məlumat verilmişdir.Lakin məhkum şöbəyə yaxınlaşacağını bildirsədə gəlməmiş və daha sonra xx.xx.2022-ci il tarxidə yaxınlaşaraq ENVni zədəli şəkildə təhvil vermişdir, elektron qolbağın sınmış vəziyyətdə olduğu müəyyən edilmişdir. ENV-si təhvil alındıqdan sonra Ədliyyə Nazirliyinin probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinə göndərilmiş, İdark şirkəti tərəfindən ENV-nin zədələnməsi ilə bağlı texniki rəy verilmişdir.Texniki baxışın nəticə hissəsində “texniki baxış zamanı müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş elektron qolbağın üst qapağı sındırlmış və plastik yoxdur” rəyi verilmişdir.Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş arayışa əsasən elektron nəzarət vasitəsinin mobil qurğusunun proqram təminatı ilə birlikdə dəyəri 637.91 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə olunmuş Elektron nəzarət dəstinin vəziyyəti haqqında Texniki rəydən görünür ki, xx.xx.2022-ci il tarixdə kerçirilmiş texniki baxış zamanı müəyyən olunmuşdur ki, nəzarət subyekti Cavabdeh təhkim edilmiş elektron qolbağın üst qapağı sındırılmış və plata yarasız hala salınmışdır. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 21/-3-1717 saylı məktubdan görünür ki, 1 ədəd elektron qolbağlar (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) GSM, 800/900/1800/1900 Mhz, internetə qoşulma, 2G/3G GNSS, GPS/GLONASS, 600 Mah Lİ-on-nun qiyməti 637,91 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Masallı Rayon Məhkəməsinin 1(050)-206/2020 nömrəli, 16 oktyabr 2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş 12 noyabr 2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi-in 15-2.5-ci maddələrinə əsasən elektron nəzarət vasitələrini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onların dəyərinin ondan tutulacağı və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi-in 51-7.4-ci və Azərbaycan Respublikası CM-in 52-1.5-ci maddələrinə əsasən üzərinə məhkəmənin hökmü ilə qoyulmuş vəzifələri yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırarsa, ona təyin olunmuş cəzanın azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması ilə bağlı haqqında tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh elektron qolbağın dəyəri olan 637 (altı yüz otuz yeddi) manat 91 qəpik tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar