Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-901/2024 27.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbab Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2300 manat və dövlət rüsumu kimi ödənilmiş 43 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 adlı rəfiqəsinin vasitəsi ilə tanımışdır. Aralarında ədavət və düşmənçilik olmamışdır. Övladı talassemiya xəstəsi olduğu üçün camaat tərəfindən övladının müalicəsi üçün köməklik göstərilir. Təxminən 7-8 ay əvvəl Samirə adlı tanışı ondan 800 manat borc pul istəmişdir. O, da övladının müalicəsi üçün yığılmış puldan 800 manatını Samirəyə borc olaraq vermişdir. Bir neçə gündən sonra Samirə ondan qeyri-rəsmi yaşadığı Amil Kərimov adlı şəxsə 5000 manat borc pul verməyini xahiş etmişdir. O, da Samirənin vasitəsi ilə Amil Kərimova hissə-hissə olmaqla 5000 manat pul vermişdir. Amil Kərimov da ondan aldığı pulu aybaay olmaqla qaytarmalı idi. Lakin, Amil ondan pulu aldıqdan sonra ödəmədiyi üçün Amildən pulunu istəmişdir. Amil də ona pulu geri qaytara bilməyəcəyini bildirmişdir. O, Amilə həmin pulun övladının müalicə pulu olduğunu bildirmiş və pulu qaytarmayacağı təqdirdə özünə qəsd edəcəyini demişdir. Bundan sonra tanışı Suriddin adlı şəxsin vasitəsi ilə Amil ondan aldığı pulun 2000 manatını geri qaytarmışdır və qalan pulun verilməsi üçün vaxt istəmişdir. Lakin, Amil sonrakı dövr ərzində də onun pulunu geri qaytarmadığı üçün yenidən Amilə zəng edərək pulunu istəmişdir. Amil də onu hədələməyə başlamış və pulu qaytarmayacağını bildirmişdir. Bundan sonra, Masallı RPŞ-yə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Cavabdehin ona manat borcu var. Lakin o, aldığı borcu geri qaytarmır. İddiaçı məhkəmə iclasında bildirdi ki, Cavabdeh tanımış, qarşı tərəf ondan borc pul istəmiş, o, Amilə hissə-hissə 3000 manat borc pul vermişdir. Lakin cavabdehdən borc verdiyi puldan 2300 manatını tələb edir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, İddiaçı borc pul almış və buna görə onun qarşı tərəfə 2300 manat borcu var. Maddi imkanının olmaması səbəbindən borcunu qaytara bilməmişdir. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Məhkəmə sorğusu əsasında Masallı Rayon Polis şöbəsindən alınmış HK-1/2943 nömrəli materialdan görünür ki, İddiaçı müraciət əsasında aparılmış araşdırma zamanı Cavabdeh izahatı alınmış, o, izahatında borc aldığı pula görə İddiaçı 2300 manat borcunun olmasını etiraf etmişdir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (maddə 739.2). Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir (maddə 742.1). Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın (maddə 742.2). Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı borc aldığı 2300 manat pulu geri qaytarmamışdır. Bunu iş materiallarında olan sübutlar, o cümlədən tərəflərin izahatları təsdiq edir. MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 2300 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 43 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 2300 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 43 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-901/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-901/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver